Azərbaycanda nazirlərin xanım müavinləri - DOSYE

Azərbaycanda nazirlərin xanım müavinləri - DOSYEBir neçə gün əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva vəzifəsindən azad olunaraq, təhsil nazirinin müavini təyin olunub.

BiG.AZ azvision.az-a istinadən xəbər verir ki, bununla da Azərbaycanda nazir müavini olan xanımların sayı 4-ə çatıb.

İlk olaraq başlayaq təhsil nazirinin müavini M. Vəliyevadan. O, 1968-ci ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib.

1991-2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003-2008-ci illərdə "XXI əsr" Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli 3062 nömrəli sərəncamı ilə "Azərbaycan Respublikasınınəməkdar müəllimi" fəxri adına layiq görülüb. Psixologiya üzrə fəlsəfə doktorudur. 2014-cü il 5 dekabrdan etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini kimi fəaliyyət göstərib. Təhsil naziri 28 dekabr 2015-ci il tarixli 11/1280 nömrəli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova 1971-ci ildə anadan olub. O, 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakultəsini bitirib. Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb. 1993-2006-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və Baş Dövlət Xəzinədarlığında iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb, Nazirliyin Makroiqtisadi Siyasət Qrupunun üzvü olub, beynəlxalq təşkilatların dövlət investisiyaları, inkişafın proqramlaşdırılması üzrə layihələrində iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2008-ci ildə makroiqtisadi çərçivəsində müəyyən olunması üzrə komissiyanın sədri olub.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

Səhiyyə nazirinin müavini Nigar Əliyeva isə 1969-cu ildə Bakı şəhərində anadan olub. O, 1976-1986-cı illərdə Bakı şəhəri 46 nömrəli orta məktəbdə təhsil alıb. 1986-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun "müalicə işi" fakültəsinə qəbul olub və 1992-ci ildə bitirib. 1992-1993-cü illərdə Bakı şəhəri 5 nömrəli Şəhər Klinik Xəstəxanasında "terapiya" ixtisası üzrə internatura keçib. 1993-cü ildən Respublika Diaqnostika Mərkəzində həkim fəaliyyətinə başlayıb və həmin müəssisədə 2006-cı ilədək həkim-terapevt vəzifəsində çalışıb.

2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ümumi şöbənin müdiri vəzifəsinə təyin edilib. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri" proqramı üzrə ixtisasartırma kursu keçib. 2009-cu ildən bu günə kimi Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini vəzifəsində çalışır. 2013-cü ildə "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib.

2016-cı ildə Əməkdar həkim fəxri adı ilə təltif edilib.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Bakı şəhərində akademik ailəsində anadan olub. Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. Milli Elmlər Akademiyasının aspiranturasını bitirdikdən sonra Akademiyanın elmi-tədqiqat institutlarında əvvəl kiçik elmi işçi, sonradan böyük elmi işçi vəzifələrində çalışıb. 1983-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyətə başlayaraq, ardıcıl olaraq dosent, professor, kafedra müdiri vəzifələrindəişləyib. Fəlsəfə elmləri doktoru, professordur.

2001-ci ildə "Fəlsəfə" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 1998-ci ildə prezident seçkilərində Heydər Əliyevin vəkili kimi iştirak edib. 1999-cu il ildən Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini, 2006-cı ildən isə mədəniyyət və turizm nazirinin müavinidir. 1999-cu ildə Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin üzvü, 2007-2011-ci illlərdə həmin Rəhbər Komitənin Büro üzvü seçilib. Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli sərəncamı ilə yaradılmış BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin üzvüdür.

Azərbaycanda və xarici ölkələrdə, o cümlədən BMT, YUNESKO, İSESKO, TÜRKSOY, MDB, GUAM, Avropa Şurasının qərargahlarında və komitələrində keçirilmiş 100-dən çox beynəlxalq simpozium, forum və konfranslarda Azərbaycanı təmsil edib. Fransa, Çexiya, İtaliya, Yunanıstan, Macarıstan, Latviya Polşa, İraq, Dağıstan və Sankt- Peterburq (Rusiya) Hökumətlərarası Komissiyasının üzvüdür.

2005-ci ildə Fransız Elmi Cəmiyyətinin medalına layiq görülüb, 2008-сi ildə Fransa Respublikasının "İncəsənət və Ədəbiyyat sahəsində xidmətlərinə görə" zabit ordeni, 2013-cü ildə İtaliya Respublikasının "Şərəf" ordeni ilə, 2015-ci ildə isə Avstriyanın elm, təhsil və incəsənət fəxri orden ilə təltif edilib, 2016-cı ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ailəlidir, bir oğlu var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2011   Tarix: 02 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb

Türkiyənin Zonquldak bölgəsində keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb. xəbər verir ki, hadisə dünən axşam saatlarında Ereğli rayonundakı Kışla Sənaye Sahəsində baş verib. Mühərrik ustası avtomobilin alt hissəsini yoxlayanda bomba qurğusunu görüb. Vəziyyətlə bağl

01.05.2024 257
.

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarını

01.05.2024 409
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 332
.

Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI

"Bəzi məhsullar istixanalarda yetişdirilir. İstixanada isə zəruri temperatur yaradılır. Məsələn, istixanada xiyar yetişdirmək üçün 23-24, pomidor üçün 25-26, çiyələk üçünsə təxminən 24-25 dərəcə istilik tələb olunur. Nəzərə alaq ki, son günlər havanın temperaturu müsbət 30 dərəcəyə yaxınlaşıb. On

01.05.2024 926
.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

01.05.2024 196
.

Səkinə təcili əməliyyat edilməlidir

2005 təvəllüdlü İsgəndərova Səkinə Sakit qızının sizin köməyinizə ehtiyacı var. O, anadan gəlmə ağır dərəcəli skolioz, onurğanın deformasiyası, kifoz əyilmə nəticəsində ağciyəri deformasiya olub.Hal-hazırda ciddi müalicə üçün qısa zamanda yardıma ehtiyacı var. Həkimlər onun təcili əməliyyat edilməl

01.05.2024 1639
.

"Poz-Qazan" oyunlarında apreldə 12 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir. Çoxlarının sevimlisi "Poz-Qazan" oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurl

01.05.2024 356
.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək. Qeyd edə

01.05.2024 187
.

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir. BİG.AZ apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

01.05.2024 255