28 yaşlı kişi arvadı ilə yatan kəndlisini tutdu, öldürmədi, amma... - Azərbaycanda ŞOK OLAY

28 yaşlı kişi arvadı ilə yatan kəndlisini tutdu, öldürmədi, amma... - Azərbaycanda ŞOK OLAYMasallı rayonunda 1990-cı il təvəllüdlü Fariz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ publika.az xəbər verir ki, Fariz Əsgərov yaşadığı Masallı rayonu, Təzə Alvadı kəndində həmkəndlisi Davud Rzayevə ağır xəsarət yetirib. Onların arasında mübahisə namus üstündə baş verib.

Arvadı ilə intim əlaqədə oldu

Belə ki, Davud Rzayev Fariz Əagərovun arvadı ilə yaxın münasibət qurub, onunla intim əlaqədə olub. Fariz arvadının Davud Rzayevlə intim münasibətindən xəbər tutub və onunla mübahisə edib.

Gənclərin mübahisəsi sonradan davaya çevrilib. Dava zamanı Fariz Əsgərov həmkəndlisini sifət və baş nahiyəsindən vuraraq, ona çoxsaylı bədən xəsarətləri yetirib.

İki il islah cəzası

İstintaq orqanı tərəfindən Fariz Əsgərovun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Masallı rayon Məhkəməsinin hökmü ilə Fariz Əsgərovun aylıq qazancından 20 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum edilib.

"Ağır cəza verilsin"

Hökmdən narazı qalan Davud Rzayev apelyasiya şikayəti verib. O, qeyd edib ki, Masallı rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli hökmü dəyişdirilməlidir.

Onun qeydlərinə görə, Fariz Əsgərovun əməli Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsinə tövsif edilməsi üçün ibtidai istintaqa qaytarılmalıdır: "Fariz Əsgərova həmin maddənin sanksiyası həddində ən ağır cəza olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza verilməsini istəyirəm".

Apelyasiya şikayəti onunla əsaslandırılıb ki, o, müstəntiqə hadisə zamanı aldığı xəsarətləri özündə əks etdirən və sübut edən fotoşəkilləri təqdim etsə də, müstəntiq həmin fotoşəkilləri cinayət işinin materiallarına əlavə etməyib.

"Məni beşbarmaqla vurub"

Bundan başqa Fariz Əsgərovun onu beşbarmaqla vurmasını müstəntiqə dəfələrlə bildirsə də, müstəntiq bu barədə heç bir ciddi tədbir görməyib: "Halbuki, həmin soyuq silahın Farizin əlində olmasını hadisəni görən şahidlərin ifadələrində bildirsələr də, müstəntiq şahidlərin həmin ifadələrini dəyişdirib. Məhkəmə isə bu barədə hər hansı tədbir görməyib. Eyni zamanda, məhkəmə cinayət işi üzrə işə baxarkən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə razılıq əldə etməməsini nəzərə alaraq ona Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ən ağır cəza verməli olduğu halda, bu halları nəzərə almayıb, ona daha yüngül cəza verib. Bu da onu göstərir ki, birinci instansiya məhkəməsinin hökmü ədalətsiz və qanunsuzdur".

Zərərçəkmişin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıran zaman prokuror Samir İsmayılov zərərçəkmişin şikayətinə münasibət bildirib. O, apelyasiya şikayətinin dəlillərini qəbul etməyib.

Prokuror: "Maddə düzgün tövsif edilib"

Göstərib ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır: "Məhkəmə ittiham tərəfindən təqdim edilib və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara məhkum edilmiş şəxs Fariz Əsgərovun Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hökm çıxarıb. Məhkum edilmiş şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilib".

Prokurorun sözlərinə görə, birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş islah işləri cəzası törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına uyğun olmayan ədalətsiz cəza olub: "Təyin olunmuş cəza sosial ədalətin, yəni zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının bərpası baxımından açıq-aydın yüngül cəza olub, ona görə də xahiş edirəm ki, apelyasiya şikayəti qismən təmin olunsun".

6 ay həbs

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edilib. Qərara görə, Masallı rayon Məhkəməsinin hökmü dəyişdirilib.

Yeni hökmə əsasən, Fariz Əsgərov 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının əvvəli 21 iyul 2018-ci ildən hesablanması qərara alınıb.

Məhkəmə Fariz Əsgərovun barəsində həbs qətimkan tədbiri seçib. O, məhkəmə zalından dərhal həbs edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9627   Tarix: 28 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

11:35 472
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 1631
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 673
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 838
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 82
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

10:36 964
.

Bakıda körpə pəncərədən düşərək ölüb

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib. BİG.AZ apa-ya istinadən xəbər verir ki, hadisə "Ramana sovxozu" adlanan ərazidə qeydə alınıb. Doqquzmərtəbəli binanın dördüncü mərtəbəsinin pəncərəsindən dördaylıq körpə Ayla Tural qızı Eyvazlı düşərək ölüb. Faktla bağlı araşdırma aparılı

14:10 286
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 489
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 410