Paşinyan Rusiyadan aldığı yeni nəsil təyyarələrlə Azərbaycana hücuma hazırlaşır - SENSASİYA

Paşinyan Rusiyadan aldığı yeni nəsil təyyarələrlə Azərbaycana hücuma hazırlaşır - SENSASİYAErmənistanın baş naziri Nikol Paşinyan feysbuk səhifəsində Rusiya istehsalı olan Su-30SM çoxfunksiyalı döyüş təyyarəsinin kabinəsində fotosunu paylaşdı. Bundan sonra Paşinyanın Su-30SM təyyarəsinə haradan mindiyi haqda müzakirələr başlandı. Ehtimallara görə, bu foto Rusiyanın Ermənistandakı "Erebuni" bazasında çəkilmiş ola bilər. Lakin daha çox Ermənistanın bu təyyarəni Rusiyadan aldığına dair ehtimallar önə çəkildi.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyindəki mənbə "Regnum" agentliyinə Rusiya ilə Su-30SM təyyarələrinin alınması ilə bağlı danışıqlar aparıldığı haqda məlumat verib. Yaxın dövrdə Rusiyanın bu təyyarələri Ermənistana verə biləcəyi gözlənilir.

Paşinyanın Su-30SM təyyarəsinə haradan mindiyinə gəlincə, mənbə bunun Rusiya bazasında olduğunu açıqlayıb.

Su-30SM təyyarələri

Bu təyyarələr 4++ nəsil maşınlarına aiddir. İmkanlarına görə beşinci nəsilə (F-22, F-35, Su-57) təyyarələrinə yaxındır. Bu təyyarələr Rusiyanın ən uğurlu istehsallarından hesab olunur. Suriya əməliyyatında uğurla iştirak ediblər.

Ermənistanda belə bir təyyarə yoxdur. İşğalçı ölkənin aviasiyasına cəmi 15 ədəd Su-25 daxildir. Bununla yanaşı, Rusiyanın İrəvan yaxınlığındakı "Erebuni" bazasında 18 ədəd AN-29 təyyarəsi var. Hazırda işğalçı ölkənin aviasiyası çox köhnəlmiş hesab edilir. Görünür, Ermənistan aviasiyasını Su-30SM təyyarələri ilə yeniləmək niyyətindədir.

Ermənistanla müqayisədə Azərbaycanın güclü aviasiya potensialı mövcuddur. "Aprel müharibəsi"ndəki döyüş qabiliyyəti də bunu əyani şəkildə sübut etdi.

Gələcək hücum planı

"Regnum" agentliyinin hərbi mənbələrdən əldə etdiyi digər məlumata görə, Ermənistan yaxın 1-2 ildə Rusiyadan böyük partiyada Su-30SM almaq niyyətindədir. Bu təyyarələrin böyük hissəsi Azərbaycanın işğal edilmiş ərazilərindəki erməni hərbi hissələrinə yerləşdiriləcək.

"Su-30SM təyyarələri İrəvanın və Xankəndinin müdafiəsini, həmçinin, hücum imkanlarını gücləndirəcək. Bununla yanaşı, Azərbaycanın strateji neft-qaz infrastrukturunu təhlükə altına qoyacaq", - deyə ermənipərəst agentlik yazıb.

Görünür, Ermənistanı gələcək müharibə planları var. Hesab etmək olar ki, Paşinyan silahlanma başa çatana qədər Qarabağ danışıqlarını uzatmaq və yalnız bundan sonra hücuma keçmək niyyətindədir. İrəvanda "Azərbaycanın neft-qaz strateji infrastrukturunun sıradan çıxarılması" haqda bəyanatların tez-tez eşidilməsi təkcə hərbi ritorika deyil, bu, həm də ermənilərin gələcək planından xəbər verir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1028   Tarix: 20 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Satışda gördüyümüz çiyələk bizə iki fərqli formada mənfi təsir edir" - Qida eksperti

Yaz fəslinin gəlişi ilə əlaqədar çiyələk bir çoxumuzun sevimli meyvəsidir. Lakin hazırda satışda olan çiyələklər bir o qədər də şirin deyil. Qida eksperti Fərid Səfərov -a bildirib ki, çiyələyin tez yetişməsi və uzun müddət saxlanması üçün böyümə hormonlarından və qatqılardan istifadə olunur, bu sağlamlığımız

01.05.2024 1110
.

Qanda dəmir çatışmazlığının yeddi əlaməti

Dəmir oksigenin daşınmasında əsas rol oynayır və onun çatışmazlığı insan sağlamlığına son dərəcə mənfi təsir göstərə bilər. Sözügedən mikroelement olmadan, vücudumuz kifayət qədər sağlam qırmızı qan hüceyrələri istehsal edə bilmir və dəmir çatışmazlığı anemiyasına səbəb olur. Bu, yorğunluq, zəiflik v

01.05.2024 1815
.

Çində avtomobil yolunun çökməsi nəticəsində 19 nəfər ölüb

Çinin cənubundakı Quandun əyalətində baş verən sürüşmə nəticəsində magistralın çökməsi nəticəsində 19 nəfərin ölüb. xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Meycou şəhərində həddindən artıq yağışın səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası avtomobil yolunun 18 metrlik hissəsinin çökməsin

01.05.2024 186
.

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ - Bu gün saat 15:00-dan... - FOTO

Ötən gecədən etibarən paytaxt Bakıda zəif səviyyəli geomaqnit qasırğası müşahidə olunur. BİG.AZ xəbər verir ki, zəif səviyyəli qasırğa ötən gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayıb, bu gün günorta saat 15:00-18:00 aralıqlarında güclənərək yerini orta geomaqnit qasırğasına verəcək. Bu gün saa

01.05.2024 773
.

İsrailin Rafah şəhərində evlərə hücumu nəticəsində 2 uşaq öldü

İsrailin Qəzzanın cənubundakı Rafah şəhərində evlərə hücum olub. BİG.AZ xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata əsasən, hücum nəticəsində 2 uşaq ölüb, xeyli insan yaralanıb. Mənbələrin verdiyi məlumata görə, xəsarət alanlar şəhərdəki "Kuwait Research Hospital"a çatdırılıb. Digə

01.05.2024 129
.

İbtidai siniflər üçün 5 günlük tətil başladı

Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır. xəbər verir ki, bu gündən başlayan tətil mayın 6-a kimi davam edəcək. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümum

01.05.2024 247
.

Sənədsiz evlərlə bağlı YENİLİK - VİDEO

"Bu ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı aparılıb". Bunu "XəzərXəbər"ə açıqlamasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin departament direktoru Lalə Əkbərova deyib. Bu dövrdə qeydiyyata alınan mülkiyyə

01.05.2024 233
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

01.05.2024 274
.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

01.05.2024 141