200 manata görə ana və oğlunu çəkiclə öldürdü — TƏFƏRRÜAT - Bakıda - FOTO

200 manata görə ana və oğlunu çəkiclə öldürdü — TƏFƏRRÜAT - Bakıda - FOTO220 manata görə ana və oğulu öldürən ömürlük məhkum cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

Cinayət məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən Allahverdiyev Ruhin Kamal oğlunun məhkəmə prosesinə hakim Hafiz Nəsibov sədrlik edəcək.

Qeyd edək ki, Ruhin Allahverdiyev 2016-cı ilin 5 iyul tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

2016-cı il yanvarın 18-də Nərimanov rayon, Hacı Məmmədov küçəsi, ev 4, mənzil 8 ünvanında 34 yaşlı Aleksandr Məhərrəmov və anası, 67 yaşlı Janna Məhərrəmovanın qətlə yetirilməsi ilə bağlı bəzi məqamlar dəqiqləşib. Hadisəni törədən 1979-cu il təvəllüdlü Allahverdiyev Ruhi Kamal oğlu narkotik vasitə aludəçisi olub. Daha əvvəl də məhkum edilmiş R. Allahverdiyevin yanvarın 16-dan başlayaraq ağrıları başlayıb və "lomka"dan çıxmaq üçün təcili pul axtarışına çıxıb. Santexnika ustası işləyən R. Allahverdiyev alətlərini yığaraq əvvəldən tanıdığı Məhərrəmovların evinə yollanıb. Bu arada qeyd edək ki, R.Allahverdiyev daha əvvəl Məhərrəmovlardan pul alsa da, onların evində vəd etdiyi işləri görməyib.

Beləliklə, yanvarın 17-də səhər saatlarında R. Allahverdiyev Aleksandr Məhərrəmov və anasının yaşadığı evə gələrək qapını döyüb. Məhərrəmovlar onu pis qarşılamayıb, lakin bildiriblər ki, görməli olduğu işi artıq başqa usta həll edib. Bundan sonra Janna Məhərrəmova usta inciməsin deyə ona kofe süzüb və masaya dəvət edib. Lakin nəyin bahasına olursa-olsun, pul almaqda qərarlı olan usta niyyətini həyata keçirib. O, A. Məhərrəmov hamama keçən kimi özü ilə gətirdiyi çəkiclə Janna Məhərrəmovanın başına iki zərbə endirib. Səsə A.Məhərrəmov çıxıb və usta bu dəfə onun başına iki zərbə endirib. Daha sonra ana və oğlunun öldüyünə əmin olmaq məqsədi ilə o, döşəmədə hərəkətsiz vəziyyətdə olan hər iki şəxsin başına daha 1 dəfə zərbə endirərək onların öldüyünü qətiləşdirib.
R.Allahverdiyev J.Məhərrəmovanın üzərindən 20, A.Məhərrəmovdan isə 200 manat götürdükdən sonra qapını arxadan bağlayaraq uzaqlaşıb.

Hadisə yanvarın 17-də saat 10 radələrində baş versə də, hüquq-mühafizə orqanları bundan təxminən 2 sutka sonra xəbər tutub. A. Məhərrəmovun dostlarının ondan xəbər tuta bilməməsi ilə bağlı müraciətindən sonra əraziyə əməliyyat qrupu gəlib və FHN-in xilasediciləri qapını sındıraraq içəri daxil olub.

Maraqlıdır ki, R.Allahverdiyev cinayəti törətdikdən sonra adi qaydada həyatına davam edib və azadlıqda qaldığı bir neçə günü evdə ailəsi ilə birgə keçirib.

O, A.Məhərrəmov və anasının qətli barədə telekanallarda yayımlanan sujetləri də soyuqqanlılıqla izləyib. Hadisədən 10 gün sonra əməliyyatçılar onun evinə gəldikdə isə sakitcə əllərini qaldıraraq təslim olub.

Qeyd edək ki, Aleksandr Məhərrəmov "Biznes Dialoq" konsaltinq biznes xidmətləri şirkətinin rəhbəri, business-dialogue.az saytının təsisçisi, anası isə şahmat müəllimi olub.

mənbə: olke.az
200 manata görə ana və oğlunu çəkiclə öldürdü — TƏFƏRRÜAT - Bakıda - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2624   Tarix: 28 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mövsümdən əvvəl yetişən alça ziyanlıdırmı?

Bu gün bazarlarda havaların soyuq keçdiyini nəzərə alaraq mövsümdən əvvəl alça və çiyələkləri piştaxtalarda görmək olar. Həddindən artıq iri alçalar və digər meyvələr göz oxşasa da bəs sağlamlığımız üçün ziyanlıdırmı?. Mövzu ilə bağlı BİG.AZ-A qida eksperti Məhsəti Hüseynova açıqlama verib. O bildiri

15:03 148
.

Xırdalanda "fond pulu" tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib. xəbər verir ki, bu barədə idarədən məlumat verilib. Qeyd olunub ki, bağç

07.05.2024 667
.

Tamstore marketlər şəbəkəsi "Bu qiymətlər bir daha olmayacaq" kampaniyasına start verib

Hər zaman endirim kampaniyaları ilə gündəm yaradan Tamstore Marketlər Şəbəkəsi bu dəfə "Bu qiymətlər bir daha olmayacaq" kampaniyasına start verib. Marketlər şəbəkəsinin bütün filiallarında 8-14 may tarixi aralığında 500 dən çox məhsulda 70 faizə qədər endirim müştərilərini gözləyir. Endirimlə

13:00 330
.

Qonşu itə görə qonşusunu maşınına bağlayıb sürüdü - ANBAAN VİDEO

Antaliyanın Kaş bölgəsində qandonduran hadisə yaşanıb. xəbər verir ki, Çavdır məhəlləsində iki qonşu it üstündə dava edib. Daha sonra Şaban T. Orhan S.-i iplə maşının arxasına bağlayarq sürüyüb. Hadisə yerinə gələn polis Şaban T.-ni nəzarətə götürüb. Belindən və ayağından yaralanan Orhan S. isə təcil

16:46 416
.

"Wednesday" serialının 2-ci sezon çəkilişləri başlayıb

"Wednesday" serialının 2-ci sezon çəkilişləri başlayıb. xəbər verir ki, bu barədə Netflix bildirib. Qeyd edək ki, serialın 1-ci sezonu böyük izlıyici kütləsi toplamışdı

21:30 0
.

Qəzaya düşən prokuror yuxulu olub - TƏFƏRRÜAT

Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayevin ölümü ilə nəticələnən qəza barədə cinayət işi açılıb. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-c

11:40 495
.

Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub

Azərbaycan-Ermənistan şərti sərhədində, Şoqakat kəndindən 19 kilometr şimalda zəlzələ qeydə alınıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Mətbuat Xidməti məlumat yayıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub

07.05.2024 344
.

Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi

Rusiyada azərbaycanlı iş adamı vəfat edib. İqtisadiyyat.az xəbər verir ki, 40 yaşlı Rafael Qəfər oğlu Mirzəyev bir müddət əvvəl işləmək üçün Moskvaya gedib. Bizneslə məşğul olan azərbaycanlının səhhətində problemlər yaranıb. Müalicə almasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumu

12:50 536
.

Müğənni Günay makyajsız şəklini paylaşdı

Müğənni Günay İbrahimli makyajsız halı ilə gündəmə gəlib. BİG.AZ xəbər verir ki, o, İnstaqram sosial şəbəkəsində paylaşıb:. "Bəzən yol qət etmək üçün qaçmaq yox, dayanmaq gərəkdir. Yolumuz uzun". İfaçının fotosu çoxsaylı bəyənmə yığaraq, sevənləri tərəfindən xoş sözlər yazılıb

17:30 269