Azərbaycan Ordusunun əsgəri nə yeyir? - FOTOLAR

Azərbaycan Ordusunun əsgəri nə yeyir? - FOTOLARAzərbaycan müstəqilliyini əldə etdikdən sonra 1992-ci ildə Orduda şəxsi heyətin ərzaq təminatı keçmiş sovet ordusunun ərzaq payı normaları əsasında təşkil olunmuşdu. 1992-ci ildə qüvvədə olan normalara istinadən hazırlanan "Azərbaycan Respublikası Silahlı Qüvvələrin şəxsi heyətinin ərzaqla təminatı haqqında" əsasnamə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müdafiə nazirinin 27 iyul 1992-ci il tarixli müvafiq əmri ilə təsdiq edilib.

Azvision.az xəbər verir ki, 2013-cü ildə Azərbaycanın müdafiə naziri vəzifəsinə general-polkovnik Zakir Həsənov təyin olunduqdan sonra orduda əsaslı islahatlar aparılmağa başlandı. Silah-sursat və digər məsələlərlə bağlı islahatlardan başqa, diqqəti çəkən bir yenilik ordunun qidalanma rasionunda köklü dəyişikliklərin edilməsi ilə bağlı qərar və sərəncamların verilməsi idi.

Yeməklərin kartotekası hazırlanaraq, bu barədə şəxsi heyətin fikirləri, həmçinin milli mətbəximizin xüsusiyyətləri nəzərə alındı. 2014-cü ildə müdafiə naziri Zakir Həsənovun təşəbbüsü ilə məsələyə yenidən baxıldı və ərzaq payı normalarının tərkibinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edildi.

Təklif müsbət qarşılanaraq Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, müdafiə nazirinin 8 sentyabr 2014-cü il tarixli qərarı ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrin şəxsi heyətinin ərzaqla təminatı haqqında" əsasnamə qüvvəyə minib. Artıq xeyli müddətdir ki, hərbi hissələrdə milli yeməklər əsgərlərin qida rasionuna daxil edilib. Yemək menyuları tərtib olunarkən şəxsi heyətin fikirləri nəzərə alınmaqla qarışıq dolma (badımcan, pomidor, bibər), küftə, parça-bozbaş, düşbərə, səbzi plov və turşu qovurma plovları kimi milli yeməklərin bişirilməsinə üstünlük verilir.

Hər bir qoşun növü üçün ərzaq payı normalarının işlənilməsi zamanı onların xidməti vəzifələrini yerinə yetirəkən sərf etdikləri gündəlik enerjinin tam və dolğun bərpa edilməsi nəzərə alınıb. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin ümumqoşun, dənizçi, uçuş, müalicə, ali hərbi məktəb və hərbi lisey kursantları, xüsusi təyinatlı dəstələr, kəşfiyyat qrupları, ümumqoşun quru ərzaq payı, həmçinin ərzaq payı və müalicə ərzaq payı verilərkən məhsulların əvəz olunması normaları işlənərək hazırlanıb. Normaların tərkibinin işlənilməsi zamanı mütəxəssislər tərəfindən əsasən bütün növ yağlar, zülallar və karbohidratlarla zəngin olan ərzaq məhsullarına üstünlük verilib. Eləcə də ilin fəsillərinə uyğun olaraq təzə meyvə və tərəvəzlərlə təminat nəzərə alınıb. Cari dövr ərzində Azərbaycan Ordusunun şəxsi heyətinin ərzaq məhsulları ilə təminatında bir sıra yeniliklər edilib.

Xardal tozu hazır xardal ilə, quru üzümün bir qismi ərik və qarışıq meyvə qurusu ilə, bitki yağının bir qismi zeytun və qarğıdalı yağı ilə, meyvə şirəsinin bir qismi təzə meyvə ilə, çörəyin bir qismi qalet və suxarı ilə əvəz olunub. Pendirin (bərk və əridilmiş), cemin (feyxoa, çiyələk, ərik, şaftalı), soyuq qəlyanaltı konservlərinin (təzə xiyar, pomidor, eləcə də xiyar, pomidor və kələm marinadları) çeşidləri artırılıb. Yeməklərin çeşidliyini artırılmaq məqsədilə ət bitki konservləri, həmçinin bir nəfər üçün əvəzetmə norması əsasında 60 qram yarıqaxac kolbasa alınaraq hərbi hissələrə paylanılıb. Yüksək dağ şəraitində yerləşən və döyüş növbətçiliyi aparan bölmələrin şəxsi heyəti üçün verilən quru çayın və şəkər tozunun bir qismi paketlərdə 1 qramlıq çay və 20 qramlıq qənd ilə əvəz edilib.

Yüksək dağ şəraitində yerləşən və döyüş növbətçiliyi aparan bölmələrin şəxsi heyəti üçün yay vaxtı 4,5 litr, qış vaxtı isə 3,5 litr içməli qablaşdırılmış su təminat normalarına əlavə edilib. Bundan əlavə olaraq döyüş şəraitində hesab olunan hərbi hissələrdə döyüş növbətçiliyi aparan hərbi qulluqçulara 15 qram kərə yağı, 20 qram şəkər, 1 qram çay, 100 qram I növ çörək, dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən hərbi hissələrdə (bölmələrdə) həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara 20 qram şəkər, 1 qram çay, 100 qram I növ çörək, 15 qram kərə yağı və 1500 metr yüksəklikdə yerləşən hərbi hissələrdə (bölmələrdə) həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara 20 qram şəkər, 1 qram çay, 100 qram I növ çörək, 15 qram kərə yağı, 20 qram qatılaşdırılmış şəkərli süd, daimi olaraq aerodromlarda, poliqonlarda, texniki və start mövqelərində uçuş aparatlarına bilavasitə xidmət edən zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına 50 qram ət və 20 qram pendir, təmannasız qan verən donorlara (qan verdikləri gün) 45 qram şokolad, 200 qram təbii meyvə və ya giləmeyvə şirəsi, 50 qram peçenye, iş günü hesab olunmayan bayram günlərində normanın dəyərinin 30 faizi həcmində əlavə ərzaq payı verilir.

Bu illər ərzində qoşunlarda şəxsi heyətin ərzaq təminatının yaxşılaşdırılması, ərzaq məhsullarının vaxtlı-vaxtında alınması, hərbi hissələrə çatdırılması və ərzaq payı normaları əsasında keyfiyyətli qidalanmanın təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Qida rasionun enerji dəyərinin artırılması məqsədi ilə quru ərzaq payı normalarına 150 qram ciyər paşteti və 100 qram qatılaşdırılmış şəkərli süd əlavə edilib və quru ərzaqpayının ümumi enerji dəyəri 3236 kkal-dən 3993 kkal-yə çatdırılıb. Döyüş şəraitində hesab olunan hərbi hissələrdə döyüş növbətçiliyi aparan hərbi qulluqçuların suya olan təlabatını təmin etmək məqsədilə gündəlik normaya qablaşdırılmış su əlavə edilməsi üzrə müvafiq işlər görülmüş və qeyd edilən hərbi qulluqçular qablaşdırılmış içməlı su ilə təmin olunub.

Hərbi hissələrin təhlükəli, əlverişsiz, yüksək dağlıq şəraitində yerləşən bölmələrinin şəxsi heyəti üçün uzunmüddətli konservləşdirilmiş 1-ci və 2-ci hazır milli və keyfiyyətli yeməklərlə təmin edilməsi üzrə lazımi tədbirlər görülüb. Belə ki, tez bir zamanda yeməklərin hazırlanmasını asanlaşdırmaq və şəxsi heyəti çeşidli yeməklərlə təmin etmək məqsədi ilə küftə, qarışıq dolma (badımcan, pomidor, bibər), ətli noxud və mərcimək şorbası konservləşdirilmiş halda şəxsi heyətin qidalanmasına verilib. Yüksək dağlıq şəraitində yerləşən bölmələrə həm ərzaq məhsullarının daşınmasını, həm də yeməklərin ilkin emalını asanlaşdırmaq və yeməklərin vaxtlı-vaxtında keyfiyyətli hazırlanmasını təmin etmək üçün bir sıra təzə tərəvəz məhsulları quru tərəvəz məhsulları ilə əvəz olunub.

Azərbaycan Ordusunda şəxsi heyətin ərzaqla təminatı normalarının hər birinin ayrı-ayrılıqda özünəməxsus özəllikləri var. Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin ümumqoşun ərzaq payı normasının tətbiq olunması zamanı qida rasionunun enerji dəyərinin artırılması məqsədilə ərzaq növlərindən ət 200 qramdan 250 qrama, təbii meyvə şirəsi 50 qramdan 100 qrama, toyuq yumurtası həftədə 4 ədəddən gündə 1 ədədə qədər artırılıb və cem, sarıkök, zəfəran, qurudulmuş göyərti, müxtəlif souslar, vitamin "heksavit" ərzaq normasına əlavə olunaraq ümumi enerji dəyəri 3700 kkal-dən 4000 kkal-yə qədər çatdırılıb. Eyni zamanda ümumqoşun ərzaq payı normasında əlavə ərzaq payının verilməsi və digər təminat növləri nəzərdə tutulub.

Şəxsi heyətin qidalanmasının yaxşılaşdırılması məqsədi ilə ərzaq növlərinin çeşidləri artırılaraq 50 növ ərzaqdan 100 növ ərzağa çatdırılıb. Yeni inşa edilən yeməkxanalarda şəxsi heyət üçün isti çörəyin və müxtəlif çeşiddə şirniyyat məmulatlarının hazırlanması üçün çörəkbişirmə sexləri nəzərdə tutulub. Həmin sexlərdə şəxsi heyətin tələbatına uyğun olaraq isti çörək və şirniyyat məmulatı kimi pirojki ət, kartof, pendir, düyü və qarabaşaqla, bulka isə sadə, kişmişli, cemli, kəsmikli halda bişirilərək şəxsi heyətin qidalanmasına daxil edilir. Bu istiqamətdə dəyərli keyfiyyət dəyişiklikləri davam etməkdədir. Gələcəkdə Azərbaycan Ordusunda müasir tələblərə cavab verən yeməkxanaların inşası barədə zəruri tədbirlər görülür. Azərbaycan Ordusunun hərbi hissələrində yeməklərin keyfiyyətinin və çeşidliynin artırılması, eləcə də şəxsi heyətə milli, dadlı xörəklərin hazırlanmasının təmin edilməsi məqsədilə əsgər aşpaz heyəti peşəkər mülki aşpaz heyəti ilə əvəz olunub.

Hal-hazırda Azərbaycan Ordusunda şəxsi heyətin qidalanması zamanı milli kulinar dəyərlərimiz layiqincə qorunur. Fərqli adət-ənənələrimiz davam etdirilməklə xalqımıza xas olan çox dadlı milli yeməklərin hazırlanmasına xüsusi önəm verilir. Şəxsi heyətin mənəvi-psixoloji durumu öyrənilən zaman məlum olub ki, qidalanma zamanı əsgərlərimiz tərəfindən milli yeməklərə üstünlük verilməsi çox müsbət qarşılanır. Bu səbəbdən sovet ordusunun dövründə olan ərzaqlar bütöv arpa yarması, buğda yarması, darı, arpa və yulaf normadan çıxarılaraq, milli yeməklərimiz olan küftə, parça-bozbaş, qarışıq dolma (badımcan, pomidor, bibər), düşbərə, müxtəlif çeşidli plov və digər milli yeməklərlə əvəz olunub. Azərbaycan Ordusunda şəxsi heyətin qidalanması və gündəlik normanın onlara tam çatdırılması daimi olaraq nəzarətdə saxlanılır. Şəxsi heyətin təzə ərzaq məhsulları ilə təmin edilməsi üçün əlavə olaraq zəruri tədbirlər həyata keçirilir. Bununla bağlı Azərbaycan Ordusunda şəxsi heyətin mütəmadi olaraq təzə kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi üçün hərbi kənd təsərrüfatı müəssisələri və hərbi hissələrdə yardımçı təsərrüfatlar yaradılıb. Hal-hazırda həmin təsərrüfatlardan şəxsi heyətin təzə ət, süd və tərəvəz məhsulları ilə təminatı operativ surətdə icra olunmaqdadır.
Azərbaycan Ordusunun əsgəri nə yeyir? - FOTOLARAzərbaycan Ordusunun əsgəri nə yeyir? - FOTOLARAzərbaycan Ordusunun əsgəri nə yeyir? - FOTOLARAzərbaycan Ordusunun əsgəri nə yeyir? - FOTOLARAzərbaycan Ordusunun əsgəri nə yeyir? - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1400   Tarix: 19 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

02.05.2024 569
.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

02.05.2024 322
.

"Avroviziya-2024"də Fələstin bayraqları qadağan edildi

"Avroviziya"nın təşkilatçısı olan Avropa Yayım Birliyi builki beynəlxalq mahnı müsabiqəsinə Fələstin bayraqları və siyasi bəyanatlar olan plakatların arenaya gətirilməsini qadağan edib. Bununla əlaqədar Avropa Yayım Birliyi bəyanat yayımlayıb. Bəyanatda qeyd olunur ki, Fələstin bayraqlarını

02.05.2024 197
.

"Azərbaycan insanların hüquq və azadlıqlarının,media azadlığının yüksək səviyyədə təmin olunduğu, tolerant, humansit dövlətdir"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasındakı mövcud əlaqələrin daha da dərinləşməsinə və münasibətlərin gələcək inkişafına təkan verəcək. Ölkə Başçımızın Almaniyada yüksək səviyyədə qarşılanması və. Berlində keçirilən "15-ci Petersberq İqli

02.05.2024 121
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 125
.

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO

Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb

02.05.2024 326
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

02.05.2024 857
.

Yunanıstan Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası razılaşmasını alqışlayır

Yunanıstanın Xarici İşlər Nazirliyi aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının yekunlarına dair məlumat yayıb. xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. "Cənub

02.05.2024 135
.

Braziliyada güclü yağışlar yağıb

Braziliyanın Rio-Qrandi-du-Sul ştatında güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, daşqın nəticəsində 8 nəfər ölüb, 21 nəfər itkin düşüb. Ştatın 100-dən çox şəhəri güclü yağışlardan zərər çəkib. Sel fəlakəti nəticəsində 400-dən çox insanın evakuasiya edildiyini açıqlayıb. Güclü yağışların nə vaxt

02.05.2024 134