Humay Muxtarova: "Mənimlə bir gecə keçirməyə yarım milyon verirdi"

Humay Muxtarova: "Mənimlə bir gecə keçirməyə yarım milyon verirdi"Aparıcı Humay Muxtarovanın ölkə.az saytına müsahibəsini təqdim edirik:

– Humay xanım, hərdən nə düşünürsünüz?

– Hərdən gələcəyə dair planlarımdan, qazana biləcəyim uğurlar barəsində düşünürəm.

– Nəyi edə bilmədiniz?

– Bir neçə məsələ var ki, onlar hələ həll olunmayıb. O da ki, maddiyyatla bağlı olan məsələlərdir. İnşallah, onlar da həyata keçər.

– Bəlkə bir az danışasınız o arzulardan...

– Uşaqlıqdan mənim arzum olub ki, ucqar kəndlərin birində məscid tikdirim və kimsəsiz heyvanlara böyük bir sığnacaq açım.

– Kiminlə "soyuq müharibə"dəsiniz?

– Heyvanları bu qədərmi sevirsiniz?

– Hədsiz dərcədə sevirəm.

– Insanları tanıdıqca, itlərə məhəbbətim artır. Bu fikirlə razısınızmı?

– Razıyam. İtə su, yemək verirsən, hər gün işə gedəndə gəlib qapıda dayanıb səni yola salır. Amma illərdir ki, qoynunda dostunu bəsləyirsən, dəstək olursan və o, sənə elə bir zərbə vurur ki, sən düşünürsən ki, axı niyə?!

– Yəni ki, "sən demə, qoynumda ilan bəsləmişəm" sözünü siz də demisiniz...

– Bəli, olub. O "soyuq müharibə" hələ də davam edir. Amma mən heç kimlə düşmənçilik saxlamıram. Belə insanları həmişə Allaha həvalə edirəm.

– Uzun zamandır ki, bir xanımla rəfiqə idim. Dostluq etdik, amma o insanın mənə qarşı etdiklərini düşünəndə anlayıram ki, bu insan üç-dörd il ərzində mənə sevgi yox, nifrət bəsləyib. Ani bir qığılcımdan elə sözlər, elə hərəkətlər gördüm ki, şoka düşdüm. Mən indiyə qədər heç kimə qarşı kin saxlamamışam. Amma o xanımı qiyamətə qədər bağışlamayacağam.

– Nə demişdi sizin barənizdə?

– Nə deyə bilər ki? İnsan kiminsə haqqında danışmazdan qabaq öz keçmişinə baxmalıdır. Mənim övladıma sataşanı heç vaxt bağışlamaram. Uşağımı güddürüb, üzünə "kislata" tökmək istəyirdilər. 7 nəfər cinayətə cəlb olundu. Yaxşı ki, vaxtında hər şeyin üstü açıldı. Polisə müraciət etdim və bu təhlükənin qarşısı vaxtında alındı.

– Səbəb nə idi? Nə istəyirdilər sizdən?

– O mənə dedi ki, sən niyə qabağa gedirsən, mən yox?! Sırf qısqanclıq ucbatından mənə qarşı belə bir plan qurmuşdu.

– Başınızı başlara çoxmu qoşdunuz?

– Mənim ürəyim çox təmizdir. Əvvəl hamıya inanırdım. Ona görə də başım çox ağrıyıb. Amma indi elə deyiləm. Ətrafımda heç kim yoxdur. Sağ olsun menecerim Kəmalə xanım. O məni çox ayıltdı. Onu dediyi sözlər zamanla düz çıxır.

– Həyat yoldaşınızdan niyə ayrıldınız?

– Mənim həyat yoldaşım ərəbdir. O mənə Azərbaycandan heç vaxt getməyəcəyini demişdi. Lakin elə oldu ki, doqquz il orada yaşadım. Çox sıxılırdım. Mən anamı burada tək qoya biləməzdim. Evin tək uşağı olduğuma görə ona baxmalı idim.

– İndi münasibətiniz varmı onunla?

– Qızımın atasıdır. Qızıma necə lazımdırsa, baxır, onu təmin edir.

– Birinci evlilikdən sonra yenə ailə qurdunuz. O evlilik niyə alınmadı bəs?

– Biz ailə quranda o mənə ailəsindən ayrıldığını demişdi. Lakin sonra məlum oldu ki, ayrılmayıb. Mən bilsəydim, onunla ailə qurmazdım. Biz onunla Kərbəla ziyarətinə də getdik. Hətta hicaba da keçmişdim. Amma iş o yerə çatdı ki, söz-söhbətə görə yoldaşı intihar həddinə gəldi. Mən də qərara gəldim ki, kənara çəkilim. Ondan sonra məni hicabımı açdığıma görə qınadılar. Mən buna məcbur idim. Çünki aparıcıyam, başqa yerdən gəlirim yoxdur.

– Üçüncü dəfə ailə quracaqsınızmı?

– Xeyr.

– Bəs indi sevdiyiniz insan varmı?

– Var. O həmişə mənim yanımdadır, mənə dəstəkdir.

– O insan subaydırmı?

– Bəli, subaydır. İş adamıdır. Azərbaycanlıdır, lakin xarici ölkədə yaşayır. Biz ara-sıra onunla görüşürük.

– Son günlər etdiyiniz fotosessiyaya görə müzakirə mövzusu oldunuz. Əvvəlcədən bilirdinizmi belə qarşılanacağını?

– Bu təklif mənə qış ayından var idi. Mən demişdim ki, may ayında qəti cavab verəcəyəm. Onlar mənə yaxşı qonorar da təklif etmişdilər. Lakin tərəddüd edirdim. Bilirdim ki, bu fotosessiya söz-söhbətə səbəb olacaq. Lakin may ayında təklif olunan qonorarı artırdılar, mən də razılaşdım. Əslində mən bilirdim ki, qınaq obyektinə çevriləcəyəm. Amma bu qədərini gözləmirdim. Az qaldı ki, məni xalq düşməni elan etsinlər. Mənə bir italiyan brendindən təklif gəldi və dəyərləndirdim. Burada böyüdüləcək nə var? Onlar mənim simamı bəyənmişdilər. Hətta deyirdilər ki, çəkili olsaydınız, yenə də sizi çəkəcəkdik.

– Bədəninizə yönələn nəzərlər sizi narahat etmir ki?

– Düzünü desəm, o fotosessiyadan sonra instagramım "dağılır". Mənə elə adamlardan elə təkliflər gəlir ki, özüm məəttəl qalıram. Həm də gülməyim gəlir. Deyirəm, axı niyə bizim kişilər bir az açıq-saçıq geyinən qadın görən kimi belə olurlar?!

– Sizə olunan təkliflər intim təkliflərmi olur?

– Həm intim olur, həm də sevgi təklifləri. Amma mən onları qəbul etsəydim, bəzi xanımlar kimi altdan-altdan iş görərdim. Sadəcə olaraq, intim həyat qarşılığında mənə təklif olunan məbləğlərləri görəndə gülməyim gəlir. Bir tərəfdən deyirəm ki, ay Humay, sənin nə qədər dəyərin var imiş? Digər tərəfdən də düşünürəm ki, kişilər bir gecəlik həzzə görə nələrdən keçirlər...

– Bir gecə üçün sizə ən çox nə qədər təklif ediblər?

– Bir gecəmə yarım milyon verirdi. Başqa ölkədə yaşayan bir azərbaycanlı mənə bir gecə qarşılığında yarım milyonluq hədiyyə vəd edirdi.

– Özünüzə güvənirsinizmi?

– Bəli, həmişə özümə güvənmişəm. Özümə baxan insanam. Vaxtımın çoxu gəzməkdə, salonlarda keçir. Bu uşaqlıqdan məndə bir həvəsdir. Çünki anam da özünə baxan bir xanımdır. Həkimdir. Görünür ki, bu xasiyyət mənə ondan keçib (gülür).

– Ay ərzində öz gözəlliyinizə nə qədər "qurban" verirsiniz?

– Ay olub ki, 10-15 min xərcləmişəm. Ay olub ki, 30 min, ay olub ki, 3 min. O baxır mənim aylıq gəlirimə.

– Sizcə, sizi ən cazibədar göstərən bədəninizin hansı üzvüdür?

– Gözlərim.

– Bəs simadan aşağı düşsək?

– Elə 45 kiloqram çəkidə qalmağım (gülür).

– Olanlara təəssüflənirsinizmi?

– Bəli, mən çox tez qərar verənəm. Bəzən tələsib qərar verirəm, lakin sonradan peşman oluram

– Tələsib "təndir"ə düşmüsünüzmü?

– Düşməmişəm, amma etdiyim bəzi hərəkətlər mənə sonradan zərbələr vurub.

– Bəs nəyə gecikdiniz tələsməyə?

– Əvvəlki vaxtım olsa idi, qızımın atasından ayrılmazdım. Çünki onun mənə yaşatdığı həyatı heç bir kişi yaşada bilməz. Mənim yoldaşımın məndən başqa 3 yoldaşı var. O yüksək vəzifə sahibidir. Onunla dünyanın bütün ölkələrini gəzmişəm. Brendlər geyinmişəm. İndi o həyatdan çıxıb bu həyata düşməyim məni incidir.

– Dediniz ki, ananıza görə bura gəldiniz. Bəs ananızı oraya apara bilməzdiniz?

– Mənim anamın işi buradadır və o xəstəlikdən əziyyət çəkir. O, orada yaşaya bilməzdi. Hər şeyi anama qurban verdim.

– Yenidən barışmaq fikriniz varmı?

– Qızım atasının yeganə varisidir. 18 yaşı tamam olan kimi atası onu xaricdə oxutduracaq. O, necə lazımdırsa, onu təmin edir. Bir sözlə, qızımın mənim puluma ehtiyacı yoxdur (gülür).

– Həyat yoldaşınızın 3-cü xanımı olmağa necə razı oldunuz?

– Orada bir kişi maksimum 7 qadın ala bilər. İcazə verilir. Əsas kişinin razılığıdır. Məni gördü, bəyəndi, mən də razılıq verdim.

– Boğanızda ilişib qalan nədir?

– Mən özümlə gecələr çox danışıram. Çox şeylər boğazımda ilişib qalır, amma birtəhər uduram.

– Özünüzü ittiham edirsinizmi?

– Bəli, ən çox ailə məsələlərində və ziyarətə gedib başımı bağlayıb, sonra açmağım məni çox narahat edir.

– Yenidən örtünmək kimi bir niyyətiniz varmı?

– Mən örtülü geyimlərə öyrəşmişdim. Hətta Azərbaycana gələndə bir müddət qapalı geyinirdim. İnşallah ki, yenə də qismət olar. Çünki mən İmam Hüseyn aşiqiyəm. Çalışıram ki, yaxşılıqlar edim, Allah mənim günahlarımı bağışlasın.

– Çəkdirdiyiniz fotosessiyaya görə keçmiş həyat yoldaşınız bir söz dedimi?

– Biz ayrılmışıq, o mənim işimə qarışmır. Mən bu addımımda indi həyatımda olan insanla məsləhətləşdim və onun razılığını aldım. Başqasının fikri mənim üçün önəmli deyil.

– Bu işin davamı olacaqmı?

– Olacaq, bundan da betəri olacaq (gülür).

– Nəyə ad qoya bilmirsiniz?

– İnsanların bu qədər vəhşiləşməyinə ad qoya bilmirəm.

– Ova gedərkən ovlandınızmı?

– Mən heç vaxt tora düşmürəm. Allah özü məni qoruyur. Günlərin bir günü məni İsrailə toy məclisinə dəvət etmişdilər. Razılaşdım. Məndən başqa oraya iki tanınmamış müğənni də dəvət olunmuşdu. Uçuşuma az qalmış mən ora getməkdən imtina etdim. Qızlar getdilər. Onların başına orada oyun açmışdılar. Döyüb küçələrə salmışdılar. Sonra bir dəfə Şamaxıda avtomobil qəzasına düşdük. Mənim burnum da qanamadı. Deməli, az da olsa, Allahın nəzərində varam.

– Lazımı məqamda temperaturu aşağı sala bilirsinizmi?

– Sala bilirəm. Lazımı anda aranı sakitləşdirməyə qadirəm. Psixologiyanı çox gözəl bilirəm.

– Kimə sözünüz yoxdur?

– Məni və qızımı təhqir edənlərə sözüm yoxdur. Bilmirəm ki, onlar insandır, yoxsa şeytan.

– Ayağınızın yerdən kəsildiyi anlar olubmu?

– Olub. Gün olub ki, evdən çıxmağa 20 qəpik də tapmamışam. Heç kimə əyilməmişəm. Aparıb qızıllarımı satmışam.

– Həmin məqamda nə düşünürdünüz?

– Düşünürdüm ki, Allahın bir sınağıdır. Dözürdüm, səbr edirdim.

– İndiki gənc qızlarda bəyənmədiyiniz nədir?

– İndiki qızlar ailəyə kəm baxırlar. Yoldaşları ilə bir problem olan kimi analarının üstünə qaçırlar. Mən peşman olmuşam. Bir növ harınlamış kimi oldum. Qızlara sözüm odur ki, beş-on günlük münasibətlərə aldanmasınlar, öz bakirəliklərini satmasınlar. Ailəyə ailə kimi baxsınlar. Savadı olmayıb, yoldaşından boşanan və bunun nəticəsində pis yola düşənləri haradasa başa düşmək olar. Amma pula ehtiyacı olmadığı təqdirdə onunla-bununla görüşən qızları anlaya bilmirəm.

– Şəhvət qurbanı olmusunuzmu?

– Olmamışam. Mən her şeyi yataqda görmürəm. İnsan özünə sevgi və hörmət qazanmalıdır.

Humay Muxtarova: "Mənimlə bir gecə keçirməyə yarım milyon verirdi"Humay Muxtarova: "Mənimlə bir gecə keçirməyə yarım milyon verirdi"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6333   Tarix: 21 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467