"İbrahimbəyov "Milli Şura" adlı makler yığınına xərclədiyi nəticəsiz pulların QİSASINI ALIR" - SORĞU

"İbrahimbəyov "Milli Şura" adlı makler yığınına xərclədiyi nəticəsiz pulların QİSASINI ALIR" - SORĞUXəbər verdiyimiz kimi Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu "Qafqaz üçlüyü" filmi qalmaqala səbəb olub. Azərbaycan xalqının aşağılandığı, təhqir olunduğu sözügedən film ictimaiyyətdə kəskin narazılıqla qarşılanıb və ciddi müzakirələrə səbəb olub. Bununla bağlı BiG.AZ media kapitanları ilə sorğu keçirib.

Həmin sorğunu oxucularımıza təqdim edirik:

"İbrahimbəyov "Milli Şura" adlı makler yığınına xərclədiyi nəticəsiz pulların QİSASINI ALIR" - SORĞU"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu: "Xalqına xəyanət edəni nə cəmiyyət, nə tarix əfv edir. Rüstəm İbrahimbəyov "Qafqaz üçlüyü" filmini çəkməklə xalqına xəyanət, dövlətinə və millətinə qarşı düşmənçilik etdi. Ancaq məsələ təkcə bu da deyil. Onun çəkdiyi film uzun müddət işğalçı Ermənistanın ideoloqlarının əlində Azərbaycana qarşı səmərəli yumşaq güc silahı olacaq. Əslində bu film elə erməni maliyyəsi və erməni xislətilə çəkilib. Çünki öz etdiyi vəhşilikləri başqasının adına yazmaq siyasəti erməni əxlaqsızlığının ənənəsidir. O qeyd edib ki, Azərbaycan xalqına qarşı ən qəddar faşizm hərəkətlərini ermənilər edib, Xocalı soyqırımını, Malıbəyli faciəsini ermənilər törədib, beş yaşlı uşağın dərisini Zori balayanlar soyub".

Çəkdiyi filmlə İbrahimbəyovun özünü erməni faşistlərilə bir sıraya qoyduğunu deyən Hikmət Babaoğlu vurğulayıb ki, ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlər filmdə bizim onlara qarşı etdiyimiz kimi göstərilib. "Bu namərdlik və əxlaqsızlıqdır. Filmdə Dağlıq Qarabağ münaqişəsinin səbəbi kimi azərbaycanlıların ermənilərə qarşı olan nifrəti göstərilir, azərbaycanlıların qorxaq, riyakar obrazı yaradılır, hətta öz övladının ölüm xəbərini öyrənmək üçün Azərbaycana gələn qoca erməni döyülür və bununla da azərbaycanlıların nə qədər qəddar, mənəviyyatsız və antihumanist olduğu diqqətə çatdırılır".

Deputat vurğulayıb ki, son yüz ildən artıq bir dövrdə ermənilər tərəfindən soyqırımına, hər cür vəhşiliyə məruz qalan, lakin bununla belə heç bir vaxt silahsız insanlara atəş açmayan, daim öz tarixi humanizm ənənələrinə sadiq qalan bir xalqı bu cür təsvir etmək düşmənçilik və xəyanətkarlıqdır.

"Azərbaycan xalqı R.İbrahimbəyovun bu iyrənc hərəkətini heç vaxt unutmayacaq", - deyən müsahibimiz vurğulayıb ki, R.İbrahimbəyov ermənilərə xidmət edən, erməni işğalına bəraət qazandıran bu filmi çəkməklə Əkrəm Əylislini və onun iftira dolu "Daş yuxular"ını da kölgədə qoyub:

"Millətinə xəyanətdə ondan da bir addım qabağa gedib. Ə.Əylisli Azərbaycan cəmiyyətinin bir qismini hədəf alaraq təhqir edirdisə, İbrahimbəyov bütövlükdə Azərbaycan xalqını, onun dəyərlərini hədəfə çevirir. Hələ üstəlik də bu mənəviyyat və bu əxlaqla siyasətçi olmağa cəsarət edir. Ermənipərəst mərkəzlərin yaratdığı "Milli Şura" layihəsində yer alır. Bu uydurma qurumdan prezidentliyə namizəd olaraq irəli sürülür. İndi həmin "Milli Şura"nın həmsədrləri olan Cəmil Həsənlilər, Əli Kərimlilər görəsən İbrahimbəyovu niyə qınamırlar? Axı söhbət Azərbaycan xalqını təhqir etməkdən, onu gözdən salmaqdan gedir. Həqiqi siyasətçi və həqiqi Milli Şura bunu qəbul etməməlidir.

Hikmət Babaoğlu əlavə edib ki, həsənlilər və kərimlilər də ibrahimbəyovlar kimi eyni erməni ağalarından tapşırıq alırlar və əsla belə xəyanətləri qınaya bilməzlər.

"Ancaq Azərbaycan xalqı belə xəyanətləri çox görüb. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşərək neçə xəyanətlərin öhdəsindən gəlməyi bacarıb, 2016-cı ilin aprel hadisələrində ən yeni hərbi-siyasi tariximizin şanlı səhifəsini yazıb. Erməni işğalçılarını narahat edən də, ibrahimbəyovları, əylisliləri, kərimliləri özündən çıxaran da elə budur. Ancaq xalqımız kimin kim olduğunu yaxşı bilir və bu filmi çəkənləri heç zaman bağışlamayacaq".

"İbrahimbəyov "Milli Şura" adlı makler yığınına xərclədiyi nəticəsiz pulların QİSASINI ALIR" - SORĞUAzərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət:

"2013-cü il prezident seçkisi zamanı Milli Şuranın məlum Rüstəm İbrahimbəyovu namizəd kimi xalqa sırımaq istəməsini ən sərt tənqid edənlərdəndim. Bunu iki səbəbdən edirdim: birincisi, bu adamın Azərbaycanın milli maraqlarıyla yaxından-uzaqdan əlaqəsi yox idi; ikincisi də eyni zamanda siyasətdə naşıdan da naşı idi.

Belə bir adamı Azərbaycan xalqının səsverməsinə təqdim etməyin özü belə ayıb olacaq hərəkətdi və haqlı olaraq tənqidlərimi səsləndirirdim.

Qarşı tərəf isə söyüş arsenalını tam şəkildə səfərbər edib məni təhqirlərə məruz qoymaqdaydı. Onda deyirdim ki, zaman kimin haqlı olacağını göstərəcək.
Göstərdi də. Özü də çox qısa bir vaxt içində.

Amma sözüm onda deyil. İndi toxunacağım məsələ bugünlərdə geniş narazılığa səbəb olmuş
"Qafqaz üçlüyü" filmi ilə bağlıdır.

Bu filmin senari müəllifi və yəqin ki, elə ideya verəni də Rüstəm İbrahimbəyovdur.
Məsələylə bağlı Azərbaycanın tanınmış kino adamları Ayaz Salayev və Cəmil Quliyevin fikirlərini də dinləmişəm. Təbii ki, onlar məsələyə həm də bir sənət əsəri kimi baxaraq dəyərləndiriblər. Həm də çox zəif və eyni zamanda antimilli bir film kimi.
Mən də filmə baxdım. Kino adamı olmasam da ən azından tamaşaçı kimi, üstəlik də ictimai-siyasi proseslərin içində olan, milli maraqları daim diqqətdə saxlayan, eyni zamanda ədalət hissini də qoruyan birisi kimi.

Diqqətimi çəkən ilk məqam elə başlanğıcda Azərbaycanlı Fərhadın qorxaqlığı, erməni Edikin onu cəsarətləndirməsi oldu ki, bu haqda başqa dostlarımız geniş yazdığı-danışdığı üçün üzərindən keçirəm.

Bunun ardınca girişdəki bir xəritə diqqətimi çəkdi. Güney Qafqazın təsvir olunduğu xəritədə yalnız Azərbaycanla Ermənistanın sərhədləri görünür. Digər dövlətlərin sadəcə adı var. Lakin əsas olan bu deyil. Əsas odur ki, Azərbaycanın xəritəsi təhrif edilmiş şəkildə təqdim olunur. Bir balaca diqqətlə baxanda görünür ki, Mingəçevir su anbarının yuxarı hissəsində Gürcüstan ərazisi Azərbaycan ərazisini işğal edib. Görünür, filmi çəkənin və rolların böyük əksəriyyətini oynayanların gürcü olmasının təsirindəndir. Amma niyə Rüstəm İbrahimbəyov buna diqqət yetirməyib?

Xəritənin ardınca ekranda belə bir yazı çıxır: «В 1988 году Нагорно-Карабахская область, территориально находящаяся в Азербайджане, заявила о своей независимости». ("1988-ci ildə ərazi baxımından Azərbaycanda yerləşən Dağlıq Qarabağ vilayəti özünün müstəqilliyini bəyan etdi.")

Qarabağla bağlı gizli mesaj: Tarixi saxtalaşdırmanın ən bariz nümunəsidir bu! İfadəyə diqqət edincə Dağlıq Qarabağın sadəcə ərazi baxımından Azərbaycanda yerləşməsi şüuraltına yeridilir. Halbuki burada açıq deyilməliydi ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində bölücülük baş qaldırdı, Ermənistan da işğalçılıq siyasətinə başladı. Rüstəm İbrahimbəyov bunu belə ifadə etmir. Niyə? Səbəblər bəllidir və irəlidə biz də onlara toxunacağıq.

Bir qədər də irəli gedincə filmdə Azərbaycan bayrağına açıq sayğısızlıq göz deşir. Hansısa nazir müavini olan şəxsin masasının üzərində, arxasında bayraqlarımız var. Masa üzərindəki bayraq bir qədər aşağı endirilib, arxada – dolabda olansa tərsinə asılıb: yaşıl rəng yuxarıda, mavi aşağıda olmaqla.

Bayraqla bağlı yanlış sonrakı səhnələrdə də davam edir. Guya Bakı hava limanı olduğu iddia edilən epizodda masa üzərindəki bayraqlarımız yaşıl yuxarıda, mavi aşağıda olmaqla təqdim olunur…

Hələ mən o bərbad yerin Bakı hava limanı kimi təqdim edilməsini bir yana qoyuram.
Bütün bu "xırda" qüsurlardan sonra filmin özünün dəyərləndirilməsinə keçə bilərik.
Film bir əsər olaraq zəif – primitiv alınıb. Diqqət çəkən odur ki, bütün süjet boyu məhz erməninin çox anlayışlı, nəzakətli, ədalətli olması qabardılır. Azərbaycanlı obrazı isə ümumiləşdirilmiş şəkildə, bəzən də fərdiləşdirilmə yoluyla vəhşi kimi təqdim edilir.
İstər Fərhadın evinə erməni dostunun qonaq gəlməsini eşidən kütlənin etiraz aksiyasına toplaşması, istərsə də hava limanında bir görəvlinin Ediki içəri aparıb döyməsi məhz bizim əleyhimizə qabarıq şəkildə təbliğatdan başqa bir şey deyil. Hələ bura onu da əlavə edək ki, əsl atası erməni Eduard (Edik), atalığı Azərbaycanlı Kamil olan Timurun (Teymur) şəhərkənarı bağda quyuya atılması (düşməsi) və balaca bir Azərbaycanlı balasının onun başına daş atması da vəhşi olduğumuzu göstərməyə xidmət edir.

Bütün bunların fonunda Edik hava limanında qapalı otaqda onu döyən Azərbaycanlı görəvlidən xahiş edir ki, bu haqda heç kimə deməsin, ayıb olar. Yəni filmdə bu Edik elə bir erməni obrazı kimi təqdim edilir ki, guya hətta azərbaycanlıların reputasiyasını belə düşünürmüş…

Sonda o da elan edilir ki, gürcü Mikanı Fərhadın evinin önündə etiraza yığışanlar döydüyü üçün bu adamın həyatını xilas etmək olmur.

İndi təsəvvür edək ki, bu filmə bizi yaxşı tanımayan hansısa ingilis, fransız, hindu baxır.

Qənaəti nə olacaq?

Bizi tanımayanların bu filmdən gəldiyi qənaətə görə, azərbaycanlılar vəhşi, qaniçən, ermənilərsə hətta düşmənin belə reputasiyasını düşünəcək qədər ali insanlar kimi nəzərə çarpacaq.

Bunu Rüstəm İbrahimbəyovun fərq etməməsi mümkün deyildi. Hələ məhz belə bir qənaətin hasil olması üçün məqsədli şəkildə çalışmasına heç şübhə yoxdur. Adam açıq şəkildə öz xalqına qarşı film çəkib. Yalnız bir fakt sevindiricidir ki, onun bu antimilli filmində heç bir Azərbaycanlı (öz ailə üzvləri istisnadır) rol almaq istəməyib.
Bütün bunlardan sonra bir zamanlar bu antimilli şəxsi bizə prezidentliyə namizəd kimi təqdim edən, bizi ondan ötrü təhqir edənlərədir sözüm: buyurun, mövqeyinizi ifadə edin. Bu da hakimiyyət-müxalifət məsələsi deyil ki. Burda sırf Azərbaycan xalqının milli mənafeyi ayaqlar altına atılıb.

"İbrahimbəyov "Milli Şura" adlı makler yığınına xərclədiyi nəticəsiz pulların QİSASINI ALIR" - SORĞU"Cümhuriyət" qəzetinin baş redaktoru Rafail Becanov:

Rüstəm İbrhimbəyovun bu addımı Azərbaycan xalqına ləkə və böhtandır. Hesab edirəm ki, bu, həyatının hansısa dönəmində uğursuzluğa düçar olan bir adamın millətindən və dövlətindən qisas almaq cəhdidir. Özünü siyasətdə sınamaq istəyi uğursuzluğa düçar olandan sonra Rüstəm İbrahimbəyovda bir qisasçılıq yaranıb. Bu qisasçılığı da milləti aşağılamaqla həyata keçirir. Amma İbrahimbəyov unudur ki, milləti aşaılamaqla, mənsub olduğun millətə böhtan atmaqla kimin dəyirmanına "dən daşıdığı" məlumdur. Onun bir zamanlar lideri olduğu Milli Şura isə baş verənə seyrçi yanaşır. Çünki eyni düşüncəni daşıyırlar. Bu adamlardan heç kim Azərbaycana xeyir gözləmir. Öz amplualarında, öz "çax-çuxları"ndadırlar. Rüstəm İbrahimbəyovu Azərbaycan xalqı çoxdan boykot edib".

"İbrahimbəyov "Milli Şura" adlı makler yığınına xərclədiyi nəticəsiz pulların QİSASINI ALIR" - SORĞUAzxeber.com portalının təsisçisi və redaktoru Hacıbəy Heydərli:

"Əslində, Rüstəm İbrahimbəyovun bu hərəkəti cəmiyyətimiz və xalqımız üçün sürpriz olmalı deyil. Bu adam son illər ölkəmizə, dövlətimizə qarşı aqressiv münasibətdədir və hər zaman da bunu büruzə verməkdən fəxr duyur. Mən düşünürəm ki, Rüstəm İbrahimbəyov özü bilərəkdən söyülmək, təhqir olunmaq istəyir və bu yolla kimlərəsə sədaqətli xidmət etdiyini göstərir. Əks halda heç bir azərbaycanlı xalqına bu qədər yuxarıdan aşağı baxa bilməz, bu adamın ssenari müəllifi olduğu "Кавказское трио" filmi birbaşa erməni təbliğatına hesablanıb. Rüstəm bəy bəlkə də bu yolla erməni dostlarının dəstəyi ilə hansısa beynəlxalq mükafat almaq xülyasına düşüb, ancaq o bir şeyi unudur ki, öz xalqına və dövlətinə xeyri dəyməyən insanın heç yanda yeri yoxdur, hər yerdə ona xain, satqın damğası vurulacaq. Bu günlərdə bütün dünyada Cümhuriyyətimizin 100 illiyi ilə bağlı tədbirlər keçirilir, bütün dünya Azərbaycan xalqının dəyərlərini, bəşəriyyətə bəxş etdiyi nümunələri bir daha görür və dövlətimiz günü-gündən daha da güclənir. Belə olan halda hansısa rejissorun "Oskar" almaq arzusu da gözündə qalacaq, çünki Azərbaycan bu gün dünyada öz sözünü deyən, diktə edən bir ölkədir. Rüstəm İbrahimbəyovun aqibəti isə ən yaxşı halda Əkrəm Əylislinin "Daş yuxular"ı kimi olacaq. Xalqımız bu insanlara layiq olduğu qiyməti verib artıq. Erməni lobbisi isə bu adamları qoruyacaq qədər güclü deyil, onlar da "sponsor"u olduğu insanlar kimi rəzil durumdadırlar".

"İbrahimbəyov "Milli Şura" adlı makler yığınına xərclədiyi nəticəsiz pulların QİSASINI ALIR" - SORĞUUnikal.org saytının baş redaktoru Asəf Rzayev:

"Rüstəm İbrahimbəyovun filmində erməniləri azərbaycanlılardan üstün bir millət kimi təqdim etməsi qəbul edilməzdir. Təəssüf ki, Azərbaycan ziyalısı kimi beynəlxalq müstəviyə çıxan bir adam bu cür mövqe ifadə edib. Ermənilərin vandalizmi göz önündədir. 20 faiz torpaqlarımızı ermənilər işğal edib, Xocalı soyqırımını onlar törədib, uşaq, qadın, qoca demədən, insanlığa sığmayan cinayətləri ermənilər törədib. Amma bizim "ziyalımız" onları öz filmində az qala, mələk obrazında təqdim edir. Hesab edirəm ki, Rüstəm İbrahimbəyov və onun kimilər Azərbaycan adından çıxış edə bilməzlər. Ona verilən titullar geri alınmalıdır. Qoy, bu gün təbliğ elədiyi, tolerant, humanist kimi təbliğ etdiyi ermənilər onu təltif edib qiymətləndirsinlər. Çünki Rüstəm İbrahimbəyov artıq Azərbayacana deyil, Ermənistana xidmət edir".

"İbrahimbəyov "Milli Şura" adlı makler yığınına xərclədiyi nəticəsiz pulların QİSASINI ALIR" - SORĞUMətbuat.az saytının baş redaktoru Tural İsmayılov:

Rüstəm İbrahimbəyov bu filmlə bütün mahiyyətini ortaya qoydu. Sadıcı böyük bir təəssüf hiss keçirirəm. Vaxtilə öz şəxsi ambisiyaları ucbatından siyasi manevrlər edərək "Milli Şura" adlı həngaməyə qoşulan İbrahimbəyov bununla öz mənəvi süqutuna yekun vurdu. Rüstəm İbrahimbəyov milli düşmənçiliyini bununla tam aydın ortaya qoydu.

"İbrahimbəyov "Milli Şura" adlı makler yığınına xərclədiyi nəticəsiz pulların QİSASINI ALIR" - SORĞUMilli.Az-ın baş redaktor müavini Elçin Alıoğlu:

"Kinodramaturq, yazıçı, prodüser və ssenarist Rüstəm İbrahimbəyovun 3 il əvvəl ərsəyə gətirdiyi yarıtmaz, iki qara quruşluq sənət dəyəri və məzmunu olmayan "Qafqaz üçlüyü" filmi ermənipərəstlik deyil. İlk baxışdan paradoksal təsir bağışlasa da, belədir. Ermənipərəstlik ermənilərə vurğunluq, onların məfkurələrini, "kollektiv şüur" halını almış "hayizm" mərəzini bölüşməkdir. Rüstəm İbrahimbəyov isə ən radikal, zooloji millətçi və mağara səviyyəsindəki şovinizm şüurlu ermənini belə, geridə qoymağa, ermənidən daha çox erməni olmağa çalışıb.

Səbəb? Primitiv, hətta trivialdır.

İbrahimbəyov qisas yanğısındadı. O, Azərbaycan hakimiyyətindən yox, hər birimizdən qisas almaq istəyir. Puç olan planlarına, alınmayan "prezidentlik sevdası"na, 73 yaşında tam profan və darbeyin "həm də siyasətçi" kimi tanınmasına, "Milyarderlər İttifaqı"nın ona ayırdığı pulları Bakıdakı "Milli Şura" adlı siyasət maklerlərinin yığnağına səpələməsinə və heç bir nəticə əldə etməməsinə görə.

"İbRus"u "İbLis"ə döndərən İbrahimbəyov "Lis", yəni "tülkü" olduğunu sandı, amma bəlli oldu ki, heyhat, qocaldıqca şüurunda qarşısıalınmaz aşınmaların yaşandığı bu adam ən yaxşı halda Kolorado dağlarının yamaclarında yemək arayan koyot ola bilər.

O koyot ki - xatirinizdəmi - "Walt Disney" animasiyasında sürətli quşun ardınca qaçır, ona çatmağa çalışır və birdən özünü uçurumun üzərində hiss edir.

Koyot bilirsiniz nə zaman yıxılır?! Ayaqlarının altında torpağı hiss etməyəndə.
Rüstəm İbrahimbəyovun ayaqlarının altını torpaq çoxdan tərk edib. İyrənib ondan, bezib bir zamanlar istedadlı sənətçi, indisə istedadsız Yalıncıq olan bu varlıqsızdan.
O, əfsuslar olsun ki, intiharın ən ağrılı yolunu seçib. Hər gün, hər an özünü əxlaqdan, mənəviyyatdan, şüurdan və məntiqdən uzaqlaşdıraraq ruhunu boş xəyallarına, absurd istəklərinə və tamahına kölə satıb.

Mərhum sənətçi və indi sağ Rüstəm İbrahimbəyova sadəcə yazığım gəlir. O, özünə yazdığı sarsaq rolu belə, oynaya bilmir artıq.Marionetlərin taleyi həmişə belə olub. Nə fərq edər ki, İbrahimbəyovun kəndirini tutanlar onu tərifləyir, ürək-dirək verirlər.

Kölə azad ola bilər, mümkündü. Amma bir zamanlar azad insanın xam xəyallarına doğru qaçıb özünü kölə etməsi doğrudan da, faciədi. Və bu, İbrahimbəyovun özü barədə yazmaqda olduğu "Əxlaqdan usanmış: xəyanət səhrasının qara günəşi" opusudu. Vəssəlam... Kölgəsinin üzərindən atılmağa çalışan yeni, ahıl və bədbəxt İuda İskariot barədə çox yazmaq istəməm. Vaxtım hayıfdı, hərflərə yormaq istəməm".

Aysel Yusifqızı
BiG.AZ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1070   Tarix: 25 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

16:30 96
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

12:00 181
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

16:50 88
.

Norveçli səyahətçi: Qarabağda minalardan çirklənmənin nə qədər ciddi olduğunu təsəvvür edə bilməzdim

Qarabağda mina çirklənməsinin səviyyəsini ancaq bura gəlməklə dərk etmək olar, çoxları bunu şişirtmə kimi qəbul edir. "Report" xəbər verir ki, bunu norveçli səyahətçi Ulyerqen Vastveyt bildirib. "Mən heç təsəvvürümə də gətirmirdim ki, bu qədər mina basdırılıb, Qarabağda minalardan çirklənm

16:40 91
.

Filippində 5,7 bal gücündə zəlzələ baş verib

Filippində 5,7 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Balangiqa şəhərindən 28 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. Zəlzələ 7,9 kilometr dərinlikdə qeydə alınıb

03.05.2024 228
.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

09:55 647
.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

14:14 138
.

İran XİN rəhbəri və Livandakı səfir Tehran-Beyrut əlaqələrini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın Livandakı səfiri Müctəba Əmani Tehranda görüşərək iki ölkə arasındakı əlaqələri, həmçinin İsrailin Livana təcavüzünü müzakirə ediblər. xəbər verir ki, səfir baş diplomata Tehran-Beyrut münasibətlərinin son vəziyyəti barədə məlumat verib. Nazi

03.05.2024 254
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

12:52 218