Türk əri Bakıda olan Ani Loraka xəyanət etdi - VİDEO

Türk əri Bakıda olan Ani Loraka xəyanət etdi - VİDEO"Jara" festivalı üçün Bakıya gələn ukraynalı müğənni Ani Lorak, əri türkiyəli iş adamı Murat Nalçacıoğlu tərəfindən aldadılıb.

İş adamının videogörüntüləri yayılıb.

Görüntülərdən məlum olur ki, o, "Instagram" vasitəsilə satış edərək məşhurlaşan Yana Belyayeva ilə karaokedə əylənir.

Səmimi görüntülər sərgiləyən Muratın Yanadan gözünü çəkməməsi, sevgi və nəvazişlə qucaqlaması da kadrlarda yer alıb.

Sayt bildirir ki, iş adamı Yana ilə gecənin gec saatlarında məkandan ayrılıb.

Xatırladaq ki, cütlük 10 ildən çoxdur evlidir.

mənbə: oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2703   Tarix: 30 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş