Lənkəranskinin adamının onlarla qətlinin üstü açılır - FOTO

Lənkəranskinin adamının onlarla qətlinin üstü açılır - FOTORusiya DİN-in Cinayət Axtarışı Baş İdarəsi, Federal Təhlükəsizlik Bürosu və Milli Qvardiya əməkdaşlarının həyata keçirdikləri səs-küylü həbs Moskva kriminal aləmində ciddi dəyişikliklərə səbəb olacaq.

Xatırladaq ki, Moskvanın "Ağ Ev"i xatırladan restoranında "Hacı Beyləqanski" ləqəbli kriminal avtoritet Hacıbaba Talıbxanlı saxlanılıb. Onun adı bütün dünyada onlarla qətldə hallanır. İstintaqdan bildirilib ki, Hacı Rusiya paytaxtında da bir neçə cinayət törədib.

BiG.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya İstintaq İdarəsinin Moskva bürosunun rəsmi nümayəndəsi Yuliya İvanova"Moskovskiy komsomolets"ə ("MK") bildirib ki, "Beyləqanski"yə qarşı qətl, qətlə cəhd və qanunsuz silah saxlama maddələri üzrə ittiham irəli sürülüb. O, azərbaycanlı kriminal avtoritet İlqar Əliyevin ("Danabaş" ləqəbli) öldürülməsində təqsirli bilinir.

Aslan Usoyanın ("Ded Xasan") yaxın adamı və "Staraya kibitka" restoranının sahibi İlqar Əliyev 2012-ci il aprelin 19-da öldürülüb. Onun avtomobili işıqforda dayanan zaman qatil maşına yaxınlaşıb, İlqar və həyat yoldaşı Alena Yevteyevanı güllələyib (Hadisə nəticəsində İlqar ölüb, Alena isə sağ qalıb).

Cinayətin sifarişçisi kimi bir neçə şəxsin adı hallanıb, ancaq əsas "namizəd" kimi Rövşən Lənkəranski ləqəbli avtoritet Rövşən Canıyev göstərilib.

O, uzun müddət Moskvadakı Azərbaycan diasporuna nəzarət edib və dünyadakı kriminal aləmdə yeri ilə bağlı "Ded Xasan"la mübarizə aparıb.

Usoyan "Staroy kbitika" restoranında 2013-cü il yanvarın 16-da öldürülüb. Canıyev isə 2016-cı il yanvarın 18-də İstanbulda qətlə yetirilib.

"MK" yazır ki, Rusiya xüsusi xidmət orqanları Lənkəranskinin ətrafını diqqətlə araşdırır. "Hacı Beyləqanski" bu siyahıda ilk pillələrdən birini tuturdu və Rövşən bir çox məsələlərdə ona güvənirdi. Hacı 2012-ci ildə Dubayda Lənkəranskinin təşəbbüsü ilə taclandırılıb.

Maraqlıdır ki, Canıyevin ölümündə onun "sağ əli" olan "Beyləqanski" ittiham olunub (baxmayaraq ki, hadisə zamanı Hacı Lənkəranskinin maşınında olub və hətta onu xilas etməyə çalışıb). Bu qətldə əsas səbəb kimi Hacının qısa zamanda varlanması göstərilib: o, "Mersedes" markalı zireli avtomobil və Antalyada ev alıb.

Hacı həbs olunsa da, heç bir sübut aşkar olunmadı. Hacının növbəti həbsi isə Lənkəranskinin qatı düşməni Lotu Quli ləqəbli Nadir Səlifovla bağlı idi.

Virtualaz.org-un mənbələrinin verdiyi məlumatlara görə, Lotu Quli hazırda Albaniyada yaşayır. O, Tiranaya İstanbuldan gedib. Hacı 2017-ci il sentyabrın 12-də Tbilisidə Qulinin yaxın adamı Elşən Məmmədovun qətlində ittiham olunur.

Noyabrda isə Hacı Lotu Qulinin evinə basqın edib. Ancaq Nadir Səlifov bu hadisədən yayına bilib. Bir müddət öncə yayılan məlumatlara görə, Hacı Quliyə hücum üçün Moskvada yeni plan hazırlayır. Və bu işdə ona Lənkəranskinin qardaşı Zaur Əhmədov kömək edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1055   Tarix: 04 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Milli Məclisin deputatı mandatdan məhrum edilir - MSK təcili toplanır

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. İclasda Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ramin Məmmədov 6

01.05.2024 2888
.

"Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından bir nümunədir"

"Bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca əhəmiyyətlidir. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri qəbul etmişdir və beləliklə

01.05.2024 161
.

Azərbaycanda yeni telekanal açıldı - FOTO

Mayın 1-də Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub. Azərtac-a istinadən bildirir ki, tədbirdə İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib. O bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 20

01.05.2024 1066
.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

01.05.2024 141
.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta

01.05.2024 298
.

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

Bu gündən 2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır. Axşam.az xəbər verir ki, elektron qaydada həyata keçirilən sənəd qəbulu sentyabrın 13-nə qədər davam edəcək. Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi 3 may-13 sentyabr tarixlərində olacaq. Tədris digər dillərdə aparıla

01.05.2024 280
.

"Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır" - RƏY

Yerusəlimdə hökumət başçısının ofisində İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında qapalı görüş keçirilib. Politoloq Turan Rzayev -a bildirib ki, görüş İsrail-İran gərginliyi ilə bağlıdır. Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır:. "İsrai

01.05.2024 194
.

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir. BİG.AZ apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

01.05.2024 231
.

Türkiyədə avtobus aşdı, ölənlər var

Türkiyənin Qaziantep şəhərində sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı sürücü idarəetməni itirib. Qəza nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qeyd edək ki, hadisə yerinə çoxlu təcili yardım maşınları cəlb olunub

01.05.2024 186