Qarabağın simvolu - Şuşa

Qarabağın simvolu - ŞuşaPrezident İlham Əliyev Şuşa şəhərinin işğalının 20-ci ildönümü haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda və ölkənin hüdudlarından kənarda müvafiq anma mərasimlərinin keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, bu şəhər Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol olub. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən Şuşa dünyada Azərbaycan muğamının beşiyi kimi də tanınır. Qeyd edək ki, 1977-ci ildə mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilib.
Şuşa 1992-ci il mayın 8-də işğal edilib. Şəhərin müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 soydaşımız şəhid olub, 165 nəfər yaralanıb, 58 nəfər əsir düşüb və girov götürülüb. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan elədilər, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunələrini məhv etdilər, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdilər.
Əslən Şuşadan olan hüquq müdafiəçisi Səidə Qocamanlı bizimlə söhbətində Şuşanın işğalının dövlət səviyyəsində qeyd edilməsinin vacibliyini söylədi: "Şuşa mənim babamın torpağıdır. Bu torpaqda mənim yaxınlarım və əzizlərim uyuyur. 20 ildir mən Şuşaya gedib əzizlərimi ziyarət edə bilmirəm. Mənim üçün bu çox ağrılıdır. Düşünürəm ki, ölkə başçısı bu sərəncamı vaxtında verib. Yəqin ki, sərəncamla əlaqədar tədbirlər keçiriləcək. İndi elə nəsil böyüyüb ki, onlar Qarabağı, Şuşanı görməyiblər. Bu baxımdan bu sərəncamın əhəmiyyəti böyükdür. Amma belə işlərlə özümüzü ovundura bilmərik. Qarabağ torpaqlarını və onun tacı Şuşanı mütləq geri almalıyıq".
QAT sədri Akif Nağı da sərəncamı yüksək dəyərləndirir: "Az öncə Xocalının işğalının 20 illiyini dövlət səviyyəsində qeyd etdik. İndi isə Şuşanın işğal gününə hazırlaşırıq. Bu günlərin dövlət səviyyəsində təşkilini yüksək qiymətləndirirəm. Qoy Beynəlxalq təşkilatlar bilsinlər ki, 20 ildir bizim torpaqlar ermənilər tərəfindən işğal edilib. Şuşa Qarabağın simvoludur. Biz dəfələrlə Milli Məclisə Şuşanın işğal gününün "İşğal olunmuş ərazilər" günü kimi qeyd edilməsini təklif etmişik. Yəqin ki, sərəncamla əlaqədar Şuşanın işğalı ilə bağlı ölkədə geniş tədbirlə keçiriləcək. Amma daha yaxşı olardı ki, prezident müharibənin başlanması ilə bağlı da Ali Baş Komandan kimi əmr versin".
Müsavat Partiyasının Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə komissiyasının sədri Qalabəy Ağalar da sözügedən sərəncamı müsbət dəyərləndirdi: "Yaxşı olardı ki, indiyədək Qarabağ torpaqları qaytarılaydı. Yəqin bir gün bunun da şahidi olacağıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1884   Tarix: 10 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

02.05.2024 405
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 305
.

Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Niyaməddin qızı Məhərrəmlinin axtarışları davam edir. xəbər verir ki, Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində hadisənin təfərrüatı məlum olub. Belə ki, Nigarın anası Günel bildirib ki, qardaşının yoldaşı qızının oxuduğu məktəbə gedərək direktor

02.05.2024 445
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

02.05.2024 672
.

Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim

Tamstore Marketlər Şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və eyni zamanda 500 məhsuld

02.05.2024 276
.

Azərbaycanda pensiyalar bu yolla arta bilər - VACİB AÇIQLAMA

Azərbaycanda pensiyaların yenidən nə vaxt artrılacağı iən çox müzakirə olunan məsələlərdən biridir. xəbər verir ki, bu mövzu barədə həm rəsmi şəxslər, həm də ekspertlər müxtəlif fikirlər səsləndiriblər. Hələlik dövlət qurumlarından pensiyaların konkret artımı ilə bağlı rəsmi açıqlama verilməyib. Laki

10:07 194
.

Tarkan yoldaşı ilə evlilik ildönümünü belə qeyd etdi- FOTOLAR

Türkiyəli müğənni Tarkan yoldaşı ilə evliliyinin 8-ci ildönümünü qeyd edib. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Evlilik ildönümümüzün olduğu bu günlərə romantik bir tbt yaraşır. 2016-cı ildə evlənəndən bir neçə həftə sonrakı günlərdən şirin kadrlar" ,- deyə o bildiri

02.05.2024 977
.

Ülviyyə Fətəliyeva kimdir və nə qədər qazandı? - AVROPA ÇEMPİONU

Yunanıstanın Rodos şəhərində gerçəkləşən Avropa çempionatının qalibi olan 27 yaşlı qrossmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5. Ülviyyə Fətəliyeva Azərbaycanın Avropa çempionu titulunu qazana

02.05.2024 736
.

Çində qəzada ölənlərin sayı artıb

Dünən Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Meycou əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb. BİG.az xəbər verir ki, ölənlərin sayı 48 nəfərə çatıb, 30 nəfər xəsarət alıb. Yolun çökməsi nəticəsində açılan uçuruma 23 avtomobil düşüb. Meykou əyalətində həddindən artı

02.05.2024 156