"Gəncəlilər Azərbaycan dövlətinə dayaq olduqlarını göstərdilər"

"Gəncəlilər Azərbaycan dövlətinə dayaq olduqlarını göstərdilər""Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra dövlətçiliyimiz belə sınaqlardan həmişə üzüağ, alnıaçıq çıxıb".

BiG.AZ xəbər verir ki, bunu APA-ya açıqlamasında dünən Gəncədə baş verən hadisəyə münasibət bildirən Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov söyləyib.

Z. Əsgərov deyib ki, belə hadisələrin, cinayətlərin törədilməsi ilə Azərbaycanda hansısa xaos, vahimə törətmək cəhdlərinin heç bir perspektivi yoxdur: "Şükürlər olsun ki, Azərbaycan oturuşmuş, möhkəm dayaqlar üzərində bərqərar olmuş dövlətdir. Ona görə də belə hərəkətlərin qarşısı dərhal alınacaq və Azərbaycan Respublikasının Konstitusiya quruluşuna, dövlət müstəqilliyinə, suverenliyinə qarşı əl uzadan insanlar dərhal cəzalarını alacaqlar. Belələri xaricdəki himayədarlarına arxalanaraq bu cür hərəkətlər edirlərsə, belə cinayətlər və terror aktları törədirlərsə, bununla heç nəyə nail ola bilməyəcəklər. 1990-cı illərdə Azərbaycan dövlətinə qarşı belə hallar olub. Azərbaycan həmişə belə hadisələrdən alnıaçıq, üzüağ çıxıb. Mən Gəncədən olan bütün həmvətənlərimizi, bütün Azərbaycan vətəndaşlarını bir daha çağırıram ki, həmişə olduğu kimi Azərbaycan dövlətçiliyi, prezidentimiz ətrafında daha sıx birləşsinlər, belə hərəkətlərin qarşısının dərhal alınmasında dövlət orqanlarına, hüquq-mühafizə orqanlarına yardımçı olsunlar".

Vitse-spiker bildirib ki, bu hadisələr bir daha gəncəlilərin Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin qorunmasında həmişə olduğu kimi yenə də fəal olduqlarını göstərdi: "Dünən Gəncədə bir qrup cinayətkar ünsür yığışıb, xaos yaratmaq istəyiblər. Gəncəlilər yenə də Azərbaycan dövlətinə dayaq olduqlarını göstərdilər. Belə halların qarşısı qətiyyətlə alınacaq. Sözsüz k, xalq belə hərəkətləri dəstəkləmir. Çox təəssüf ki, ictimai asayişin bərpası zamanı iki zabitimiz həlak olub. Mən onların ailələrinə başsağlığı verirəm, Allah onlara rəhmət etsin. Həqiqətən polis zabitləri igidlik göstərib, öz vəzifələrini vicdanla, namusla yerinə yetiriblər. Onlar öz vəzifələrini icra edərkən həlak olubar".

Gəncədə baş verən hadisənin qarşısının alınması üçün hüquq-mühafizə orqanlarının öncədən daha effektiv addımlar atmasının mümkünlüyü barədə fikirlərə gəlincə, Z. Əsgərov deyib ki, məsələ ilə hüquq-mühafizə orqanları məşğuldur : "Hər şeyə aydınlıq gətiriləcək".

"Gəncəlilər Azərbaycan dövlətinə dayaq olduqlarını göstərdilər"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 748   Tarix: 11 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sabah 23° isti olacaq - Hava proqnozu

Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperatur

01.05.2024 258
.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

01.05.2024 440
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 257
.

Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ

Bakı-Sumqayıt qatarına Xırdalan dəmir yolu stansiyasının ərazisində daş ataraq şüşəsini sındıranlar və qatar yolunun üzərinə daş düzərək təhlükə yaradan azyaşlılar müəyyən olunublar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata görə, aprel 28-də Bakı-Sumqayıt xətt

01.05.2024 212
.

Blinken İsrailə gedib

ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. O bildirib ki, Baş katib Blinken İsraildədir. Miller qeyd edib ki, Blinken Qəzzaya humanitar yardımın çatdırılması prosesinə baxmaq üçün Aşdod limanına gedəcək

01.05.2024 169
.

Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib. "Report" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəsatətə baxılıb və təmin olunması barədə qərar çıxarılıb. Xatırladaq ki, Qubad İbadoğlu aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilə

01.05.2024 235
.

Milli Məclisin deputatı mandatdan məhrum edilir - MSK təcili toplanır

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. İclasda Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ramin Məmmədov 6

01.05.2024 2888
.

Səkinə təcili əməliyyat edilməlidir

2005 təvəllüdlü İsgəndərova Səkinə Sakit qızının sizin köməyinizə ehtiyacı var. O, anadan gəlmə ağır dərəcəli skolioz, onurğanın deformasiyası, kifoz əyilmə nəticəsində ağciyəri deformasiya olub.Hal-hazırda ciddi müalicə üçün qısa zamanda yardıma ehtiyacı var. Həkimlər onun təcili əməliyyat edilməl

01.05.2024 1343
.

Prezident: "İndi biz sülhə doğru gedirik"

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb. AZƏRTAC xəbər verir ki, dövlətimizi

01.05.2024 211