Səhrada miqrant fəlakəti - 13 min insan ölümə göndərilib - VİDEO

Səhrada miqrant fəlakəti - 13 min insan ölümə göndərilib - VİDEOƏlcəzairin hakimiyyət dairələri son 14 ayda 13 mindən artıq insanı Saxara səhrasına yollayaraq onları qumlar arasında ac, susuz qoyub, ölümə məhkum edib.

BiG.AZ milli.az-a istinadən bildirir ki, 2017-ci ilin oktybarından başlayaraq Əlcəzairə yollanmış miqrantlar kütləvi şəkildə ölkədən çıxarılır. Ölkənin hakimiyyət dairələri Avropa Birliyinin Şimali Afrika ölkələrinə təzyiqləri artıraraq Avropaya miqrant axınının qarşısını almağa çağırmasından sonra belə qərar verib.

Mali, Qambiya, Qvineya, Kot-d-İvuar, Nigeriya və Afrikanın digər ölkələrindən olan miqrantlar Aralıq dənizini keçərək Avropa Birliyinə can atırlar.

Miqrantların bəziləri qan içində olan ölkələrindən qaçır, bəziləri isə daha yaxşı yaşam şərtləri arayırlar.

Əlcəzairə sığınan miqrantların dediklərinə görə, onları yük maşınlarına doldurur, sonra Əlcəzair sərhədinə doğru saatlarla aparırlar. Burada miqrantları qumların arasına buraxan əlcəzairli hərbçilər və polislər onlara "Baxın, ölkəniz o tərəfdədir!" deyərək gedirlər. Sonra isə miqrantları silahla təhdid edərək "ölkələrinə doğru" piyada getməyə vadar edirlər.

Beynəlxalq Miqrasiya Təşkilatının verdiyi məlumata görə, miqrantlar əksər hallarda ən yaxın içməli su mənbəyindən onlarla kilometr aralıda buraxılırlar.

Avropa Birliyinin yetkililərinin dediklərinə görə, onlar Əlcəzairdə baş verənlərdən xəbərdardır.

"Lakin unutmayaq ki, müstəqil ölkələr beynəlxalq hüquq çərçivəsində davranaraq qanunsuz miqrantları deportasiya edə bilərlər", - AB nümayəndəsi deyib.

Əlcəzair polisi və hərbçilərinin yük maşınları ilə daşıdıqları miqrantların bəziləri Saxara qumlarının arasında aclıqdan və susuzluqdan həlak olurlar.

BMT mütəxəssisləri bu zavallıların köməyinə çata bilmirlər.

Saxara səhrasında minlərlə miqrant +48 dərəcə istidə qumsallıqla Nigerə tərəf gedirlər.

Onların arasında qumlar arasında azan, itən və ölənlərin sayı artır.

Sağ qalan 20 nəfər ölümlə qarşılaşdıqlarını deyirlər.

"Qadınlar və kişilər susuzluqdan, bürküdən öldürər. Çoxu isə hara gedəcəyini bilmədiyindən qumlar arasında, səhrada azdılar. Kimsə bizə yardım etmədi", - hamilə Canet Kamara deyir.

Caneti BMT-nin xüsusi qrupunun üzvləri xilas ediblər.

Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında bildirilir ki, Əlcəzair 11276 miqrantı ölkədən deportasiya edib. 2500 miqrant səhranı piyada qət edərək qonşu Maliyə üz tutublar.

18 yaşlı seneqallı Aliu Kandenin dediyinə görə, 1000 nəfərlik qrupun tərkibində idi: "Telefonlarımızı, pullarımızı alıb bizi səhraya buraxdılar. Möcüzə nəticəsidə sağ qaldıq".

2014-cü ildən bəri Saxara səhrasında 30 mindən artıq miqrant həlak olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 712   Tarix: 26 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443