Bakı küçələrində GTA: Polislər sürücü ilə bacarmadılar - VİDEO
Ötən gün paytaxtın Yasamal rayonu ərazisində "Chevrolet Camaro" markalı 10 AZ 919 dövlət nişanlı avtomobilin sürücüsü yol-hərəkət qaydalarını kobudcasına pozaraq digər yol-hərəkət iştirakçıları həyatını riskə atıb.
Hadisənin videosu sosial şəbəkələrdə yayılıb.
Kadrlardan da aydın görünür ki, yol polisi və post-patrul xidmətinin əməkdaşları avtomobili saxlamaq üçün Tbilisi prospektində süni sıxlıq yaradıblar.
Lakin sürücü polisin əmrinə tabe olmayıb və hadisə yerində qaçmağa müvəffəq olub.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov Oxu.Az-a açıqlamasında bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin nəqliyyat vasitəsi Abşeron rayonu ərazisində saxlanılıb.
Avtomobil cərimə meydançasına yerləşdirilib.
Avtomobilin sürüsü 1984-cü il təvəllüdlü İmişli rayonu V.Həsənov küçəsi ev 152 ünvanında qeydiyyatda olan Hümbətov Elçin Məcnun oğlu məsuliyyətə cəlb edilib.
Hadisə törətdiyini etiraf edən E.Hümbətov izahatında qeyd edib ki, yol polisinin əmrindən sonra nədənsə avtomobili saxlamayıb və sonradan saxlayacağı təqdirdə ağır cəza ilə üzləşəcəyindən qorxub:
"İkinci işarədən sonra fikirləşdim ki, saxlasam daha ağır cəza olacaq. Düşündüm ki, qaçsam daha yaxşı olar. Onların süni sıxlıq yaratmasına baxmayaraq yalnız polisin əlinə düşməməyi fikirləşirdim, nəyin bahasına olursa buna nail olmalı idim".
E.Hümbətov törətdiyi əməldən peşman olduğunu bildirib:
"Mən bunu etdim, ancaq çox təəssüf edirəm, gərək etməzdim".(oxu)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1994 Tarix: 09 iyun 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826