Zorlandığı deyilən 13 yaşlı qızın atası danışdı: "Qızımın intim videosu..."

Zorlandığı deyilən 13 yaşlı qızın atası danışdı: "Qızımın intim videosu..."Dünən sosial şəbəkələrdə Lerik rayonunda məktəbli qızın zorlanması ilə bağlı məlumat yayılıb. Məlumata görə, 7-ci sinif şagirdi məmurun qohumu tərəfindən zorlanıb, onun videosu çəkilib. Qız hazırda 4 aylıq hamilədir.

Azxeber.com hadisəni araşdırmaq məqsədilə qızın atası Rasim Təhməzovla əlaqə saxlayıb.

- Bir neçə gündür sosial şəbəkədə Lerik rayonunda "Azərişıq"-ın Lənkəran regionu üzrə rəis müavini Aydın Məmmədovun qardaşı oğlu, Elnur Məmmədovun qızınızı zorlaması və onun hamilə olması haqda iddialar dolaşır. Bu doğrudur?
- Bu tamamilə yalandır. Mənim övladım evdədir, heç yerə aparmamışam. Qızım 8-ci sinfi bitirib. Kim yazıb, nə qələt edib bilmirəm. Mənim internet, sosial şəbəkə ilə əlaqəm yoxdur. Bu sözlər yalandır. Bizim onlarla qohumluq əlaqəmiz var, o ailəyə qız verib, qız almışıq. Bizim aramızı vurmaq istəyirlər. Mənim qızımın adını niyə hallandırırlar, mən xəstə adamam. Səhərdən özümə gələ bilmirəm.

- Qızınızın Aydın müəllimin sürücüsü Elnurla ilə münasibəti var?
- Qızımın 14 yaşı var. Elnur qızımı qaçırmaq istəyib, ancaq verməmişəm. Demişəm qoy qızımın yaşı tamam olsun, sonra verəcəm. Mən də övlad toyu görmək istəyirəm. Bizim onlarla qohumluq əlaqəmiz olduğuna görə. Onlar qızımı istəyiblər vermişəm, adətə görə biz tərəfdə beşikkəsti var, ancaq qız həddi-buluğa çatana qədər mənimlədir. Bu artıq sözlərdir yazırlar. Qızımı heç kim zorlamayıb.

- Ola bilər ki, Elnur sizin qızınızı qaçırmaq istəyib, siz "yox" deyəndən sonra ona təcavüz edib?
- Xeyr, bu ola bilməz. Çünki mən qızımla Bakıya gəmişəm. Rayondan çıxmışam.

- Nəyə görə qızınızla rayondan çıxmısız?
- Mən şəkər adamam. Hər il 6 aydan bir müalicə alıram xəstəliyimə görə və bu səbəbdən Bakıya gəlirəm. Qızımla Bakıya gələ bilmərəm?

- Qızınız hazırda hardadır?
- Qız mənimlə birlikdə Bakıdadır, hazırda qardaşımgildəyik.

- Qızınız özü haqda yazılanları oxuyubmu?
-Xeyr. Bizim internetlə əlaqəmiz yoxdur. Ona görə də biz belə şeyləri nə oxuyuruq, nə də görürük.

- Lerik Rayon Polisi idarəsindən bu məsələ ilə bağlı sizinlə əlaqə saxlayıblar?
- Polis idarəsindən bu haqda mənimlə heç kim mənimlə əlaqə saxlamayıb. Tanışlar var, maraqlanıblar. Mən də demişəm ki, hər kəs gedib öz ailəsi ilə maraqlansın, mənim ailəmlə işi olmasın. Bir də ki, əgər polisə şikayət olunmayıbsa, polis niyə mənimlə əlaqə saxlamalıdır?

- Qızınızı həmin oğlana verəcəksinizmi?
- Bəli. Qızım həddi-buluğa çatdıqdan sonra verəcəm həmin oğlana. Bizdə beşik kəsdi deyilən adət var ki, mən də qızım anadan olanda bu adəti etmişəm.

- Bəs qızınız o oğlanı sevməsə, ona ərə getmək istəməsə nə olacaq?
- Bizdə qız oğlanı sevsin, oğlan qızı sevsin, belə adət yoxdur. Valideyn kimə istəsə qızını verir və övlad da valideynin bu qərarı ilə razılaşır. Mən nə desəm, qızım da onu edəcək.

- Bəs oğlanın neçə yaşı var?
- Elnurun 24 yaşı var, əsgərlikdən yeni qayıdıb. Ağlı başında olan, tərbiyəli oğlandır.

- Bu məsələ ilə bağlı başqa kim sizinlə əlaqə saxlayıb?
- Lerik rayon icra hakimiyyətindən zəng etmişdilər. Mənə dedilər ki, təcili gəl, səninlə görüşək. Mən də dedim ki, Bakıdayam, xəstə adamam. Nə vaxta rayona gəlsəm, gələrəm.

- Yazırlar ki, qızınızın intim videosu var deyə siz çox danışa bilmirsiz. Qorxursuz ki, birdən onu yayarlar..
- Onu kim yazırsa ... (söyüş söyür) Mənim qızımın adını belə şeylərdə hallandırmayın, ayıbdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2577   Tarix: 20 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsrail ordusu Livanın cənubundakı hava hücumunda 15 Hizbullah terror təşkilatının üzvünü öldürüb

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda quru əməliyyatları zamanı həyata keçirilən hava hücumunda 15 Hizbullah terror təşkilatının üzvünü öldürdüyünü bildirib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, Livanın cənubunun qərb sektorunda 146-cı diviziyanın qoşunları əməliyyat zonalarınd

03.04.2026 232
.

Küveyt dövlət mediası İranın pilotsuz təyyarələrinin hücumuna görə neft emalı zavodunda yanğın baş verdiyini bildirib

Dövlət mediasının verdiyi məlumata görə, cümə günü Küveytin milli neft şirkətinə məxsus neft emalı zavoduna edilən dron hücumu nəticəsində bir neçə bölmədə yanğın baş verib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, rəsmi KUNA xəbər agentliyi bildirib ki, "Küveyt Neft Korporasiyas

03.04.2026 250
.

İran ABŞ-a məxsus F-35 təyyarəsini vurduğunu iddia edir

İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 Lightning II qırıcı təyyarəsinin İranın mərkəzi səmasında vurulduğunu iddia edib. " xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Bəyanatda qeyd olunur: "ABŞ Hərbi Hav

03.04.2026 234
.

İntensiv yağış yağacaq

Aprelin 4-də intensiv yağış yağacaq, güclü külək əsəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayr

03.04.2026 359
.

Elnarə Abdullayeva polisə müraciət etdi

"Bu gün "102"yə zəng etmişəm, sonra da polis bölməsinə gedib ərizə yazmışam". Bunu -a açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva deyib. O qeyd edib ki, sosial şəbəkədə tanımadığı bir xanım onun haqqında əsassız və həqiqətə uyğun olmayan fikirlər yazıb. "Kim olduğunu, n

03.04.2026 409
.

Yadplanetlilər bənövşəyi rəngədidirlər? - Yeni ARAŞDIRMA

Yer xaricində həyatın axtarışı alimləri onun necə görünə biləcəyi ilə bağlı ənənəvi fikirləri yenidən nəzərdən keçirməyə vadar edir. Yeni araşdırmalar göstərir ki, yadplanetli orqanizmlər Yer bitkiləri kimi mütləq yaşıl olmayacaq. xarici mediaya istinadən xəbər verir ki, alimlər Yer xaricində həyat formalarını

03.04.2026 238
.

Mirça Luçesku infarkt geçirdi

Bu yaxınlarda xəstəxanaya yerləşdirilən təcrübəli məşqçi Mirça Luçeskunun infarkt keçirdiyi açıqlanıb. Rumıniya milli komandasının məşq bazasında halı pisləşən və təcili xəstəxanaya aparılan Mirça Luçeskunun səhhətindəki problemlərlə mübarizə apardığı açıqlanıb. -ın xarici mediaya istinadən xəbərin

03.04.2026 236
.

Növbəti yarımfinalçı kim olacaq?

ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda növbəti yarımfinalçının adı məlum olacaq. xəbər verir ki, Kərim Kərimov və Cəlil Əliyevdən sonra 3-cü yarımfinalçının adı bu həftənin şənbə günü keçiriləcək görüşdə məlum olacaq. Belə ki, ¼ mərhələnin 3-cü görüşündə Nəsimi Allahverdiyev və Fariz Zeynalo

03.04.2026 260
.

Azərbaycanın "Avroviziya"dakı çıxış nömrəsi açıqlandı

Avropa Yayım İttifaqı (EBU) Avstriyanın paytaxtı Vyanada keçiriləcək "Avroviziya-2026" mahnı müsabiqəsinin yarımfinalları üzrə çıxış ardıcıllığını elan edib. "Qafqazinfo" xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, mayın 12-də baş tutacaq birinci yarımfinalda səhnəyə ilk olara

03.04.2026 286
.

TOP MP3