YAP "15 iyun-Milli Qurtuluş Günü 25 il" adlı tədbir keçirdi

YAP "15 iyun-Milli Qurtuluş Günü 25 il" adlı tədbir keçirdiYeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında "15 iyun-Milli Qurtuluş Günü 25 il" adlı tədbir keçirilib.

BiG.AZ-ın məlumatına görə, YAP-ın sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov çıxış edərək bildirib ki, 1993-cü ilin 15 iyununda ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyinin möhkəm təməli qoyulub.

Həmin vaxt baş verən hadisələr barədə danışan Ə. Əhmədov qeyd edib ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə anarxiyaya, hərc-mərcliyə son qoyulub: "Azərbaycanın ona qədərki rəhbərinin səriştəsizliyi, bacarıqsızlığı ucbatından hərc-mərclik dərinləşmiş, müstəqilliyə böyük təhlükə yaranmışdı. Qonşu dövlətlərlə ciddi problemlər yaşanırdı və bundan istifadə edən Ermənistan Azərbaycan torpaqlarına təcavüz etdi. Bunu görən Azərbaycan xalqı narahatlığını ifadə edib, bu bəladan xilas olmaq üçün Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini tələb etdi.

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə iqtisadiyyatda tənəzzülün, Ermənistanın təcavüzünün, ölkə daxilində qeyri-sabitliyin qarşısı alındı. Azərbaycan inkişafa qədəm qoydu və nəticə etibarı ilə hazırda regionun güclü dövlətinə çevrildi. Onun qayıdışı milli məfkurəmizə qurtuluş tarixi kimi həkk olundu. Gələcək nəsil bu tarixi heç vaxt unutmamalıdır".

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Eldar Quliyev də o dövrdə baş verənlərdən söz açıb: "Əslində, biz bir neçə yoldaşla birlikdə Heydər Əliyevin qayıdışını o vaxt özünü demokrat adlandıran Xalq Cəbhəsinin hakimiyyətə gəlməsindən əvvəl etmək istəyirdik. Təəssüf ki, dırnaqarası demokratların insanlar üzərində qorxu yaratması buna mane oldu. Çünki o vaxt insanlar onlardan qorxurdular. Lakin xalqın iradəsi nəticəsində sonda Heydər Əliyev Bakıyda gəldi və Azərbaycanı bəladan qurtardı".

YAP-ın digər üzvləri, deputatlar, gənclər də çıxış edərək, Milli Qurtuluş gününün əhəmiyyətindən, Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan danışıblar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 612   Tarix: 14 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 491
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 283
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 340
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25.04.2024 867
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

25.04.2024 478
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 194
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 872
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 237
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

25.04.2024 715