İcra başçısı metrodakı olaydan danışdı: "Onların qeyrəti varsa..."

İcra başçısı metrodakı olaydan danışdı: "Onların qeyrəti varsa...""O metroda şortik geyinən qıza hücum çəkənlər belə qeyrətlidirsə, özlərinin namusu, qeyrəti varsa, onlar o qıza məsələni sözlə başa salmalı idilər. Birincisi, onlar öz ailələrinə cavabdehdirlər. Gedib onların ailə tərkibini yoxlayanda görərsən ki, elə onların özləri ərəblərlə bilavasitə əlaqəlidirlər".

BiG.AZ xəbər verir ki, bunu Daşkəsən rayon İcra Hakimiyyətnin başçısı Əhəd Abıyev İnterpress.az-a açıqlamasında bildirib.

İcra başçısı şortik geyinən qıza hücum edənləri sərt şəkildə tənqid edib: "Onların qeyrəti varsa, ərəblərin Bakıda elədikləri hərəkətlərə münasibət bildirsinlər. Bəzi turist adı ilə Bakıya gələn ərəblərin şəhərin mərkəzində elədiklərini görüb xəcalət çəksinlər. Qız uşağıdır da, indi şortik geyinib, gərək onu sözlə başa salasan. Daha onun üstünə getmək nədir?"

Ə.Abıyev insanların evdə gördüyü tərbiyəni cəmiyyətdə tətbiq etdiyini vurğulayıb: "Bəziləri evdə gördüyü tərbiyəni cəmiyyətdə nümayiş etdirir. Evdə ata-ana nə tərbiyə veribsə, onlar da həmin tərbiyəni cəmiyyətdə tətbiq edirlər. Əgər o qıza hücum çəkənlər qeyrətdən və namusdan danışırlarsa, ilk növbədə o qızı sözlə başa sala bilərdilər. Nəyə lazımdır ki, şortik geyindiyinə görə qız uşağına hücum etmək, onu döymək və yaxud da xuliqanlıq etmək? O qız özünü öldürə bilər, intihar edə bilər. Yeri gəlsə, xəsarət alar, şikəst olar. Gələcəyi bədbəxt olar. İndi geyimdir də, yəqin ki, hansısa mağazaya gedib satıcı tərifləyib şortiki, qız da alıb geyinib. İndi hansı mağazaya gedirsən, onsuz da bütün satıcılar mağazadakı məhsulların hamısını tərifləyir. Satıcıları da qınamaq olmur, onlar da müştərini razı yola salmalıdır".

"Bəlkə, o qız özü də geyimindən xəcalət çəkir. Əgər o qız başqa bir tərbiyəsiz və əxlaqsız iş görürsə, bəli, müsəlman adət-ənənəsinə uyğun olaraq, o lənətlənməlidir. Amma hücum etmək, döymək və xəsarət yetirmək yolverilməzdir. Bunun üçün hüquq-mühafizə orqanları var. Ümumiyyətlə, qız uşağını vurmaq, döymək və incitmək olmaz", - deyə Əhəd Abıyev qeyd edib.

Qeyd edək ki, ötən gün Bakı metrosunda sərnişinlər arasında dava düşüb. Davaya səbəb isə metroda əyləşən qızın şortik geyinməsi olub. Qızın şortik geyinməsindən əsəbləşən gənc oğlanla həmin qız arasında mübahisə yaranıb. Daha sonra yaşlı qadının oğlanı müdafiə etməsi ilə bu mübahisə qalmaqala səbəb çevrilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 760   Tarix: 20 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda kişi sevgilisinə "mənim olmalısan" deyib qanını tökdü

Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən "Sahil bağı" parkında "yox" cavabı aldığı üçün sevdiyi qızı bıçaqlayan şəxsə hökm oxunub. "Qaynarinfo"nun məlumatına görə, 1997-ci ildə Şəki şəhərində anadan olmuş Sadıq Hüseynovun (soyad şərti) cinayət işinə Bakı Ağır Cinayətlə

10:45 503
.

Con Svinni Şotlandiyanın baş naziri oldu

Şotlandiya Milli Partiyasının yeni lideri Con Svinni səsvermədə iştirak edib. BİG.AZ xəbər verir ki, o, Şotlandiyanın yeni baş naziri olub. Qeyd edək ki, Con Svinni Həmzə Yusafın yerinə keçib. C. Svinni ölkənin keçmiş maliyyə naziri olub. Liderlik yarışında digər üç namizəd 31 səslə Duqlas Ross, 22 səsl

12:13 138
.

Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO

Bakıda hotellərin birində zəhərlənən dörd dostla bağlı ilginc faktlar üzə çıxıb. Zərərçəkənlərin ailə üzvləri rəsmi qurumların yaydığı məlumatları təkzib ediblər. Onlar iddia ediblər ki, faciə qida zəhərlənməsindən baş verib. Bildiriblər ki, hoteldə verilən göbələk onları zəhərləyib. İçkidən zəhərlənmələr

21:51 0
.

Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edəcək. Məlumata görə, görüş Ankaradakı prezident iqamətgahında baş tutacaq. Qeyd edək ki, Əli Əsədov mayın 7-də Türkiyəyə rəsmi səfərə gedib

10:53 186
.

Telman İsmayılovun adı onun ölümündə hallanır - YENİ FAKTLAR

Rusiyadakı məşhur "Çerkizovski" bazarının sabiq sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun cinayət işində yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Daxili İşlər Nazirliyinin məlumatına görə, beynəlxalq axtarışa verilən biznesme

15:37 490
.

İsrail ordusu son 24 saatda Qəzzada 100-dən çox yerə hava zərbələri endirib

İsrail ordusu son 24 saat ərzində Qəzza zolağında 100-dən çox yerə hava zərbələri endirib. xəbər verir ki, ordunun verdiyi açıqlamada Qəzza zolağına hücumlardan qaçan təxminən 1,5 milyon insanın sığındığı Rəfahın şərqində quru hücumlarının davam etdiyi bildirilib. Açıqlamada bildirilib ki, son 24 saa

20:30 0
.

Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi

Rusiyada azərbaycanlı iş adamı vəfat edib. İqtisadiyyat.az xəbər verir ki, 40 yaşlı Rafael Qəfər oğlu Mirzəyev bir müddət əvvəl işləmək üçün Moskvaya gedib. Bizneslə məşğul olan azərbaycanlının səhhətində problemlər yaranıb. Müalicə almasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumu

12:50 536
.

DİM sədri: Kütləvi imtahanları da elektron formata keçirəcəyik

Dövlət İmtahan Mərkəzinin (DİM) yeni istifadəyə verilən elektron imtahanlar korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər. BİG.AZ report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər

12:12 310
.

Bakıda gənclərin viskidən zəhərlənmələri ilə bağlı iddialara istehsalçı müəssisədən CAVAB

Ötən gün Bakının Səbail rayonunda yerləşən məşhur hotellərdən birində dörd nəfərin zəhərlənməsi və onlardan ikisinin spirtli içkidən ölməsi ilə bağlı xəbərlərə həmin içkini hazırlayan istehsalçı tərəfindən reaksiya verilib. İstehsalçı "Abşeron-Şərab" ASC-nin idarə heyətinin sədri Xəlil İsmayılo

21:08 0