Sirkdə faciə: top atəşi onu uzağa atdı - VİDEO

Sirkdə faciə: top atəşi onu uzağa atdı - VİDEOÇilinin paytaxtı Santyaqodakı sirklərdən birində insident yaşanıb.

"Hombre Bala" ("Güllə adam") kimi tanınan 40 yaşlı Hayme Almarza Kesada həmişə olduğu kimi, "Topdan uçan adam" şousunu göstərirdi.

Santyaqodakı "Arauco Maipu" ticarət mərkəzindəki "American Circus"un akrobatı, topun lüləsinə girmiş Hayme atəş açılandan sonra sirk şapitosunun qübbəsi altında uçmalı, qarşı tərəfə çəkilmiş tora düşməliydi.

Lakin top atəş açandan sonra Hayme torun üzərindən uçaraq tribunalara düşüb.

Ağır xəsarət alan, ayaqları sınan akrobat hospitala aparılıb.

milli.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 843   Tarix: 21 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Kurslar.az kurslar