Azərbaycanda dəhşətli qəzalar hər gün can alır: GÜNAHKAR KİMDİR?

Azərbaycanda dəhşətli qəzalar hər gün can alır: GÜNAHKAR KİMDİR?Son zamanlar sərnişin avtobuslarında iştirak etdiyi qəzaların sayı durmadan artmaqdadır. Bu qəzaların artmasına səbəb nədir?

Bununla bağlı BiG.AZ-a açıqlama verən yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, son günlər baş verən avtobus qəzalarının səbəbi sürücülərin intizamsızlığı, məsuliyyətsizliyidir. Bilirsiniz ki, əhalinin bir çoxu istirahət üçün rayonlara üz tutur. Buna görə də yollarda maşınların və avtobusların sayı çoxalıb. Sürücülərin intizamsızlığı və sərnişin daşımalarında nəzarətsizlik də qəzaların çoxalmasına səbəb olur. Yəni vaxtı-vaxtında sürücülər tibbi müayinələrdən keçirilmir, avtobuslara zamanında texniki baxış olmur. Yorğun və yuxulu sürücülər avtobus idarə edirlər. Amma qəzada tək günahkar avtobus sürücüsü olmaya bilər. Detalları araşdıranda görürük ki, qəzaya səbəb digər maşının sürücüsüdür. Bir sözlə, ümumi səbəblər ölkəmizdə yol hərəkəti qaydalarının səviyyəsi ilə bağlı məsələlərdir. Sürücülərin qeyri-peşəkarlığı, sərnişin daşımalarındakı və yol hərəkətindəki qüsurlar qəzaların günü-gündən armasına gətirib çıxarır. İşıqlandırmanın olmaması, təhlükəli yerlərin işarələndirilməməsi, yollardakı qüsurların da qəzalarda rolu böyük olur".

Azərbaycanda dəhşətli qəzalar hər gün can alır: GÜNAHKAR KİMDİR?Ekspert vurğulayıb ki, qəzalarda dəymiş ziyan təqsirkar tərəfindən ödənilir: "Amma belə halda təqsirkar müəyyən olunmalıdır. Yəni günahkarın avtobus sürücüsü, yoxsa digər nəqliyyatı idarə edən şəxsin olması müəyyənləşdirilməlidir. Ola bilər ki, sürücülər heç təqsirkar deyil. Yolun infrastrukturunda problem var. Sığorta da var. Sürücülərin təqsiri ucbatından qəza baş verərsə sürücü məsuliyyətinin icbari sığortası var. Sığorta qanunvericiliyinə uyğun olaraq dəymiş ziyan ödənilir. Sığorta ödənişi dəymiş ziyanı tam əhatə etmirsə yerdə qalan məbləğ təqsirkarın boynunda qalır".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2459   Tarix: 18 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

14:36 91
.

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro

Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur. Görünüş - eleqant. HONOR Magic6 Pr

10:00 193
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 663
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 823
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 78
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 700
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 1144
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 681
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25.04.2024 607