Sevgi, yoxsa psixoloji pozuntu? - Azərbaycanda nişanlı cütlüyün hamını dəhşətə gətirən AQİBƏTİ

Sevgi, yoxsa psixoloji pozuntu? - Azərbaycanda nişanlı cütlüyün hamını dəhşətə gətirən AQİBƏTİXəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda güllələnmə hadisəsi baş verib. Hadisə Balaxanı qəsəbəsində qeydə alınıb. Ov tüfəngi ilə silahlanan 19 yaşlı Sabir Qulamov Sadıxcan küçəsi 13 ünvanına gəlib. Ona qapını evin sahibi 55 yaşlı Esmira Cəfərova açıb. Silahlı şəxs heç nə demədən Esmira Cəfərova və evdə olan qızı 17 yaşlı Cəfərova Aytən Mehman qızını güllələyib. Daha sonra həmin şəxs evi tərk edib. Səsə gələn qonşular yaralıları 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar. Esmira Cəfərova xilas edilsə də, həkimlərin səyinə baxmayaraq, Aytən Cəfərova ölüb. Hadisə baş verən gün Cəfərovların evinə elçiliyə gəlib. Həri mərasimində qərarlaşdırıblar ki, nişan Ramazan ayından sonra olsun. Ancaq iki gənc arasında yaşanan mübahisə toyu vaya çevirib. Bir çoxları bunu sevgiyə bağlı ani reaksiya kimi qiymətləndirib. Bu həqiqətən sevgiya bağlı ani reaksiyadır, yoxsa psixoloji pozuntunun nəticəsidir?

Sevgi, yoxsa psixoloji pozuntu? - Azərbaycanda nişanlı cütlüyün hamını dəhşətə gətirən AQİBƏTİBununla bağlı BiG.AZ-a açıqlama verən Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov bildirib ki, bu qətli tam sevgi ilə əlaqələndirmək doğru olmazdı:

"Bu, sevgi fonunda özünü biruzə verən bədbəxt hadisədir. Bu fərdin özünün psixoloji durumu ilə bağlı bir hadisədir. Psixoloji pozuntusu olan bir insandır ki, sözə verdiyi reaksiya 2 nəfərin həyatına son qoydu. Sadəcə, bu sevgi fonunda ortaya çıxdı. Bu, orada da olmasa başqa müstəvidə də baş verə bilərdi. O, psixologiyaya sahib olan insana kimsə qurban olacaqdır. Bu cür psixologiyadan əziyyət çəkən insanlarımız çoxdur. Buna sinirə bağlı davranış pozuntusu deyilir. Bu tip insanlar bəzən aqresiyanı idarə edə bilmirlər. Ətrafımızda elə insanlar var ki, sakit görsənirlər. Amma bir bədbəxt hadisə baş verən kimi bu cür reaksiya verirlər. Bu hadisə onu göstərdi ki, fiziki ilə yanaşı, psixoloji sağlamlığımıza da diqqət yetirməliyik. Biz informasiya əsrində yaşayırıq. Psixoloji sağlamlığımıza xüsusi diqqət ayrılmalıdır".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4820   Tarix: 02 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

17:05 104
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

17:14 194
.

"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar"

"Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə onu

16:59 115
.

Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"

"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər". Bunu -a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O, daha sonr

16:28 343
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

16:22 187
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 344
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 226
.

"Azərbaycan üçün Türk birliyinin ayrılmaz parçası olan Qırğızıstanla əlaqələr də müstəsna əhəmiyyətə malikdir"

"Bu il fevralın 14də baş tutmuş andiçmə mərasimində Prezident İlham Əliyevin Türk dünyasının Azərbaycan xarici siyasətində prioritet olduğunu bəyan etmiş və bildirmişdi ki, "Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır." Azərbaycan üçün Türk birliyinin ayrılmaz parçası ola

14:19 106
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 386