Qan azlığından törəyən bəla...

Qan azlığından törəyən bəla...Müasir dövrdə ciddi aktuallıq kəsb edən xəstəliklər arasında anemiya - qan azlığı da var. Anemiya xəstəliyi 1823-cü ildə ingilis alimi Duvlok tərəfindən aşkarlanıb. Dünyasını tez dəyişdiyindən bu xəstəliyin müalicəsini tapmaq Duvloka nəsib olmayıb. Ancaq tibbin inkişafı anemiyanın müalicəsini tapmağa şərait yaradıb. Buna baxmayaraq, hələ də anemiya xəstəliyindən əziyyət çəkənlərin sayı kifayət qədərdir.

İnsanlar arasında anemiyanın dəmir defisitli və B12 çatışmazlığı zamanı yaranan formaları daha geniş yayılıb

Həkim-hemotoloq Pərvin Quliyeva anemiya xəstəliyinin qanda olan hemoqlobin konsentrasiyasının faizinin aşağı düşməsi və oksigen daşıyıcısı sayılan eritrositlərin funksiyasının pozulması nəticəsində əmələ gəldiyini deyir. Onun sözlərinə görə, anemiyanın oplastik, hemolitik kimi növləri var. Ancaq son illər xəstəliyin insanlar arasında ən geniş yayılan növləri dəmir defisitli və B12 çatışmazlığı zamanı yaranan anemiyadır. Dəmir defisitli anemiya qanda dəmir çatışmazlığı zamanı əmələ gəlir. Xəstəliyin bu növü əsasən xroniki qanitirmədən yaranır. Məsələn, mədə xorası, bağırsaqlarda yara və çatlar olanda qanaxmalar baş verir, lazımi müalicə kursu almadıqda bir müddətdən sonra bu, dəmir defisitli anemiya ilə nəticələnir.

Gündəlik istifadə edilən qidada zülalların, vitaminlərin, qanyaradan mikroelementlərin miqdarının azlığı dəmir çatışmazlığı yaradır

P.Quliyeva vurğulayıb ki, dəmir çatışmazlığının yaranmasına digər bir səbəb isə gündəlik istifadə edilən qidada zülalların, vitaminlərin, qanyaradan mikroelementlərin miqdarının azlığıdır. Anemiyanın bu növü bəzi hallarda anadangəlmə olur: «Orqanizmdə dəmir çatışmadıqda hər şeydən əvvəl hüceyrələrin tənəffüsü pisləşir ki, bu da toxuma və orqanların distrofiyasına aparıb çıxarır. İnsanda dəmiri mübadilə edən əsas orqanlar dalaq və qaraciyərdir, hər gün bu orqanlarda hemoqlobinin tərkibindəki dəmirin 100 milliqramdan 200 milliqrama qədəri parçalanır. Bu dəmir orqanizmdə zülal birləşmələri şəklində tutulub saxlanılır və qidadan sorulmuş dəmirlə birlikdə ehtiyat dəmir fondu yaradır. Həmin fonddan olan dəmir qanla sümük iliyinə keçir, burada o yeni qırmızı qan kürəcikləri əmələ gələrkən hemoqlobinin qurulmasına sərf olunur. Orqanizmdə dəmir dövranı başa çatdıqdan sonra ona daxil olan dəmir bir neçə saatdan sonra qandakı hemoqlobinin tərkibinə keçir. Bu funksiya pozulduğu təqdirdə isə dalaq və qaraciyər ciddi zədə alır».

B12 çatışmazlığından yaranan anemiya orqanizmdə həmin vitaminin yetərli olmamasından əmələ gəlir

Həkimin dediyinə görə, B12 çatışmazlığı zamanı yaranan anemiya orqanizmdə həmin vitaminin yetərli olmaması səbəbindən əmələ gəlir. Bu vitaminin çatışmaması zamanı qanın faizi aşağı düşür. B12-nin orqanizmdə azalmasına əsas səbəb isə tərkibində həmin vitamin mövcud olan məhsullardan yetərli səviyyədə istifadə edilməməsidir.

B12 vitaminin çatışmazlığından yaranan anemiyada ümumi zəiflik, saçın tökülməsi və dırnaqların qırılması kimi hallar baş verir. Dəmir defisitli anemiyada isə baş gicəllənmələri, ürək ağrıları, dodaq və dilin quruması, dərinin çatlaması, dalaq, qaraciyərin şişməsi ortaya çıxır. Vaxtında müalicə kursu almadıqda isə orqanizmdə damar keçiriciliyi pozulur və maye toxumalara keçir, nəticədə bədəndə şişlər əmələ gəlir.

Anemiyanın yüngül formalarında həkim tərəfindən tətbiq edilən müalicə kursundan sonra orqanizmdə yaranan qan azlığı aradan qalxır

Hemotoloq qeyd edib ki, anemiyanın yüngül formalarında həkim tərəfindən tətbiq edilən 3-4 müalicə kursundan sonra orqanizmdə yaranan qan azlığı aradan qalxır. Ancaq xəstəliyin ağır formaları olduqda, yəni qan 20-25 faizə endikdə xəstəyə mütləq qan köçürülməlidir. Əks təqdirdə, xəstənini vəziyyəti ağırlaşar və bu, onun ölümü ilə nəticələnə bilər.
Qana ehtiyacı olan xəstələrin adətən ilkin müraciət etdikləri ünvan Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutudur. İnstitutda qana ehtiyacı olanlara yardım etmək üçün Qan Bankı yaradılıb. Qan Bankı xəstələr üçün donor qanının tədarükü ilə məşğuldur.

İnstitutdan verilən məlumata görə, Bankda qanın toplanması zamanı təhlükəsizliyə ciddi nəzarət olunur. Banka qan vermək üçün müraciət edən hər bir şəxs ilk öncə ətraflı müayinə edilir. Alınan qan isə laboratoriyada QİÇS, hepatit, malyariya, vərəm xəstəliklərinə görə yoxlamadan keçirilir. Yalnız laborator yoxlamanın nəticələri müsbət olduğu təqdirdə donor qanı xəstələrin müalicəsinə yönəldilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6986   Tarix: 23 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817