"Axırda talışlar da ermənilər kimi torpaq davası edəcək" - Belə təxribatlara uymayın - AÇIQLAMA

"Axırda talışlar da ermənilər kimi torpaq davası edəcək" - Belə təxribatlara uymayın - AÇIQLAMASon dövrlər sosial şəbəkələrdə saxta profillərlə Azərbaycanda yaşayan milli azlıqlar-talışlar təhqir olunur. Hətta ermənilərlə müqayisə olunur. Həmin profillər Azərbaycanlılara aiddir, yoxsa ermənilərin ölkəmizdəki sabitliyi pozmasına hesablanan növbəti təxribatdır?

"Axırda talışlar da ermənilər kimi torpaq davası edəcək" - Belə təxribatlara uymayın - AÇIQLAMABununla bağlı BiG.AZ açıqlama verən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət bildirib ki, Azərbayan çoxmillətli ölkədir və bu yaradılmış saxta hesablar ermənilərin məqsədyönlü təxribatıdır:

"Minillərdir ölkəmizdə türklərlə bərabər müxtəlif milli azlıqlar və etnik qruplar qardaşca yaşamaqdadır. Biz bir vahid Azərbaycan xalqı olaraq Qarabağ acısını da, Xocalını da, 20 Yanvarı da birlikdə yaşamış və eyni zamanda dövlətimizin milli maraqları uğrunda birlikdə çarpışmaqdayıq. Biz heç bir zaman türk olmayanları ikinci növ vətəndaş-insan kimi görmədik, görmərik də. Ümumiyyətlə, Azərbaycanda ikinci növ millət, xalq, etnik qrup yoxdur. Hamı bərabərhüquqlu, eyni dəyərdədir. Belə bir gerçəklik Azərbaycan dövlətinin gücünə güc qatır, dünya xalqları içində bizim sözdə deyil, əməldə tolerant olduğumuzu, multikulturalizmi gerçəkdən mənimsədiyimizi təsdiq edir. Bu isə düşmənlərimizin işinə yaramır. Ona görə də zaman-zaman etnik qruplardan olan vətəndaşlarımızı aşağılamaq, qızışdırmaq üçün hərəkətə keçirlər. Talışlarla bağlı məlum saxta paylaşım da o qəbildəndir. Çox güman ki, o paylaşımı edənlər Azərbaycan adları altında gizlənmiş ermənilər, yaxud da bizi daim zəif görmək istəyən İran və Rusiya uzantılarıdır. Belə məsələlərdə diqqətli olmalıyıq. Unutmamalıyıq ki, düşmən aramıza nifaq salmaqla ümumilikdə Azərbaycanı zəiflətmək məqsədi güdür. Hələ talışları ermənilərlə bir göstərmək cəhdi açıq düşmənçilikdən başqa bir şey deyil. Biz hamımız bilirik ki, talış qardaşlarımız Azərbaycanın digər oğulları kimi Qarabağda bu günün özündə belə canlarını fəda edir, şərəflə şəhid olur. Belə bir durum varkən onları ermənilərlə bərabər təqdim etmək yalnız düşmən işi ola bilər. Ona görə də hər kəsə çağırış edirəm: belə təxribatlara uymayın. Bu cür halları görəndə bizi bölmək, qarşıdurma yaratmaq istəyənlərin cavabını ən sərt şəkildə verin. Eyni zamanda dövlətin də bu məsələlərlə daha ciddi məşğul olması yerinə düşərdi".

Aysel Yusifqızı

"Axırda talışlar da ermənilər kimi torpaq davası edəcək" - Belə təxribatlara uymayın - AÇIQLAMA


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3935   Tarix: 31 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarını

01.05.2024 468
.

"Satışda gördüyümüz çiyələk bizə iki fərqli formada mənfi təsir edir" - Qida eksperti

Yaz fəslinin gəlişi ilə əlaqədar çiyələk bir çoxumuzun sevimli meyvəsidir. Lakin hazırda satışda olan çiyələklər bir o qədər də şirin deyil. Qida eksperti Fərid Səfərov -a bildirib ki, çiyələyin tez yetişməsi və uzun müddət saxlanması üçün böyümə hormonlarından və qatqılardan istifadə olunur, bu sağlamlığımız

01.05.2024 3057
.

Blinken İsrailə gedib

ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. O bildirib ki, Baş katib Blinken İsraildədir. Miller qeyd edib ki, Blinken Qəzzaya humanitar yardımın çatdırılması prosesinə baxmaq üçün Aşdod limanına gedəcək

01.05.2024 263
.

Axtarılan şəxs görün harda idi - VİDEO

Türkiyənin Mersin şəhərində 7 il 7 ay 15 gün axtarılan şəxs tapılıb. BİG.AZ xəbər verir ki, polis əməkdaşları onu öz evində yatağının altında gizlənərkən tapıblar. Onun gizləndiyi yer sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik:

01.05.2024 394
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

11:56 365
.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

01.05.2024 222
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 367
.

Keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb

Türkiyənin Zonquldak bölgəsində keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb. xəbər verir ki, hadisə dünən axşam saatlarında Ereğli rayonundakı Kışla Sənaye Sahəsində baş verib. Mühərrik ustası avtomobilin alt hissəsini yoxlayanda bomba qurğusunu görüb. Vəziyyətlə bağl

01.05.2024 325
.

Məhkəmədə Alidənin həyat yoldaşını günahlandırdı

Aparıcı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkiro

10:39 573