Gəncədə öldürülən yaraqlının kimliyi məlum oldu
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən ötən gün Gəncədə öldürülən yaraqlının şəxsiyyəti müəyyənləşib. APA-nın məlumatına görə, əməliyyat zamanı zərərsizləşdirilən silahlı, Zaqatalanın Aşağı Tala kənd sakini, 1975-ci il təvəllüdlü Vüqar İsmixan oğlu Padarovdur. V. Padarovun qardaşı Mehdi Padarov isə MTN-in ötən gün Zaqatalada keçirdiyi əməliyyat zamanı həbs edilib.
Qeyd edək ki, MTN tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq və əhali arasında vahimə yaratmaq məqsədilə təxribat-pozuculuq və bir sıra terrorçuluq aksiyalarını planlaşdıran qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin 17 üzvü ifşa edilərək yaxalanıb. Bakı, Gəncə, Sumqayıt şəhərlərində, eləcə də Qax, Zaqatala, Şəki və Qusar rayonlarında həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində silahlı birləşmənin saxlanılmış üzvlərindən terror-təxribat aksiyalarında istifadəsi nəzərdə tutulan 4 ədəd "AKM" tipli avtomat silah, 1 ədəd "RPK" tipli pulemyot, 2 ədəd "Makarov", 1 ədəd "Naqan", 1 ədəd "Steçkin" tipli tapançalar, 2 ədəd "Karabin" tipli tüfəng, 6 ədəd güllə ilə dolu tapança darağı, 300 ədəd müxtəlif çaplı patron, 31 ədəd əl qumbarası, 15 ədəd uzaqdan idarə edilən partlayıcı qurğu, 3 ədəd detonator, külli miqdarda partlayıcı maddə olan plastid, 3 ədəd avtomat silah üçün daraq, 30 ədəd "Kenwood" markalı rabitə aparatı, 3 ədəd süngü bıçağı, terrorçuluğu və cihadı təbliğ edən ədəbiyyat, habelə qanunla qadağan edilmiş xeyli sayda hərbi ləvazimat və digər əşyalar aşkar edilərək götürülüb.
Bildirilib ki, Gəncə şəhərində həyata keçirilmiş əməliyyat tədbirləri zamanı Milli Təhlükəsizlik Nazirliyinin "Qartal" xüsusi təyinatlı dəstəsinin əməkdaşlarına qarşı şiddətli silahlı müqavimət göstərilib. Təslim olmaq barədə qanuni tələbə tabe olmayan şəxslər tərəfindən xüsusi təyinatlılara odlu silahlardan atəşlər açılıb və əl qumbarası atılıb. Nəticədə Milli Təhlükəsizlik Nazirliyinin bir əməkdaşı həlak olub və 3 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərən şəxslərdən biri məhv edilib, biri yaralanıb, qrupun daha iki üzvü isə yaxalanıb.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2858 Tarix: 26 aprel 2012
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Niderlandda Ulu Öndər Heydər Əliyevin anım günü qeyd edilib
Azərbaycanın Niderlanddakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. "Report"un məlumatına görə, mərasim Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə çıxış edən Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzad
13.12.2025 134 Lukaşenko Trampla razılaşmalar çərçivəsində 123 xarici vətəndaşı əfv edib
Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı həmkarı Donald Trampla əldə edilmiş razılaşmalar çərçivəsində və onun xahişi ilə müxtəlif ölkələrin 123 vətəndaşını əfv edib. "Report" xəbər verir ki, bu barədə "BELTA"ya Belarus liderinin mətbuat xidmətindən bildirilib
13.12.2025 119 Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək
Gələn il yanvarın 9-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə növbəti gömrük hərracı təşkil olunacaq. Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca müxtəlif kateqoriyalar üzrə dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq. Onların arasında avtomobil ehtiyat hissələri
13.12.2025 108 500 manat olan pensiyalar BU QƏDƏR ARTACAQ - AÇIQLAMA
"Azərbaycanda orta aylıq əməkhaqqındakı artım dinamikasını müşahidə edirik. Artıma ən çox təsir göstərən faktor 2025-ci ildə sosial paketin icra edilməsi ilə bağlıdır". -ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramo
00:09 128 Səidə Haqverdiyeva vəzifədən azad olundu
Azərbaycan Dövlət Kukla Teatrında kadr dəyişikliyi baş verib. xəbər verir ki, teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva tutduğu vəzifədən ayrılıb. O, bu barədə özü məlumat verib. Bildirilib ki, S.Haqverdiyeva işdən öz ərizəsi əsasında azad olunub
13.12.2025 175 Avropa Birliyi Rusiyanın 210 milyard avro dəyərində aktivlərini dondurub
Avropa Birliyi Rusiyanın birlik daxilində 210 milyard avro dəyərində aktivlərini qeyri-müəyyən müddətə dondurub. BİG.AZ DW-yə istinadən xəbər verir ki, bu qərar vəsaitin Ukraynaya yardım üçün istifadəsinə imkan verəcək. Əvvəllər Avropa Birliyi aktivlərin dondurulmasını hər altı aydan bir uzada bilərd
13.12.2025 163 Gecə klubundakı partlayışa görə məhkum edilən menecer - Azad olundu
3 il əvvəl Bakıda 4 nəfərin ölümü ilə nəticələnən "Location" klubdakı partlayışla bağlı məhkum edilən Orxan Səfərli vaxtından əvvəl azad edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə məhkumun ərizəsini təmin edib. O.Səfərlinin cəzasının qalan hissəsi şərti hesa
13.12.2025 152 Almaniyada polis milad yarmarkasından təxminən 120 nəfəri təxliyə edib
Polis Almaniyanın Duderştatd şəhərində milad yarmarkasından təxminən 120 nəfəri potensial təhlükə səbəbindən təxliyə edib. "Report"un məlumatına görə, bu barədə Bild qəzeti yazır. Buna səbəb kimi potensial terror təhlükəsi haqqında məlumat olub. Şahidlər gənc bir oğlanın odlu silahla gördüklərin
13.12.2025 124 Zelenski: Belarus həbsdə olan beş Ukrayna vətəndaşını azad edib
Belarus Ukraynanın beş vətəndaşını azad edib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə bildirib. "Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Belarusda olan mülki şəxslərin azad edilməsi üçün xüsusi tədbirin hazırlanmas
13.12.2025 100