Azərbaycana gələn, xalqımızı təhqir edən Vlad Ermənistana sığındı - FOTO

Azərbaycana gələn, xalqımızı təhqir edən Vlad Ermənistana sığındı - FOTO"Vlad Maqa" kimi tanınan, YouTube-da "MAGASHOW" adlı kanalı olan 24 yaşlı Vladimir Movsesov artıq Ermənistandadır.

Belarus vətəndaşı olan "Vlad Maqa" hazırda İrəvanda yaşayır.

"Dağıstandan Azərbaycana bir gün. Erməni Bakıda" adlı 36 dəqiqəlik videoçarx çəkən və yayan bloqer ölkəmizi, xalqımızı aşağılamışdı.

Xatırladaq ki, özünü "turistlərin baş çəkmədikləri, turistlərə göstərilməyən məkanlara səyahət edən bloqer" kimi təqdim edən V.Mosesov Azərbaycana Belarus vətəndaşı kimi gəlib, sərhəddə də Belarus pasportunu göstərib.

O, Bakını dolaşandan sonra cənuba, Lənkəran və Astara rayonlarına yollanıb.

Azərbaycana gələn, xalqımızı təhqir edən Vlad Ermənistana sığındı - FOTOUcqar dağ kəndlərini gəzən "Maqa" burada yerli sakinlərin rus dilində sərbəst danışa bilməmələrinə "təəccüblənib" və bunu ironiya ilə şərh edərək "Təsəvvür edin - bu insanlar rus dilini bilmirlər! Ümumiyyətlə, bilmirlər!"

Azərbaycan-İran sərhədinə yaxın kəndləri gəzən "Maqa" burada ondan sənədlərini göstərmək istəyən insanları ələ salır, "Bu adamlar niyə polis kimi davranırlar?" söyləyib gülür.

"Maqa" sonda Gəncəyə yollanıb və bunu, "yaxın insanın xahişi" ilə izah edib.

Məsələ isə çox sadədir: Vladimir Mosesovun atası ermənidir və o, babasının evini görmək üçün Gəncəyə gedib. Özünün dediyinə görə, milli mənsubiyyətini yəqinləşdirməkdə çətinlik çəkdiyindən "böyüklərinin bir zaman yaşadıqları evə baş çəkmək" istəyib.

Gəncədəki sabiq Fioletov, idiki Əziz Əliyev küçəsindəki 127 saylı evi axtaran "Maqa" istədiyini tapıb. Amma gəncəlilərin onunla davranışından narazı qalıb.

"Ermənilər barədə niyə belə pis danışırsınız?! Lənət olsun, siz niyə ermənilərə belə deyirsiniz?! Bax, lap mən erməniyəm, sonra?!" söyləyən "bloqer", sanki, münaqişə yaratmağa can atıb, sakinləri aqressiyaya təhrik edib.

"Gəncə dəyişib, insanlar dəyişib. Mən tolerantam, amma belə adamları görəndə, sanki, içdən partlayıram. Evə daxil ola bilmədim. Ev yiyəsi yoxdur, arvadı da haradasa veyillənir. Əşşi, nə isə... Deyəsən, indi kim olduğumu anlayıram. Ora, Qarabağa getməsəm, özümü bağışlaya bilmərəm. Nifrət içimi dağıdır".

Video Dağlıq Qarabağda "Maqa"nın görüntüləri ilə başa çatırdı.

Dağlıq Qarabağdakı terrorçu rejimin və Ermənistan ordusunun səngərlərini, mövqelərini çəkən "Maqa" özündən razı şəkildə deyirdi: "Artıq buradayam. Bura Dağlıq Qarabağdır".

Azərbaycana gələn, xalqımızı təhqir edən Vlad Ermənistana sığındı - FOTOVideo yayılandan sonra hədələndiyini vurğulayan Vlad Maqa, yəni Movsesos əməlli-başlı piar kampaniyasına başlayıb.

Onun dediklərinə inansaq, Azərbaycandan və azərbaycanlılardan sürəkli təhdidlər alıb. Hətta, sən demə, onu ölümlə də hədələyiblər.

"Səfərimin məqsədi turizm idi, mən bura sülhlə gəlmişəm və insanları olduqları kimi göstərməyə çalışmışam. Amma nəyə görəsə çoxları yaxşı heç nə görmədilər, ancaq mənfilikləri üzə vurdular, halbuki mənə gecələməyə yer vermiş, yedirmiş, evlərinə aparmış insanları çəkmişəm", - Maqa deyir.

Səfərim zamanı Azərbaycanda olduğu qədər aqressiya ilə heç bir yerdə üzləşməmişəm. O aqressiya indi də davam edir, azərbaycanlılar sakitləşmək bilmir, - Vlad Maqa deyib. - Hesab edirəm ki, siyasətlə heç vaxt bağlı olmamış və olmayan insanın siyasi cəhətdən izlənilməsi düzgün deyil. Siyasətçilərin özlərinin belə statusu barədə razılığa gələ bilmədikləri regiona səfərə görə izlənmə düzgün və qanuni deyil. "Münaqişəyə efir vaxtının cəmi 20 saniyəsini ayırmışam, tarixi fakt göstərmişəm və bundan sonra internetdə olan tarixi filmlə onu təsbit etmişəm".

Halbuki Ermənistanın İctimai radiosuna müsahibəsində Vlad Maqa öz ünvanına aqressiv münasibəti "erməni olmasını qəbul etməsi və söyləməsi" ilə izah edib.

Dünən isə Vlad Movsesov yeni videosunu yayıb. "Təqiblərdən və hədələrdən harada gizlənirəm" adlı videoda V.Movsesov başabəla "bloqer" A.Lapşindən məsləhətlər aldığını etiraf edib.

"O, mənə dedi ki, təqiblər olacaq. İnanmırdım, indi inandım. Evimi axtardılar, tanışlardan, dostlardan harada yaşadığımı soruşublar. Sonda da yaşadığım evin qarşısına gəldilər. Cəhənnəm yaşadım. Çox yorulmuşam. İndisə təhlükəsizlikdəyəm. Ermənistandayam, İrəvandayam. Mənə yardım edirlər, mənə kömək edirlər. Ev də ayırıblar", - V.Movsesov deyib.

Onun sözlərinə görə, Ermənistanın hakimiyyət dairələri "bu problemlərin həlli ilə məşğuldur".

Ermənistanın xüsusi xidmət orqanlarının V.Movsesovun "təhlükəsizliyinin təminatı" ilə məşğul olması, Ermənistan mediasında bu "bloqer"ə tam dəstək adı ilə genişmiqyaslı kampaniyanın aparılması bu şəxsin Azərbaycana "sadəcə, turizm məqsədi" ilə gəlmədiyini göstərir.

V.Movsesov, yəni "Vlad Maqa" Dağlıq Qarabağda olduğunu, orada videosüjet hazırladığını və "Azərbaycan barədə öldürücü həqiqətlər"i yayacağını deyərək Bakını hədələməyə çalışır.

Gerçəklik isə odur ki, bu ermənini kimsə hədələmir. Kimsə onu izləmir, kimsə onu güdmür.

19-cu əsrdə ABŞ-da çox populyar lətifə vardı: "Heç bilirsiniz Ələkeçməz Co niyə ələ keçmir?! Çünki o, kimsəyə gərək deyil".

V.Movses əgər, doğrudan da, hədələnirsə, özü dediyi kimi, "evinin qarşısında şübhəli adamlar varsa", nə üçün indiyədək polisə müraciət etməyib?! Nə üçün onun müdafiə kampaniyası Ermənistanda başlandı və özü də bu kampaniya "Maqa"nın Azərbaycana səfəri günü start götürdü?!

Azərbaycana gələn, xalqımızı təhqir edən Vlad Ermənistana sığındı - FOTORusiyada, MDB-nin digər ölkələrində yüz minlərlə erməni və azərbaycanlı yaşayır. Amma həmin ölkələrdə azərbaycanlılar kütləvi, sürəkli şəkildə ermənilərə hücum etmir, onları qətlə yetirmir.

Çünki ermənilərdən fərqli olaraq, azərbaycanlılar arasında terroru dəstəkləmək mərəzi geniş yayılmayıb.

"Əzabkeş xalq" olmaqla bağlı yalançılıq təki.

Vlad Movsesov qarabağlı separatçıları mədh edən A.Lapşin kimi "məşhurlaşmaq və tanınmaq" yanğısındadır.

Özü də İrəvanda yaşayaraq...

Milli.Az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1713   Tarix: 20 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
çunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949