Rəşid Behbudov Fondu bədnam "Qafqaz üçlüyü" filmi ilə bağlı BƏYANAT

Rəşid Behbudov Fondu bədnam "Qafqaz üçlüyü" filmi ilə bağlı BƏYANATRüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilən "Qafqaz üçlüyü" filmi hər bir vətənpərvər azərbaycanlı kimi, bizi də dərindən hiddətləndirdi. Bizə düşmən olan bir toplumun bədnam niyyətlərini həyata keçirməyə yardımçı olmaq üçün daha bir milli satqın meydana atıldı. Əslində, Rüstəm İbrahimbəyov meydana indi atılmayıb və bu film də təkcə onun yaradıcı yox, həm də həyat mövqeyidir. Hələ 2013-cü ildə "Rosbalt" agentliyinə müsahibəsində Rüstəm İbrahimbəyov ermənilərin Qarabağa iddialarını əsaslandırmağa çalışaraq bildirmişdi ki, onların bu məsələdə hüquqi əsasları azərbaycanlılardan daha artıqdır.

BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Rəşid Behbudov Fondunun bədii rəhbəri Rəşidə Behbudovanın və Fondun direktoru Kamil Şahverdiyevin bəyanatında yer alıb.

Bəyanatda deyilir: "Qafqaz üçlüyü" hələ son deyil. Filmin istehsal tarixinə nəzər salın. 2015-ci il. Həmin il qondarma "erməni soyqırımı"nın 100 illiyi qeyd olunurdu. Bu film də həmin "soyqırımı"na Rüstəmin qardaşlıq töhfəsidir. Bütün həqiqətlərin kökü məhz bundadır.

Ermənilər qondarma "soyqırımı"nı dünyaya sırımaq üçün yüz ildir dəridən-qabıqdan çıxırlar. Bu, onların milli ideologiyasının əsasını təşkil edir. Təsəvvür edin ki, indiyə qədər 100 milyonlarla vəsait xərcləyib bu mövzuda 5-6 film çəkdiriblər. Lakin bu filmlərin heç biri uğur qazanmayıb. "Qafqaz üçlüyü" Rüstəm İbrahimbəyovun ermənilərə avansıdır. Onun məqsədi qondarma "soyqırımı" haqqında iribüdcəli film çəkməkdir. Sadəcə 100 milyonluq büdcəni əldə etmək üçün erməni dostlarının etibarını qazanmaq məqsədilə etdiyi bir jestdir. Ermənilər də bu filmi əllərində bayraq edib bütün dünyaya car çəkəcəklər ki, bunu azərbaycanlı çəkib. Bu da onlar üçün əlavə dividend deməkdir. Çünki bu günə qədər qondarma "soyqırımı" haqqında müxtəlif adlı-sanlı kino xadimləri tərəfindən çəkilən filmlər uğur qazana bilməyib. Rüstəm İbrahimbəyov amili isə bu məsələdə böyük rezonans yarada bilər. Ona görə yox ki, Rüstəm İbrahimbəyov böyük sənətkardır. Ona görə ki, o, "azərbaycanlı"dır. Bu fakt da həmin filmin promo kampaniyasında öz işini görəcək.

Orxan Pamuk nümunəsi Rüstəm kimi mənəvi əxlaqsızlıqlara illərdir rahatlıq vermir. Ermənilər də bu əqidəsiz "ziyalıları" öz məqsədləri üçün istifadə etməyə asanlıqla cəlb edə bilirlər".

Bəyanatda daha sonra deyilir: "Qafqaz üçlüyü" filmində Rüstəm İbrahimbəyov oğlu Fuad İbrahimbəyov ilə birlikdə mənəviyyatsızlığın, əxlaqsızlığın ən son həddi səviyyəsinə enərək xalqını, millətini, Vətənini canından artıq sevən, Qarabağ savaşının ilk günlərindən SSRİ kimi nəhəng bir ölkənin ən ali rəhbərinə iradlarını bildirməkdən çəkinməyən və buna görə də həyatına son qoyulan görkəmli sənətkar Rəşid Behbudovun repertuarından "Bu şəhərdə" mahnısını yeni aranjimanda və ifada istifadə etmişdir. Ümumiyyətlə, bu mahnı filmin musiqi leytmotivi kimi geninə-boluna səslənir. Mərhum bəstəkar Tofiq Babayevə məxsus olan bu mahnı həqiqətən Bakıya həsr edilmiş ən gözəl mahnılardan biridir. Gözəl şəhərdən, onun genişürəkli insanlarından, dostluğa sədaqətdən bəhs edən, illərlə sevilən mahnını İbrahimbəyovlar satqınlığın, xəyanətin, mənəvi əxlaqsızlığın, düşmənə yarınmağın simvoluna çevirməyə cəhd göstəriblər.

Rəşid Behbudov Fondu adından Mədəniyyət Nazirliyinə, Əqli Mülkiyyət Agentliyinə müraciət edərək bildiririk ki, "Qafqaz üçlüyü" filmi ilə bağlı hüquqi prosedurlara başlamaq lazımdır. Məhkəməyə müraciət edilməli və Tofiq Babayevin filmdə istifadə olunan "Bu şəhərdə" mahnısının icazəsinin kimdən alındığını müəyyən etmək lazımdır. Hüquqi prosedurlara başlamaqla filmin nümayişinə həbs qoyulmalıdır. Bu, dünya kino tarixində istifadə olunan metodlardan biridir və biz də mütləq bu təcrübədən bəhrələnərək ədaləti bərpa etməliyik. Biz belə nankor, satqın, xəyanətkar ünsürlərin fəaliyyət çevrələrini daraltmalı və onların planlarını pozmalıyıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 828   Tarix: 25 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995