"Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir" - Mattarella

"Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir" - Mattarella"İtaliyanın Azərbaycana səfər edən ilk Prezidentiyəm. Mən bundan çox böyük məmnunluq duyuram. Mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana gəlmişəm və dəvətə görə Sizə bir daha təşəkkürümü bildirirəm. Bu dəvət və bizim münasibətlərimiz ölkələrimiz arasında mükəmməl səviyyədə olan ikitərəfli əməkdaşlığımızın nəticəsidir".

BiG.AZ-ın xəbərinə görə, bunu Bakıda səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.

O qeyd edib ki, gündəlikdə olan məsələlər ikitərəfli münasibətləri nəzərdə tutan bütün sahələri diqqətdə saxlayan məsələlərdir: "Çünki İtaliya da Azərbaycanı özünün etibarlı tərəfdaşı hesab edir və xüsusilə də bu regionda əsas tərəfdaşı hesab edir. İtaliya qlobal səviyyədə də Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verir. İtaliya Azərbaycanın dünyəviliyini və dini tolerantlığa olan hörmətini çox alqışlayır. Radikalizmdən doğan təhlükələrə qarşı Azərbaycanın gördüyü işləri İtaliya tərəfi dəstəkləyir.

Biz söhbətlərimiz zamanı eləcə də terrorizmə və qeyri-qanuni ticarət yollarına qarşı mübarizəyə dair də fikir mübadiləsi apardıq və eyni fikirdəyik. Bizim strateji və kommersiya sahəsində olan əməkdaşlığımız barədə də geniş fikir mübadiləsi apardıq. Bizim enerji sahəsi üzrə mükəmməl əməkdaşlığımızdan əlavə digər sahələr üzrə də əməkdaşlığımızın mümkünlüyündən və onların önəmindən danışdıq. İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyətindən danışdıq. Cənub Qaz Dəhlizində İtaliya tərəfinin və Azərbaycan tərəfinin səylərini qiymətləndirir və ümumi maraqlarda olan bu məsələlərin həll yolunu tapması üçün hər iki tərəfin çalışacağını bildiririk. Çünki Cənub Qaz Dəhlizi və eləcə də Xəzər dənizi regionu, Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir. İtaliya Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsinə çox böyük önəm verir və bunu alqışlayır. Biz ümid edirik ki, bu sahə üzrə və dostluq münasibətləri çərçivəsində İtaliya şirkətləri Azərbaycanda energetika sahəsindən başqa digər sahələrdə də öz fəaliyyətini qura bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 408   Tarix: 18 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər

Xırdalanda sahibsiz küçə itləri qadına hücum ediblər. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, yol ilə hərəkət edən qadına altı it hücum edib və ayağından dişləyib. Qadının hazırkı vəziyyəti ilə bağlı məlumat yoxdur

08.05.2024 177
.

Azərbaycanda bank kartlarında problem yarandı

Azərbaycanda bank kartlarında problem yaranıb. Bu barədə sosial şəbəkələrdə çoxlu paylaşım yer alıb. -ın məlumatına görə, "Azericard" yaranan məsələ ilə bağlı açıqlama verib. "Azericard" proses mərkəzində olan müvəqqəti çətinlikdən dolayı kartlarla ödənişlərdə gecikmələr mövcuddur

08.05.2024 429
.

Qonşu itə görə qonşusunu maşınına bağlayıb sürüdü - ANBAAN VİDEO

Antaliyanın Kaş bölgəsində qandonduran hadisə yaşanıb. xəbər verir ki, Çavdır məhəlləsində iki qonşu it üstündə dava edib. Daha sonra Şaban T. Orhan S.-i iplə maşının arxasına bağlayarq sürüyüb. Hadisə yerinə gələn polis Şaban T.-ni nəzarətə götürüb. Belindən və ayağından yaralanan Orhan S. isə təcil

08.05.2024 591
.

İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - YENİLƏNİB + FOTO

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub. Bu barədə AZƏRTAC məlumat yayıb. 11:17. Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətə

08.05.2024 200
.

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri DANIŞDI

"Mən daxil bütün işçi kollektivi dönərdən yedik, səhhətimizdə heç bir problem yoxdur". Bu sözləri Baku TV-yə müsahibəsində Zaqatala rayonunda fəaliyyət göstərən dönərxananın sahibi Rəsul Fətəliyev deyib. O bildirib ki, bu gün 200 ədəd dönər satılıb:. "Toyuqla bağlı problem olub. Halbuki

08.05.2024 580
.

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanıyıb

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanımaq qərarına gəldiyini açıqlayıb. xəbər verir ki, Baham adaları Xarici İşlər Nazirliyindən verilən açıqlamada, hökumətin fələstinlilərin öz siyasi statuslarını sərbəst şəkildə təyin etmək və iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst şəkild

08.05.2024 152
.

Telman İsmayılovun adı onun ölümündə hallanır - YENİ FAKTLAR

Rusiyadakı məşhur "Çerkizovski" bazarının sabiq sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun cinayət işində yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Daxili İşlər Nazirliyinin məlumatına görə, beynəlxalq axtarışa verilən biznesme

08.05.2024 656
.

Mövsümdən əvvəl yetişən alça ziyanlıdırmı?

Bu gün bazarlarda havaların soyuq keçdiyini nəzərə alaraq mövsümdən əvvəl alça və çiyələkləri piştaxtalarda görmək olar. Həddindən artıq iri alçalar və digər meyvələr göz oxşasa da bəs sağlamlığımız üçün ziyanlıdırmı?. Mövzu ilə bağlı BİG.AZ-A qida eksperti Məhsəti Hüseynova açıqlama verib. O bildiri

08.05.2024 222
.

"Avroviziya-2024" başladı

İsveçin Malmö şəhərində "Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb. Axşam.az-ın məlumatına görə, birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq. Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq

07.05.2024 536