Məmur qızı: "Ərim məni döyür və dostları ilə cinsi əlaqəyə girməyə məcbur edirdi" - FOTO

Məmur qızı: "Ərim məni döyür və dostları ilə cinsi əlaqəyə girməyə məcbur edirdi" - FOTOÖlkə KİV-lərində uzun müddətdir ki, "Bakılifttəmir" İB-nin baş direktoru Qüdrət Şükürovun da adının hallandığı ailə dramı sanki kim tərəfindənsə qızışdırılır. Bütün dərc edilən məqalələrin məğzi ondan ibarətdir ki, Şükürovun qızı birinci ərindən boşanıb, ikincisinə ərə gedib və atasının əlaqələrinə və pullarına güvənərək qeyri-etik həyat tərzi sürür və hətta ilk ərini izləyir. Qüdrət müəllimin özünü isə rüşvətxor və korrupsioner kimi qələmə verirlər. Bütün bunlar elə həqiqətə uyğun qələmə verilirdi ki, virtualaz.org da bu "qarmağa" keçmişdi.

Lakin gözlənilmədən redaksiyada gənc cütlük peyda oldu. Həyəcanlı qadın özünü təqdim edən zaman biz, sözün açığı, bir az özümüzü itirdik. Bu, özündən də asılı olmadan Azərbaycan mətbuatının mənfi qəhrəmanına çevrilmiş həmin Aysel Şükürova idi. Onu əri Oqtay Əhmədov müşayiət edirdi. Bütün bu yaşananlara görə az qala ağlayan gənc qadın öz hekayəsini danışmağa başladı və bu hekayə onun dilindən tamam başqa cür səslənirdi. Düşünürük ki, həmin hekayə oxuculara düzgün nəticə çıxarmağa, şübhələri kənara atmağa imkan verəcək:

- Təsəvvür edin ki, cavabdehin gəlməməsi üzündən Nərimanov rayon məhkəməsinin hakimi Vüsal Qurbanov beşinci dəfədir ki, prosesi təxirə salır. Gah birinci ərim Elşən Əsgərli gəlmir, gah da onun vəkili, - o, emosional halda söhbətinə başlayır. – Soruşan lazımdır ki, mənim günahım nədir. Bu istidə iş üzrə şahid kimi keçdiyimə və prosesdə çıxış edəcəyimə görə şəhərdə oturmaq məcburiyyətində qalmağım azmış kimi, hər dəfə hakimdən eyni sözləri eşidirəm – məhkəmə təxirə salınır. Daha dözə bilmirəm – bu artıq adamı ələ salmaqdır və yalnız məni deyil, məhkəməni də, qanunları da.

Bir az özünə gələndən sonra Aysel hər şeyi ətraflı danışmağa cəhd edir, lakin emosiyaları onu həyat faciəsinin bir epizodunu qoyub o birini danışmağa vadar edir. Amma hər dəfə o, özünü ələ almağı və başladığı söhbəti davam etdirməyi bacarır. Bütün əhvalat onun birinci əri Elşən Əsgərli ilə bağlıdır. Bu xatirələr onu həmin günlərə qaytararaq, yenidən kəskin emosiyalar keçirməsinə gətirib çıxarır.

Hər şey altı il əvvəl başlayıb. Hələ çox gənc olan Elşən və Aysel universitetdə oxuyarkən bir-birini seviblər. Deyilənə görə, sevginin gözü kor olur və ona qarşı çıxmaq çətindir. Əksər hallarda qısa səadətin acı nəticələrini bütün həyatın boyunca dadmalı olursan. Bu gün də Aysel gözü yaşlı halda xatırlayır ki, atası ondan barəsində çox şeylər eşitdiyi adama ərə getməməyi az qala yalvararaq xahiş edirmiş. Lakin xoşbəxtliyindən göylərdə uçan və sevgilisinin çatışmazlıqlarını görmək iqtidarında olmayan gənc qızı adi sözlərlə inandırmaq asan işdirmi?

Yeni evlənmiş cütlüyün xoş günləri çox qısa sürüb. Ailə həyatı Elşənlik deyilmiş. O, həyat yoldaşını söyməyə, təhqir etməyə, alçaltmağa və döyməyə başlayır. Bir neçə dəfə hətta eyvandan atmağa da cəhd edib.

Özü də yalnız təklikdə olanda deyil, valideynlərinin də yanında bu hərəkətlər davam edib. Tezliklə valideynlər də bu məsələyə qoşulub və gənc ailənin həyatı dözülməz olub. Lakin bu dəfə Ayselin atası boşanmanın əleyhinə çıxıb. Əvvəllər qızının bu izdivacına qarşı çıxan ata bu dəfə bir qədər dözməyi və boşanmamağı xahiş edib. Yalnız tanışlarının qınağına görə deyil, həm də qızının xoşbəxtliyi naminə - axı istənilən küskünlüklər son nəticədə sülhlə bitir. Ata qızına xoşbəxtlik arzulayırdı, fəqət onun həyatı dözülməz idi.

Bir neçə il sonra Elşəni əsgərliyə çağırırlar. Elə bu vaxt ən qorxunc hadisələr yaşanmağa başlayır. Aysel hamilə qalır. Belə görünə bilər ki, sevinmək lazımdır, axı uşaq ailəni möhkəmləndirir. Qohumlar sevinməyə başlasalar da, boş yerdə qalmaqal yaratmağı bacaran ər bu sevincin uzun sürməsinə mane olur. Elşən dərhal bildirir ki, uşaq ondan deyil və Aysel kiminləsə gəzəndən sonra hamilə qalıb. Hamilə yoldaşının müayinələrindən birində o hətta həkimdən soruşubmuş ki, uşağın atası olduğunu necə dəqiqləşdirə bilər. Bu sualdan dəhşətə gəlmiş həkim nə cavab verəcəyini bilməyərək, onu kabinetdən qovub.
Məmur qızı: "Ərim məni döyür və dostları ilə cinsi əlaqəyə girməyə məcbur edirdi" - FOTOLakin Elşən sakitləşməyib. İddia edib ki, DNT analizi vasitəsilə həqiqəti öyrənəcək, amma nədənsə bu işdə sona kimi getməyib. Bir dəfə o, Ayseli məşhur "Oksigen" klinikasına aparıb məcbur edir ki, abort etdirsin. Çətinliklə olsa da, Aysel klinikadan qaçır və atasının evinə gəlir. Lakin döyülmələr, alçalmalar kəsilmək bilmir. Döyülən Ayselin bir neçə dəfə ürəyi gedir, bir dəfə isə Elşən arvadının qolunu bıçaqla kəsərək, otağın qapısını bağlayır və qadını bu barədə valideynlərinə xəbər veriməyəcəyinə dair and içdirir. Yalnız bundan sonra qanı axan qadını "City Hospital"a aparır.

Güclü stressdən və həyəcandan düşük qorxusu yaranır və həkim qadının 10 gün ərzində xəstəxanada qalmasına göstəriş verir. Yalnız klinikada Aysel başa düşür ki, Elşən narkotik aludəsidir. Müvafiq analizlərin verilməsini tələb edir, lakin əri imtina edir və çıxıb gedir. Bundan sonra Aysel fikir verir ki, əri dostu ilə telefonda hansısa "banzay" adlı narkotik barədə danışır, evdə qurutduğu anaşanı çəkir. Hətta hamilə arvadını da narkotik çəkməyə məcbur edir. Sonradan isə tramal, lirika, ekstazi və digər bu kimi maddələr işə düşür. Bu dərmanları o, Masazırda İbadət adlı aptekçi dostundan alırmış. Bundan sonra Aysel evdən qaçır.

Bütün bunlar azmış kimi, Elşən tez-tez həyat yoldaşına xəyanət edir, onu daha çox incitmək üçün elə görüş yerindən arvadının mobil telefonuna şəkil və videolar yollayır. Oğlu anadan olanda isə xəstəxanaya gəlmir. Həmin vaxtdan sonra nə özü, nə də valideynləri kiçik Uğurun ad günlərində iştirak etməyiblər. Düzdür, bütün bunlar artıq boşanmadan sonra baş vermişdi.

Aysel ailəsini qorumağa cəhd edirdi, lakin hətta doğuşdan sonra da əri və onun valideynləri qadını döyüb alçaldıblar. Öz aralarında da belə səs-küylü qalmaqallar olurmuş – bir neçə dəfə Ayselin gözü qarşısında Elşən valideynlərini döyüb. Uşağa isə heç kim baxmır və o, Uğuru öz valideynlərinə tapşırır. Valideynlərinin verdiyi pulları isə Elşən güclə əlindən alırmış. Onu dostlarının yanında döyür və onlarla pul müqabilində cinsi əlaqəyə girməyə məcbur edir. Lakin səbr kasasını elə bir hadisə daşırdır ki, bunu Aysel heç cür unuda bilmir. Heç bir səbəb olmadan həmişəki kimi onu döyməyə başlayan Elşən uşağı "sən mənim oğlum deyilsən" deyərək itələyir və körpənin başı divara dəyir. Elə həmin an qadın qəti olaraq boşanmaq qərarına gəlir.

Lakin bu da asan məsələ deyilmiş. Elşən üzün müddət ona, valideynlərinə və vəkilinə təzyiqlər edir. Eyni zamanda, sosial şəbəkələrdə hədələr və təhqirlər başlayır. Bildirildiyinə görə, Elşən özünün çılpaq şəkillərini də səhifəsinə yerləşdirirmiş. Keçmiş arvadını elə onun evinin qarşısında döyəndən sonra Aysel bu barədə 22-ci polis bölməsinə şikayət edir. Polis əməkdaşları isə açıq şəkildə deyirlər ki, Elşənə heç nə edə bilməzlər. Elşənin qudurğanlığı həddini aşdıqda isə hakim elə məhkəmə zalında qərar verir ki, icraçılar onu müvafiq müəssisəyə aparsınlar. Lakin bir qədər keçmiş ilk ərinin atası olan Rəqail gəlir və oğlunu azad etdirir. Lakin bütün maneələrə baxmayaraq, Aysel boşanmağa müvəffəq olur.

Tezliklə Oqtay Əhmədova ərə gedir, lakin Elşən yenə də onun yaxasından əl çəkmir. Bu dəfə yalnız Ayselin deyil, əri Oqtayın və atası Qüdrət müəllimin də başı ağrımalı olur. Onların ünvanına təhqirlər və hədələr sosial şəbəkələrdə və telefonda davam edir. Elşən Qüdrət müəllimin şirkətini mənimsəmələrdə ittiham edir və yoxlamalar aparılır. Lakin kobud pozuntular aşkarlanmır. Bir neçə dəfə Elşən müxtəlif bəhanələrlə Oqtayı "təkbətək söhbət"ə çağırır, lakin hər dəfə bir dəstə adamla gələrək onu döydürür. Oqtayın çağırışlarına isə məhəl qoymur. Bundan savayı, o, sosial şəbəkələrdə Oqtayın, kiçik Uğurun, Ayselin və onun valideynlərinin adlarına səhifələr açır və günü bu gün də orada əxlaqsız məzmunlu şəkillər yerləşdirir. O, toyda hədiyyə edilmiş bütün qızılları geri tələb edir ki, bu oyunlarını qurtarsın, lakin bu da kömək etmir – qızıllar qayıtsa da, Elşən öz əməllərini davam etdirir.

Oqtayın məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmır. Lakin o haradan biləydi ki, Elşən üçün bu problem deyil. İnsanları, o cümlədən hüquq-mühafizə orqanlarını ələ salmaq onun hobbisidir. Budur, məhkəmə artıq beşinci dəfədir ki, təxirə salınır. Gah özü olmur, gah vəkili, gah da vəkilini dəyişir. Bir sözlə, proses süni şəkildə uzadılır. Əlbəttə, hakim cavabdehin məhkəməyə güclə gətirilməsi barədə qərar da çıxara bilər. Düzdür, biz hakimə göstəriş verə bilmərik, amma daha qəti addımlara ümid etmək haqqımızdır. Elşənin hər bir cəzasız günü bir çox insanlar üçün bəlalara səbəb olur...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 17046   Tarix: 23 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qəzzada dağıntılar altında 10 mindən çox insan itkin düşüb

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağı hücumlara məruz qalıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı ölənlər yaralananlarla yanaşı dağıntılar altında qalanlar da olub. Hadisə zamanı 10 mindən çox insanın itkin düşüb. Bu barədə Qəzzada Mülki Müdafiə İdarəsi məlumat yayıb. Bəyanatda bildirili

01.05.2024 121
.

Sənədsiz evlərlə bağlı YENİLİK - VİDEO

"Bu ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı aparılıb". Bunu "XəzərXəbər"ə açıqlamasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin departament direktoru Lalə Əkbərova deyib. Bu dövrdə qeydiyyata alınan mülkiyyə

01.05.2024 233
.

"Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından bir nümunədir"

"Bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca əhəmiyyətlidir. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri qəbul etmişdir və beləliklə

01.05.2024 161
.

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb. BİG.AZ xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 24

01.05.2024 226
.

Türkiyədə avtobus aşdı, ölənlər var

Türkiyənin Qaziantep şəhərində sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı sürücü idarəetməni itirib. Qəza nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qeyd edək ki, hadisə yerinə çoxlu təcili yardım maşınları cəlb olunub

01.05.2024 186
.

İsrailin Rafah şəhərində evlərə hücumu nəticəsində 2 uşaq öldü

İsrailin Qəzzanın cənubundakı Rafah şəhərində evlərə hücum olub. BİG.AZ xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata əsasən, hücum nəticəsində 2 uşaq ölüb, xeyli insan yaralanıb. Mənbələrin verdiyi məlumata görə, xəsarət alanlar şəhərdəki "Kuwait Research Hospital"a çatdırılıb. Digə

01.05.2024 129
.

Çində yolun çökməsi nəticəsində 19 nəfər öldü

Çinin cənubundakı Quanqdonq əyalətində torpaq sürüşməsi olub. BİG.AZ xəbər verir ki, yolun çökməsi nəticəsində 19 nəfər ölüb. Milli medianın yaydığı məlumata görə, Meykou şəhərində normadan artıq yağıntının səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası magistral yolun 18 metrlik hissəsinin çökməsinə səbə

01.05.2024 90
.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. BİG.AZ AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnir

01.05.2024 167
.

Çində avtomobil yolunun çökməsi nəticəsində 19 nəfər ölüb

Çinin cənubundakı Quandun əyalətində baş verən sürüşmə nəticəsində magistralın çökməsi nəticəsində 19 nəfərin ölüb. xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Meycou şəhərində həddindən artıq yağışın səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası avtomobil yolunun 18 metrlik hissəsinin çökməsin

01.05.2024 186