Bakıda 17-ci mərtəbədən düşən qızın kimliyi açıqlandı - VİDEO

Bakıda 17-ci mərtəbədən düşən qızın kimliyi açıqlandı - VİDEO
Bu gün Bakı şəhərinin Yasamal rayonunda özünü 17-ci mərtəbədən ataraq intihar edən qızın şəxsiyyəti müəyyənləşib.

Yeni Yasamal 2 yaşayış massivində, “Şərur MTK”ya məxsus kompleksin 17-ci mərtəbəsindən özünü ataraq intihar edən şəxsin paytaxt sakini, 2000-ci il təvəllüdlü Vəliyeva Nərgiz Rövşən qızı olduğu müəyyən edilib.

Hazırda onun hansı səbəbdən həyatına qəsd etməsi araşdırılır.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Sputnik yayıb. Bildirilib ki, intihar edən qız alt paltarında olub və həmin binada yaşamırmış.

mənbə: lent.az

***

Bakının Yasamal rayonunda dəhşətli intihar hadisəsi baş verib.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Hadisə bu gün səhər saatlarında Yeni Yasamal ərazisində, “Şərur” MTK-ya məxsus binada baş verib. Qadın özünü binanın 17-ci mərtəbəsindən atıb.

Bina sakinlərinin sözlərinə görə, dünən gecədən binadakı mənzillərdən birində qadın ağlaması eşidilirmiş:

“Dava-dalaş səsi gəlirdi. Sonra bir anda dəhşətli səs gəldi. Və bir nəfər özünü mənzildən yerə atdı. Özünü atan qadın alt geyimində idi. Qonşular üstünə adyal örtdülər” .

mənbə: oxu.az



Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 5460 Tarix: 17.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
davinci
davinci 17.07.2018
Yazigi yeqin hansisa ograw wantaj edib.. Yoxsa 18 yawinda niye bele etsinki?
Everything is good... Never feel the bad


 
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər