"Etdiyin yanlış bağışlanmazdır" - Azərbaycanlı "qanuni oğru" niyə intihar etdi? - VİDEO
Bir neçə il öncə məşhur azərbaycanlı "qanuni oğru" Kiyev hava limanında intihar etdi.
O zaman bu ölüm epizodu istər Rusiyada, istərsə də Azərbaycanda ajiotaj yaratdı. İntihar səbəbi də birmənalı qarşılanmadı. Onun ölümü bir müddət sirr pərdələri arxasında gizli qalsa da, sonralar hər şey bəlli oldu.
İntihar edən azərbaycanlı "qanuni oğru" kriminal aləmdə "Dadaş Bakinski" kimi tanınan Dadaş Hikmət oğlu İbrahimov idi.
Xatırladaq ki, hadisədən bir müddət əvvəl "Dadaş Bakinski" Rusiyadan deportasiya edilmişdi. Deportasiyadan bir neçə gün sonra Kiyevdəki Barispol hava limanında qanlı insident baş verib. Belə ki, Dadaş İbrahimov birbaşa uçuş zonasında siqaret çəkərkən polislər ona xəbərdalıq etmək istəyiblər. Lakin "qanuni oğru" aqressiv reaksiya verərək, əcnəbi dildə qışqırmağa başlayıb. İnsident yerinə əlavə qüvvə çağrılanda "qanuni oğru" bıçaqla digər patrul xidmətçisinin üstünə cumub. Gözlənilmədən onun kürəyinə, özünün isə boynuna, qarnına zərbələr endirib. "Dadaş Bakinski" bundan sonra yerə yıxılıb. Qanlı olaydan sonra "qanuni oğru" Barispol rayon xəstəxanasına yerləşdirilib. Onun məhz bu hadisə zamanı aldığı yaralardan sonra xəstəxanada keçindiyi də ehtimallar arasındadır.
Maraqlıdır ki, kriminal avtoritetin hava limanında özünə xəsarət yetirməsi "qanuni oğru" adından mərhum edilməsi ilə bağlı olub. Kriminal aləmin jarqonu ilə desək, o, "tarmazit" olunub. Belə ki, İstanbulda "Dadaş Bakinski"nin iştirakı ilə "sxodka" keçirilib və o, "qanuni oğru" adından məhrub edilib. Yığıncaqda "Dadaş Bakinski" gürcü "qanuni oğru" Levan Suxumskinin döyülmə səbəbini əsaslandıra bilməyib.
Bu səbəbdən "qanuni oğru" Rövşən Lənkəranski tərəfindən titulu əlindən alınıb. Bunu həzm edə bilməyən "Dadaş Bakinski" də intihar edib. Əslində, "Dadaş Bakinski" həmişə Lənkəranski tərəfindən çox hörmət və ehtiramla qarşılanıb. Deyilənə görə, hətta Lənkəranski "sxodka"da "Bakinski"yə deyib ki, "sən bizlərdən birisən, sən "oğru"san. Amma etdiyin yanlış bağışlanmaz haldır. Əslində, belə hallarda sən onu cəzlanadırdığın kimi cəzalanmalısan. Amma buna mənim nə insanlıq, nə də şəxsiyyətim yol verir. Sən də gözəl bilirsən ki, bu aləmdə qanunları dəyişmək, pozmaq olmaz. Əməlinin səbəbini izah edə bilsən, yola salacağıq. Amma törətdiyin əməlin əsasını verə bilməsən, tacından məhrum ediləcəksən".
"Dadaş Bakinski" də əməlinin səbəbini izah edə bilmədiyi üçün "tacı" əlindən alınaraq yola salınır. Cinayətkar aləmin qanunlarına tam riayət edən Lənkəranski onunla xoş danışaraq, sonda xoş da ayrılıb.
Qeyd edək ki, "Dadaş Bakinski" 16 aprel 1973-cü ildə Bakının Novxanı kəndində dünyaya göz açıb. Onun atası mərhum "qanuni oğru" Hikmət İbrahimovdur. "Dadaş Bakinski" 2000-ci ildə MDB-də geniş nüfuz dairəsinə sahib klassik "oğru"lardan Sabirabadlı Hikmət, Masallı Mamedlə birgə keçirilən "sxodka"da "taclandırılıb". O, "taclandırılanadək" məhbəs həyatı yaşamayıb. "Qanuni oğru" titulunu qazandıqdan 5 il sonra Rusiyada tutularaq ilk həbs həyatını yaşayıb.
mənbə: yenicag.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1977 Tarix: 29 iyun 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp: "İŞİD ABŞ əsgərlərinin öldürülməsinə görə cavab verəcək"
"Vaşinqton Administrasiyası Suriyada iki ABŞ əsgərinin və bir amerikalı tərcüməçinin öldürülməsindən sonra terrorçu İŞİD qruplaşmasına qarşı cavab tədbirləri görəcək. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb. O, Suriyada "ABŞ-yə qarşı İŞİ
16:20 111 Ukraynanın Trampın sülh planına cavabının təfərrüatları məlum olub
Ukrayna ABŞ Prezidenti Donald Trampın sülh planına cavab olaraq qoşunların Donbasdan çıxarılması və NATO üzvlüyündən imtinası ilə bağlı təklifləri rədd edib. "Report" xəbər verir ki, Kiyevin cavabının təfərrüatlarını "New York Times" açıqlayıb. "Cavabda bildirilib ki, Kiyev Ukraynanı
14:30 114 Kamboca Tailandla bütün sərhəd keçidlərini bağlayıb
Kamboca gərginləşən münaqişə fonunda Tailandla bütün sərhəd keçid mətəqələrini bağlayıb. "Report"un məlumatına görə, bu barədə Kamboca Daxili İşlər Nazirliyi bəyanat yayıb. Nazirlik qeyd edib ki, bu qərar "sərhəddə Tailand tərəfinin Kambocanın suverenliyinə qarşı təcavüz aktları törətdiy
17:00 103 Qapısı açıq "Hyundai"dan oğurluq edən şəxs saxlanıldı
Paytaxtın Nəsimi rayonunda "Hyundai" markalı avtomobildən pul və bank kartı oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinə
13:20 136 Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib
Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər
17:20 101 Naim Qasem: "Hizbullah" İsrailin şərtlərini qəbul etməyəcək və ABŞ-yə təslim olmayacaq
İsrail ilə Livan arasında atəşkəs razılaşması qüvvəyə minəndən sonra başqa yanaşma tələb olunan yeni mərhələ başlayıb. "Report" xəbər verir ki, bunu "Hizbullah"ın baş katibi Naim Qasem "Al-Manar TV"nin canlı yayımında bildirib. Onun sözlərinə görə,Livan hökuməti ölkəni
14:40 121 Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər
Almaniya Kansleri Fridrix Merts yaxın illərdə ölkədə həqiqi hərbi xidmətin geri qaytarılmasını istisna etməyib və məcburi alternativ mülki xidmətin bərpasını müdafiə edib. "Report"un xəbərinə görə, bu barədə o, Almaniyanın hakim blokuna daxil olan Xristian Sosial Birliyinin qurultayında çıxış
16:50 107 Hakan Fidan: Biz yaxşı olmaq istədiyimiz üçün yaxşı davranırıq
"Bizim gücümüz, qüvvətimiz və iradəmiz var, amma biz yalnız yaxşı olmaq istədiyimiz üçün yaxşı davranırıq. Suriyada, İranda, İraqda, bölgədəki bütün münasibətlərimizdə bu vəziyyət bizi şəffaf olmağa məcbur edir". "Report" "Ahaber"ə istinadən xəbər verir ki, bunu Türkiyəni
12:40 116 Taksi sürücüsü həbs edildi: Hava limanından müştəri götürübmüş
Bakı Beynəlxalq Hava Limanında icazəsiz sərnişin daşıyan taksi sürücüsü həbs edilib. BİG.AZ "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə dekabrın 11-i gecə saat 3 radələrində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü G.H. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə barəsind
15:10 166