Tailandın baş naziri azərbaycanlı federasiya prezidenti ilə belə görüşdü - TARİXİ FOTOLAR

Tailandın baş naziri azərbaycanlı federasiya prezidenti ilə belə görüşdü - TARİXİ FOTOLARAzərbaycan idmanı ilə bağlı maraqlı, tarixi fotolar üzə çıxıb.

Unikal.org Azərbaycanda ilk federasiyanın yaradıcısı, dünya çempionu, Əməkdar məşqçi, Əməkdar İdman Xadimi Azər Həsənsoyun və yetirmələrinin qatıldığı dünya çempionatından maraqlı fotolar əldə edib.

Azərbaycan milli komandasının rəsmi olaraq ilk dəfə 2001-ci ildə iştirak etdiyi Muay-Tay üzrə dünya çempionatında iştirak edib.

Digər şəkillər isə 2009-cu ildə Tailandın paytaxtı Banqkokda WMF, IFMA versiyası üzrə keçirilən dünya çempionatındandır.

Azərbaycan Uşu, Azərbaycan Muaytay-Tayboks Federasiyalarının Prezidenti, dünya çempionu Azər Həsənsoy fotolarla bağlı danışıb:

"O vaxt Beynəlxalq Muay-Tay Federasiyasının adı IMTF (International Muaythai Federation) idi. 2001-ci ildə Tailandın Banqkok şəhərində çox möhtəşəm bir tədbir keçirildi. Həm yarış, həm də beynəlxalq seminar idi. Həmin möhtəşəm turnirə Ruslan Musayevi , Emin Suleymanovu və Vahid Mustafayevi özümlə aparmışdım. Komandada həm rəhbər, həm məşqçilik edirdim.

İkinci şəkildə də gördüyünüz, yanımızda olan şəxs bizim digər nümayəndəmiz Ceyhun Dadaşovdur. Mənimlə görüşən isə Tailandın o vaxtki baş naziri idi.

O həmin vaxt bu yarışın açılı.ına gəlmişdi. Başqa ölkənin nümayəndə heyəti və mənimlə görüşdü. Görüş zamanı qısa da olsa Azərbaycan və idmanımız haqqında məlumat verdim.

Digər şəkildə yanımda olan ağ idman geyimindəki şəxs isə Muay-Tay idman növünün qılınclarla döyüş növü olan Krabi–krabonq üzrə keçirilən seminarda mənim müəllimim olub.

3-cü şəkildəki isə ortada dayanan qırmızı geyimdəki şəxs mənim məşqçimdir. Muay-Tay üzrə birinci seminara rəhbərlik edən Kru Posavatdır. "Qızıl Monq"un sahibi, 15-ci "Xan" dərəcəsinin sahibdir.

Digər şəkildə isə 7 nəfər "Qızıl Monq"un sahibi var. Onlardan 5-i məndən imtahan götürüb.

15-ci "Xan" və "Qızıl Monq" sahibi Muay-Tay üzrə ən yüksək pillədir. İlkin Seminarın nəticəsində mən 10-cu "Xan" dərəcəsini aldım. Bu səviyyə isə hələ usta demək deyildi. Usta Dərəcəsi 12-ci "xan"dan başlayır. Hazırda 14-cü "xan" dərəcəsindəyəm və "Gümüş Monq"un sahibiyəm. Sonuncu dərəcəyə 1 addım qalıb.

Təəssüflər olsun ki, birinci dünya çempionatında bizim nəticəmiz olmadı. İdmançılarımız finala qədər keçə bilmədilər.

Açığı deyim ki, ilk dəfə Muay-Tay idman növü üzrə rəsmi yarışda iştirak etdiyimiz üçün qaydaları tam bilmirdik. İdmançılarımızın məğlub olmasında səbəb qaydaları dəqiq bilməməsi, sırf muay-tay üslubunda döyüş göstərməməsi idi. Düzdür, komandamız xal hesabı ilə üstün idi, ancaq bildirdilər ki, muay-tay üslubunda döyüşmədikləri üçün idmançılar məğlub sayılır".

Federasiya Rəhbəri 2009-cu ildə Banqkokda WMF, IFMA versiyası üzrə keçirilən dünya çempionatı haqda isə bunları deyib:

"2009-cu ildə iki dünya çempionatı keçirilib. WMF ve IFMA versiyaları üzrə... WMF də Araz Musayev və Eldar Qazıbəyov birinci yer tutublar. IFMA dan Fərid Qarayev 2-ci , Nahid Əsədov 3-cü yerə sahib olublar".

Tailandın baş naziri azərbaycanlı federasiya prezidenti ilə belə görüşdü - TARİXİ FOTOLARTailandın baş naziri azərbaycanlı federasiya prezidenti ilə belə görüşdü - TARİXİ FOTOLARTailandın baş naziri azərbaycanlı federasiya prezidenti ilə belə görüşdü - TARİXİ FOTOLARTailandın baş naziri azərbaycanlı federasiya prezidenti ilə belə görüşdü - TARİXİ FOTOLARTailandın baş naziri azərbaycanlı federasiya prezidenti ilə belə görüşdü - TARİXİ FOTOLARTailandın baş naziri azərbaycanlı federasiya prezidenti ilə belə görüşdü - TARİXİ FOTOLARTailandın baş naziri azərbaycanlı federasiya prezidenti ilə belə görüşdü - TARİXİ FOTOLARTailandın baş naziri azərbaycanlı federasiya prezidenti ilə belə görüşdü - TARİXİ FOTOLARTailandın baş naziri azərbaycanlı federasiya prezidenti ilə belə görüşdü - TARİXİ FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1038   Tarix: 27 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo

28.08.2021 1373
.

Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub

İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonu

29.08.2021 1121
.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub. Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşm

04.09.2021 1053
.

39 il komada qalan futbolçu vəfat etdi

PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə

06.09.2021 1068
.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074