Bank işçisindən sevgilisi ilə gizli gəzən oğlana və qardaşına qarşı DƏHŞƏTLİ CİNAYƏT

Bank işçisindən sevgilisi ilə gizli gəzən oğlana və qardaşına qarşı DƏHŞƏTLİ CİNAYƏTİki qardaşı öldürməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Qaradağ rayon sakini Zaur Tərlanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, 2015-ci il yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov yol kənarında dayanmış "Lexus" markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri – 1980-ci il təvəllüdlü Cahid Rəhimov və onun qardaşı, 1985-ci il təvəllüdlü Cavidə "Vinçester" markalı odlu silahdan bir neçə atəş açıb.

Buna Zaurla onların arasında mübahisə yaranması səbəb olub.

Hadisə nəticəsində Rəhimov qardaşları ölüb. Cinayəti törədən Zaur hadisə yerindən qaçıb. Səhəri gün Qaradağ Rayon Polis İdarəsi 38-ci bölməsinin əməkdaşları Zaur Tərlanov yaxalayıblar.

İlkin dindirmə zamanı o, cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. Zaur Tərlanovun qeyri-rəsmi yaşadığı Xanım Aslanova həm də mərhum Cavidlə münasibətdə olub. Cinayət bu məsələ üstündə baş verib.

Zaur Tərlanov Qaradağ rayonunda fəaliyyət göstərən "Bank Standard"ın əməkdaşı olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Tərlanov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Zaur Tərlanovun vəkilləri apelyasiya şikayəti veriblər. Onlar Zaur Tərlanovun müddətli cəza verilməsini istəyiblər.

Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Zaur Tərlanovun apelyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Zaur Tərlanovun vəkili kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan iclas da Zaur Tərlanovun vəkilinin şikayəti təmin edilib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması qərara alınıb.

Bu dəfə işə Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb.

İyulun 23-də keçirilən prosesdə hakim heyəti qərar elan edib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin Zaur Tərlanovun barəsində təyin etdiyi ömürlük cəzanı ləğv edib.

Zaur Tərlanovun cəzası 20 ilə endirilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Mərhum Cahid və Cavid Rəhimovların anası Nigar Rəhimova Publika.az-a bildirib ki, məhkəmənin çıxardığı qərar ədalətli deyil.

Nigar Rəhimovanın sözlərinə görə, Zaur Tərlanov heç bir səbəb olmadan onun iki oğlunu söhbət etmək adı ilə aparıb və maşında olduqları vaxt öldürüb: "Həmin vaxt mənim övladlarımda silah olmayıb. Silahsiz olan övladlarıma Vinçester"dən acıdığı atəşlə iki metr yarımdan güllələyib. Bu işlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində bir il iş getdi, ömürlük cəza verildi. Sonradan apelyasiya şikayəti verildi. Apelyasiya Məhkəməsində iş getdiyi vaxt kasasiya şikayəti verdilər ki, şikayətlərinə istintaq yolu ilə baxılsın. Həmin vaxt şikayətə istintaqla baxılması barədə qərar qəbul edildi. Yenidən bir ildə apelyasiyada iş getdi, ömürlük cəza təsdiq olundu".

Nigar Rəhimova qeyd edib ki, Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti veriblər: "Ali Məhkəmədə şikayətə hakim Tahir Kazımov baxdı. Tahir Kazımov işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul etdi. Bütün işlər görüldü, iki oğlumun qatili ömürlükdən xilas edildi. İki nəfəri öldürən şəxsə 20 il iş verdilər, heç həbsxana rejimi də verməyiblər".

Nigar Rəhimova bildirib ki, Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verəcəklər: "Mən burda ağır cəza istəyirəm. Ya öldürəcəm, ya da öləcəm. İki oğluma qarşı bir oğul istəyirəm. Bu qədər haqsızlıq, ədalətsizlik olmaz. Deyirlər ki, cinayət namus üstündə olub. Namus üstündə olmayıb, münaqişə zəminində baş verən hadisədir. Bir ananın bu qədər faciəsi ilə oynamaq olmaz".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5603   Tarix: 24 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Universitetlər Bakıdan Qarabağın bölgələrinə köçürülməlidir - Memar

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarını

14:11 694
.

Sənədsiz evlərlə bağlı YENİLİK - VİDEO

"Bu ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı aparılıb". Bunu "XəzərXəbər"ə açıqlamasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin departament direktoru Lalə Əkbərova deyib. Bu dövrdə qeydiyyata alınan mülkiyyə

01.05.2024 677
.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

14:21 309
.

Məhkəmədə Alidənin həyat yoldaşını günahlandırdı

Aparıcı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkiro

10:39 1023
.

"Biz Ermənistan və Azərbaycan arasında sülhün mümkün olduğuna inanmaqda davam edirik" - ABŞ

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patelin sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinken Bakı ilə İrəvan arasında gərginliyin həlli istiqamətində səylərlə şəxsən məşğuldur. xəbər verir ki bu barədə xarici mətbuat bildirib. "Bu, dövlət katibinin şəxsən dərindən məşğul olduğu regiondur

01.05.2024 263
.

İsrail 20 fələstinli əsir götürüb

İsrail qüvvələri İordan çayının qərb sahilində 20 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Azadlıq Təşkilatının (FAT) Fələstin Məhbus İşləri Komitəsi və Fələstinli Əsirlər Dərnəyinin birgə bəyanatına görə, son həbslər Beytləhm, Elhalil, Nablus, Qalqilya, Tubas, Yerixo və Ramallah kimi şəhərlərd

01.05.2024 260
.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

01.05.2024 233
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

10:48 437
.

Əri tərəfindən başı kəsilən Sevincin TOY GÖRÜNTÜLƏRİ - VİDEO

Xəbər verdiyimiz kimi aprelin 28-də Xırdalan şəhərində Sevinc Əhmədağayeva yaşadığı evdə həyat yoldaşı tərəfindən qətlə yetirilib. O, 29 aprel tarixində doğulduğu Oğuz rayonunda torpağa tapşırılıb. Yaxınlarının sözlərinə görə, altı il öncə ailə quran Sevinc qaynının ailəsindəki söz-söhbətə görə döyülübmüş

10:14 975