"Çılpaq şəkillər göndərməyimi istəyirdi" — Şantaj olunan qız

"Çılpaq şəkillər göndərməyimi istəyirdi" — Şantaj olunan qızSosial şəbəkədəki tanışlıq real həyatda gerçəkləşdikdən sonra istintaq və məhkəmə salonlarına yol açıb. Virtual dostunun onu şantaj etdiyini deyən qadın "bandotdel"ə müraciət edib. Araşdırmalar zamanı isə məlum olub ki, əslində virtual dostu qıza verdiyi borcu ondan geri istəyib... Bakı Ağır Cinayətlər Məhkəməsində Astara rayon sakini, 27 yaşlı Elnur Əbilovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

BiG.AZ ölkə.az-a istinadən xəbər verir ki,Elnur Əbilov "İnstaqram" sosial şəbəkəsində tanış olduğu Ellada Qurbanovanın (ad və soyad dəyişdirilib - red.) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul alıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan E.Əbilova qarşı Cinayət Məcəlləsinin 182.2.2 və 178.1-ci maddələri ilə ittiham irəli sürülüb. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

"İnstaqram" da tanışlıq, "Facebook"da yazışmalar, "WhatsApp"dakı əlaqələr

Təqsirləndirilən Elnur Əbilov ifadəsində Ellada Qurbanova ilə 2016-cı ilin yaz aylarında "İnstaqram"da tanış olduğunu, "Facebook"da əlaqə saxladıqlarını göstərib. Növbəti danışıqlar zamanı bir-birlərinə telefon nömrələrini veriblər, zəngləşib görüşüblər. Onların virtual tanışlıqları ilk dəfə "28 Mall" ticarət mərkəzində reallaşıb. Bu cür görüşlər bir neçə ay, təxminən noyabra qədər davam edib.

Noyabr ayında isə virtual dostlar bir az da "irəli gediblər": "Evdə tək idim. Ellada bizə gəldi, ağlaya-ağlaya dedi ki, onu Elçin adlı bir nəfər narahat edir, pul istəyir, onunla yaxınlıq etməsini tələb edir, əks halda, atasınının maşınına narkotik atdırıb onu tutduracağı ilə hədələyir. Elçinin onu sakit buraxması üçün məndən 400 manat istədi, verdim".

"Ellada mənə şantaj olunduğunu dedi"

Növbəti gün Ellada ilə kafelərin birində görüşüb söhbət edərkən qız Elçinin ondan əl çəkmədiyini bildirib. Söhbət əsnasında Elladanın telefonuna zəng gəlib. Zəng vuran şəxsin Elçin olduğunu deyən Ellada dəstəyi Elnura ötürüb:

"Elçinə Elladanın oğlanı olduğumu, bir daha onu narahat etməməsini dedim. Məni təhqir edib telefonu qapatdı. Onun nömrəsini Elladadan alıb təkrar zəng vuranda polis əməkdaşı olduğunu, Ellada ilə gəzdiyini, başıma oyun açacağını dedi".

"Ona 1000 manatdan çox pul vermişdim"

E.Əbilovun ifadəsinə inansaq, Ellada Elçin tərəfindən şantaj olunduğunu bəhanə edərək bir neçə dəfə ondan pul istəyib. O, Elladaya ümumilikdə 1000 manatdan çox pul verib:

"Həmin ərəfədə təhsilimlə bağlı Ukraynaya getməli idim. Elladanın səmimiyyətinə inanıb təhsil haqqımın 450 manatını da ona verdim. Pulları bir aya qaytaracağını demişdi. Sonuncu dəfə Elladaya pul verəndə ona yeni mobil nömrə aldım. Təsəlli vermək üçün dedim ki, Elçinlə də danışmışam, bir daha səni narahat etməyəcək. Dekabr ayında təhsilimlə bağlı Ukraynaya getdim. Ellada ilə internetlə əlaqə saxlayırdıq. Pul lazım olduğundan 200 dollar düzəldib Ukraynaya göndərməsini xahiş etdim. Pulu Xarkovda "Privat Bank"dan götürə biləcəyimi desə də, həmin pul göndərilmədi. Bakıya qayıdandan sonra Elladadan ona verdiyim pulların heç olmasa yarısını qaytarmasını xahiş etdim. O, isə pulu olmadığını söylədi".

"Gülə-gülə dedi ki, borcunu qaytarmayacağam"
Növbəti dəfə borcunu geri istəyən E.Əbilov Elladaya zəng vurub: "Mənə gülə-gülə dedi ki, sənin pulunu qaytarmayacağam. Elçinin üstünə səni tapdım, sənin üstünə də bir polis tapıb deyəcəyəm ki, məndən pul istəyirsən". Zənglərimə də cavab vermədi. Əsəbləşib "WhatsApp"da ona "gətir, mənim pulumu ver, əks halda, atanla görüşüb səninlə birgə qucaqlaşdığımız şəkli göstərib deyəcəyəm ki, yaxınlığımız olub, məndən aldığı pulu qaytarmır" tipli mesaj yazdım.

Bu yazışmadan sonra poçtla 150 manat göndərdi. Məndən aldığı 1050 manatdan cəmi 600 manatı qaytarmışdı. Qardaşımın uşağı anadan olmuşdu, uşaq xəstə doğulmuşdu. Yaşayıb-yaşamayacağı sual altında idi. Ona dedim ki, əgər uşaq sağ qalsa daha səndən pul istəməyəcəyəm. Uşaq sağalandan sonra Elladaya səsli mesaj göndərdim ki, sənin daha mənə borcun yoxdur, xoşbəxt ol, özündən muğayat ol. Daha onunla əlaqə saxlamadım. Sonradan eşitdim ki, polisə şikayət edib, guya ondan pul tələb etmişəm. Belə bir hal olmayıb. Mən ondan öz pulumu istəmişəm".

"Adıma saxta profil açılmışdı"

Zərərçəkmiş şəxs qismində dindirilən Ellada Qurbanova ifadəsində Elçin adlı şəxslə "İnstaqram"da tanış olduğunu, bir-birləri ilə zəngləşib danışdıqlarını, 2016-cı ildə "İnstaqram"da adına saxta profil yaradıldığını göstərib:

"Profilin kim tərəfidən yaradılmasını öyrənmək üçün Elçinə müraciət etdim. Qohumlarının polisdə işlədiyini, əlaqəsinin geniş olduğunu demişdi. Elçin hər gün zəng vurur, ailə qurmaq istədiyini deyirdi. Ona rədd cavabı verdim. O isə polisdə işləyən qohumları vasitəsilə atamı tutduracağını deyirdi".

"Yazışma zamanı çılpaq şəkillər göndərməyimi istəyirdi"

E.Qurbanova ifadəsində göstərib ki, həmin ərəfələrdə tanışı Elnur ona "WhatsApp"da mesaj yazıb. Ona Elçin tərəfindən narahat edildiyini bildirib:

"Elnur məsələni həll edəcəyini, bunun üçün görüşmək lazım olduğunu, yaşadığı evə gəlməyimi söylədi, getdim. Bu məsələni həll etmək, sevgili olduğumuzu sübut etmək məqsədilə qucaqlaşıb şəkli çəkdirmək, Elçinə göstərmək lazım olduğunu bildirdi. Mən də inanıb çəkdirdim. Sonradan problemi həll etdiyinə görə məndən 200 manat istədi. Həmin pulu ona verdim. Sonra bildim ki, heç Elçinlə görüşməyiblər də. Yazışma zamanı çılpaq şəkillər göndərməyimi istədi. Etiraz etdikdə qucaqlaşıb çəkdirdiyimiz şəkli atama və qohumlarıma göstərib məni rüsvay edəcəyini dedi. Ondan bunu etməməsini xahiş etdim. Elnur Ukraynada olduğunu, şəkli yaymamaq üçün məndən 100 dollar tələb etdi. Məcbur olub göndərdim".

"Deyirdi ki, şəklini saxlayıb nişanlına göstərəcəyəm"

Pulu alandan sonra Elnur ona şəkli telefonundan sildiyini, artıq onunla işi olmadığını deyərək xoşbəxtlik arzulayıb. Onun sözlərinə inanmayan Ellada bir müddət sonra tam əmin olmaq üçün yenidən mesaj yazaraq şəkli silb-silmədiyini soruşub. Aldığı cavab Elladanı şoka salıb:

"Cavabında mənə "nə silmək? O şəkli saxlayıb nişanlına göstərəcəyəm" dedi. Tələb etdi ki, hər ay ona 150 manat pul, yaşamaq üçün də bir qız təşkil edim. Razılaşmadıqda şəklimi yayacağını dedi. Məcbur olub hər ay ona 150 manat ödəməyə razılaşdım. Onun əl çəkmədiyini görüb polisə müraciət etmək məcburiyyətində qaldım".

Məhkəmənin hökmü ilə Elnur Əbilovun ittiham olunduğu Cinayət Məcəlləsinin 182.2-ci maddəsi öz təsdiqini tapmadığından onun əməli həmin Məcəllənin 322.2-ci (özbaşınalıq) maddəsinə tövsif olunub. Məhkəmə tərəfindən E.Əbilova 10 ay 25 gün cəza təyin edilib. Barəsindəki seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib və başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilib. Cinayət Məcəlləsinin 178.1-ci maddəsilə elan olunmuş epizod üzrə isə cinayət əməlinə xitam verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1878   Tarix: 24 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qida təhlükəsizliyi pozuntularına görə cərimələr

"İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsində qida təhlükəsizliyinin pozulması ilə bağlı müddəalar öz əksini tapmışdır". Bunu BİG.AZ-a açıqlamasında vəkil Turan Abdullazadə bildirib. O, qeyd edib ki, xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalar, restoranlar, kafelər, barlar və s.) əhalini

18.12.2025 182
.

Qubada avtobus ananı vurub öldürdü, övladı yaralandı

Qubada sərnişin avtobusu ana və övladını vurub. APA-ya istinadla bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 27 yaşlı İsrafilova Əminə Sahib qızını və onun azyaşlı övladını vurub. Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

18.12.2025 243
.

İlham Əliyev onları təltif etdi - Siyahı

Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir sıra əməkdaşları təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illiyi münasibətilə imzalanan Sərəncama əsasən, Azərbaycanda təhsili

18.12.2025 222
.

"ATF" bu il icra hakimiyyətlərindən 6 milyonluq sifariş alıb

Ağsu Rayon İcra Hakimiyyəti Ağsu şəhərinin daxili avtomobil yollarının əsaslı təmir işləri ilə bağlı tenderə yekun vurub. Qaynarinfo xəbər verir ki, tenderin qalibi "ATF" MMC seçilib. Yolların əsaslı təmir işlərinə görə şirkətə 582 187,99 manat ödəniləcək. İqtisadiyyat Nazirliyi yanında Dövlə

18.12.2025 176
.

Tayland Kamboca müharibəsində son durum

Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v

18.12.2025 194
.

Planetin indiyə qədər gördüyü ən mürəkkəb sistem: Çin onu gizlicə qurur

Tibetin sərt qayalıqları arasında, quşun belə uçmadığı, karvanın keçmədiyi bir nöqtədə dünyanın ən iri layihələrindən biri yüksəlir. Çinin böyük gizliliklə həyata keçirdiyi 168 milyard dollarlıq bu addım təkcə bir su bəndi deyil: Asiyanın bütün su balansını vahid mərkəzdən idarə edə biləcək bir güc nümayişidir

18.12.2025 117
.

Bakıda narkotik satan ailəyə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışını təşkil edən ailə üzvləri: Hümbət Cəfərov, oğlu Əli və qızı Şəlalənin cinayət işi üzrə keçirilən məhkəmə iclasında hökm oxunub. xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə Cəfərov Hümbətin 11 il, Cəfərov Əlinin 9 il, Cəfərov

18.12.2025 185
.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

18.12.2025 263
.

Yadigar Muradovun yerinə direktor əvəzi təyin edildi (FOTO)

Şuşa Dövlət Dram Musiqili Komediya Teatrına yeni direktor əvəzi təyin olunub. Qaynarinfo xəbər verir ki, direktor səlahiyyətlərini Əməkdar artist, mərhum Yadigar Muradovun müavini Azad Məmmədov icra edəcək. Əməkdar artist Azad Məmmədov məlumatı Qaynarinfo-ya təsdiqləyib. Xatırladaq ki, Şuşa Dövlət Dra

18.12.2025 247
.

TOP MP3