"Örüşləri əlimizdən aldılar, camışı harada saxlayaq?..." - NARAZILIQ

"Örüşləri əlimizdən aldılar, camışı harada saxlayaq?..." - NARAZILIQAzərbaycanda bir zamanlar heyvandarlığın istiqamətlərindən biri olan və gəlir gətirən sahə hesab edilən camışçılıq məhv olmaq üzrədir. Ölkədə camışçılıq təsərrüfatlarının sayı ildən-ilə azalır, fərdi təsərrüfatarda da camış saxlayanlar kəskin azalıb. Hazırda iri heyvandarlıq təsərrüfatlarında cins inək saxlamağa üstünlük verirlər, kəndli-fermerlərin isə 3-5 baş camışdan artıq heyvan saxlamağa gücü çatmır.

BiG.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, 2016-cı ilə ölkədə 214.224 baş camış olduğu halda ötən il heyvanların sayı 196.651-ə qədər azalıb. Ümumilikdə 2000-ci ildən indiyədək hər il əvvəlki ildən 10-30 faiz azalma müşahidə edilir.

"Camış saxlamaq çətin işdir…"

Camışçılıqla məşğul olan fermerlər deyirlər ki, təsərrüfatlar özəlləşdiriləndən sonra otlaq sahələrinin azalması, göllərin qurudularaq yerində məhsul əkilməsi onları çıxılmaz vəziyyətdə qoyub.

"Örüşləri əlimizdən aldılar, camışı harada saxlayaq?..." - NARAZILIQ"Camış saxlamaq çətindir. Camış istini sevir, gərək nohur, bataqlıq, gölməçələr olsun. Otlaq sahələrində məhsul əkdilər, harda bataqlıq, gölməçə gördülər, qurudub əkin sahəsinə çevirdilər. Heyvanı yemləməyə örüş sahəsi yoxdur. Ona görə də indi cəmi 4 camışım qalıb, qalanlarını satmışam",- Ağdaşdan olan fermer Şakir Məmmədov deyir.

Fermer əlavə edir ki, son 4-5 ilə qədər örüş sahəsi icarəyə götürüb, amma indi icarə sərf etmir. 1 camışa baxmaqdansa 2-3 inəyə baxmaq daha sərfəlidir.

"Payızda, qışda yem olmur, yayda da su tapmaqda çətinlik çəkirik. Su olmadığından sahələrdə ot da azdır. 1 litr camış südü tərkibinə görə 3 litr inək südünə bərabərdir, buna görə də camış südü, qatığı, yağı bahalıdır. İri təsərrüfatlara sərf edir, xərc çəkirlər, qazanırlar. İnək südü camış südündən 2 dəfə ucuzdur. Kəndlərdə camış saxlayan südündən, qatığından istifadə edir, olmayan da artıq pul verib almaq istəmir. 3-5 camışla nə qədər süd satıb qazanmaq olar ki örüş sahəsinin icarə pulunu da ödəyə bilək",-Məmmədov deyir.

Xərçəng xəstəsi olan imkanlı şəxsin sifarişi ilə camış saxlayan fermer

"Örüşləri əlimizdən aldılar, camışı harada saxlayaq?..." - NARAZILIQAdının çəkilməməsini istəyən digər fermer isə deyir ki, təsərrüfatında 5 camışı var, onu da xərçəng xəstəsi olan imkanlı şəxsin sifarişi ilə saxlayır.

"Hər camışdan gündəlik 6 litrə qədər süd alırıq. Südün litrini 1 manata veririk. Camış südü xərçəng xəstələri üçün dərmandır. Cavan heyvanın əti inək və qoyun ətindən dəfələrlə faydalıdır. Camış xəstəliyə davamlıdır, məsələn, camış bruselyoza yoluxmur. Buna baxmayaraq camış ətinə təlabat yoxdur. Camış ətinin kiloqramını bəzi kəndlərdə 6-7 manata satılır", -fermer bildirir.

Kənd Təsərrüfatı Nazirliyi də camışçılığın tənəzzüldə olduğunu təsdiqləyir

Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev də camışçılıq təsərrüfatlarının azaldığını etiraf edir. Şöbə müdiri deyir ki, torpaqlar özəlləşdiriləndən, son illər isə örüş sahələrinin əkin üçün geri alınmasından sonra hər yerdə camış saxlamaq mümkün deyil. Buna baxmayaraq camışçılıq təsərrüfatının artırılması üçün tədbirlər görülür. Bu il xaricdən camış alınaraq lizinq yolu ilə satılacaq.

"Örüşləri əlimizdən aldılar, camışı harada saxlayaq?..." - NARAZILIQQalib Əbdüləliyev

"Xüsusilə Aran bölgəsində, Kür qırağında camış təsərrüfatları var. Heyvanların sayı azalsa da, ötən il süd məhsullarının istehsalında 1, 6 faiz artım olub", -şöbə müdiri əlavə edib.

Q.Əbdüləliyevin sözlərinə görə, Respublika Süni Mayalanma Mərkəzində İrandan idxal olunmuş iki baş-mürvah mənşəli camış saxlanılır. Onların toxumu süni mayalanma mütəxəssisləri vasitəsilə camışlıq təsərrüfatlarında istifadə olunur.

"Çox mənfəətli heyvandır…"

"Örüşləri əlimizdən aldılar, camışı harada saxlayaq?..." - NARAZILIQNazirliyin Göygöldə yerləşən " Kənd təsərrüfatı istehsalat müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyətnin rəhbəri Rasim Şəfiyev isə bildirib ki, camış digər heyvanlardan fərqli olaraq otu çox yeyir. Buna görə də camış saxlamağın çətin olduğunu deyirlər. Amma camış mənfəətli heyvandır, südü, qatığı, yağı, qaymağı keyfiyyətinə görə bahadır. Bizim təsərrüfatda alıcı problem yoxdur, südü elə qapıdan alıb aparırlar. Südündən Gəncədə qaymaq hazırlanır. 1 kq yağ üçün 22 litr inək südündən istifadə olunursa, eyni miqdarda yağın alınmasından ötrü cəmi 8 litr camış südü lazımdır.

Hələ sovetlər dönəmində camış "kasıb malı" hesab edilib. Çünki örüş və su olandan sonra kəndliyə əziyyət verməyib. İndi camış təsərrüfatlarına yardım edilmir, vergi və ya əlavə güzəştlər yoxdur. Kəndli-fermerlərin heyvandarlığın inkişafı üçün nəzərdə tutlan dövlət proqramlarından gözləntiləri azdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1012   Tarix: 28 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah 23° isti olacaq - Hava proqnozu

Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperatur

01.05.2024 258
.

"Biz Ermənistan və Azərbaycan arasında sülhün mümkün olduğuna inanmaqda davam edirik" - ABŞ

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patelin sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinken Bakı ilə İrəvan arasında gərginliyin həlli istiqamətində səylərlə şəxsən məşğuldur. xəbər verir ki bu barədə xarici mətbuat bildirib. "Bu, dövlət katibinin şəxsən dərindən məşğul olduğu regiondur

01.05.2024 147
.

Türkiyədə avtobus aşdı, ölənlər var

Türkiyənin Qaziantep şəhərində sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı sürücü idarəetməni itirib. Qəza nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qeyd edək ki, hadisə yerinə çoxlu təcili yardım maşınları cəlb olunub

01.05.2024 186
.

Prezident: "İndi biz sülhə doğru gedirik"

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb. AZƏRTAC xəbər verir ki, dövlətimizi

01.05.2024 211
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

01.05.2024 274
.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta

01.05.2024 298
.

Axtarılan şəxs görün harda idi - VİDEO

Türkiyənin Mersin şəhərində 7 il 7 ay 15 gün axtarılan şəxs tapılıb. BİG.AZ xəbər verir ki, polis əməkdaşları onu öz evində yatağının altında gizlənərkən tapıblar. Onun gizləndiyi yer sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik:

01.05.2024 292
.

İbtidai siniflər üçün 5 günlük tətil başladı

Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır. xəbər verir ki, bu gündən başlayan tətil mayın 6-a kimi davam edəcək. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümum

01.05.2024 247
.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək. Qeyd edə

01.05.2024 175