Şamaxıda kütləvi dava baş verib, ağır yaralanlar var

Şamaxıda kütləvi dava baş verib, ağır yaralanlar var
Şamaxı rayonunda 10 nəfərin iştirakı ilə kütləvi dava baş verib, yaralılar var.

BiG.AZ apa-ya istinadan verdiyi xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində rayonun Dağ Bağırlı kəndində qeydə alınıb.

Kənd sakinləri Zeynalov Sahib, Zeynalov Sənan, Manafov Rafiq, Beydullayev Kabus, Zeynalov Elnur və Zeynalov Fəxrəddin şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndliləri 1955-ci il təvəllüdlü Qafarov Həbib Gülağa oğlu, onun 30 yaşlı oğlu Tural Qafarov, eləcə də qardaşı Qafarov Səxavət və həyat yoldaşı Qafarova Mehribana ağac, bel və başqa küt alətlə bədənin müxtəlif nahiyələrinə ağır xəsarətlər yetiriblər. Yaralılar təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 600 Tarix: 22.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər