Nazirin nazir oğlu və ya Kəmaləddin Heydərovla bağlı bilmədiklərimiz...

Nazirin nazir oğlu və ya Kəmaləddin Heydərovla bağlı bilmədiklərimiz...BiG.AZ xəbər verir ki, AZXEBER.COM Azər Niftiyevin təqdimatında "Məmur portreti" rubrikasına start verir. Hər həftənin çərşənbə axşamı yayımlanacaq rubrikada oxucular ölkənin idarə olunmasında yaxından iştirak edən, müxtəlif dövlət qurumlarına rəhbərlik edən məmurların fəaliyyəti və həyat yolundan xəbər tutacaqlar.

Rubrikanın ilk qonağı Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov olacaq.

Kəmaləddin Heydərov kimdir?

Ötən əsrin 90-cı illərinin sonunda Dövlət Gömrük Komitəsinin rəhbərliyinə gətirilən və son 15 ildə nüfuz dairəsini günü-gündən artıran və demək olar ki, hər bir azərbaycanlının ən azı qiyabi olaraq tanıdığı Kəmaləddin Heydərov xərçəng bürcündə - 15 iyul 1961-ci ildə anadan olub. Naxçıvan Muxtar Respublikası Babək rayonu Çeşməbasar kəndində dünyaya göz açan gələcək məmur nə qədər qəribə olsa da, xərçəng bürcünün tipik xüsusiyyətlərini özündə daşımır.

İddialara görə, "xərçənglər" həssasdılar, anidən qərarlar qəbul edirlər, riski sevmirlər, xəyalpərəstdirlər. Kəmaləddin Heydərovda isə bu xüsusiyyətlərin olması inandırıcı deyil. Ən azından onunla bağlı cəmiyyətdə formalaşan rəy bunun əksini deyir. Ümumi fikir ondan ibarətdir ki, o işgüzardır, rasionaldır, təşkilatçıdır... Hər halda bu göstəricilər həssas və xəyalpərəst insanlarda olmur.

Nazirin nazir oğlu və ya Kəmaləddin Heydərovla bağlı bilmədiklərimiz...Hansı səbəb onu vadar etdi ki... - Neftçi Kəmaləddin

Kəmaləddin Heydərov Bakı Dövlət Universitetinin Geologiya fakütləsini bitirib. Düzdür, o sonradan Azərbaycan Universitetində ikinci ali təhsil alsa da, ilk iş fəaliyyəti birinci ixtisası ilə bağlı olub.

Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlayıb, texnik və geoloq vəzifələrində çalışıb. Çox maraqlıdır, görəsən hansı xüsusi səbəb gələcək naziri 17 yaşından işə başlamağa vadar edib. Nəzərə alanda ki, o heç də məhdud maddi imkanlı ailədə yox, cəmiyyətdə kifayət qədər populyar olan, yüksək vəzifə daşıyan məmur ailəsindən çıxıb, bu fakt onun hələ yeniyetmə yaşlarından zəhmətə alışdığı faktını ortaya qoyur.

Nazirin nazir oğlu və ya Kəmaləddin Heydərovla bağlı bilmədiklərimiz...Hər şey ondan başlayır: Böyük uğurlara doğru

Kəmaləddin Heydərov 1995-ci ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin sədri təyin olunur. Buna qədər dövlət işlərində çalışmağa ara verən və özünün də etiraf etdiyi kimi, postsovet ölkələrində biznes quran K.Heydərov nə az-nə çox, düz 11 il bu vəzifədə çalışır. Ölkəyə idxal olunan və ölkədən ixrac olunan məhsullara nəzrəti həyata keçirən bu quruma rəhbərlik gələcək nazirin qarşısında böyük imkanlar açır. Fəaliyyəti dövründə haqqında müxtəlif dedi-qodular yayılan komitə sədri mətbuatda haqqında dərc edilən ittihamlara münasibətdə təmkinli davranış nümayiş etdirir, bütün manelərə baxmayaraq, öz işi ilə məşğul olur. Açıq demək lazımdır ki, o hansı vəzifəni daşımasından və hansı vəzifədə çalışmasından asılı olmayaraq, daim fərqlənməyi bacarıb.

Nazirin nazir oğlu və ya Kəmaləddin Heydərovla bağlı bilmədiklərimiz..."Kamal" təxəllüslü bəstəkar hələ uşaq yaşlarından...

Yaxınlarının dediyinə görə, Kəmaləddin Heydərov hələ uşaq yaşlarından yüksək musiqi duyumu, incəsənətə xüsusi marağı ilə həmyaşıdlarından fərqlənib. Təsadüfi deyil ki, yüksək dövlət vəzifəsində çalışmasına və müxtəlif təşkilatlara rəhbərlik etməsinə baxmayaraq, o bu gün ölkənin ən tanınmış bəstəkarlarından sayılır. Onun bəstələdiyi musiqiləri ölkənin ən populyar xanəndə və müənniləri ifa edir. Bu sırada xalq artistləri Flora Kərimova, Alim Qasımov, Aygün Kazımova, Ağadadaş Ağayev, İlhamə Quliyeva, Yalçın Rzazadə, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Röya, İlqar Muradov, Aygün Bəylər və digər müğənnilər yer alır. Bəstələdiyi əksər mahnıların müəllifi Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, şair Baba Vəziroğludur.

"Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək", "İlahi", "Əlacım" və digər populyar mahnıların bəstəkarı məhz odur. Kamalın "Sənə güvəndiyim dağlar" adlı albomu cəmiyyətdə böyük rəğbətlə qarşılanıb.

Üçü birində, hansısa reklamdan yox, ondan danışırıq...

Kəmaləddin Heydərov eyni zamanda idman təşkilatçılığı sahəsində fərqlənən məmurlardandır. O, bu istiqamətdə üç vəzifəni paralel olaraq daşıyır.

Nazir Azərbaycan Taekvondo Federasiyasına rəhbərlik edir, eyni zamanda Dünya Taekvondo Federasiyasının vitse-prezidentidir. Ölkə taekvondoçularının qazandığı uğurlarda onun xidməti danılmazdır. Niyaməddin Paşayev, Rəşad Əhmədov, Təvəkgül Bayramov, Elnur Amanov, Fəqan Ümudov , Zahid Məmmədov, İlkin Şahbazov, Ramin Əzizov, Məftun Salmanov və digər idmançıların qazandığı nailiyyətlər buna bariz nümunədir.

Kəmaləddin Heydərov eyni zamanda Azərbaycan Boks Federasiyasına rəhbərlik edir. Nazir Azərbaycan Taekvondo Federasiyasında əldə etdiyi uğurları Boks Federasiyasında da davam etdirir. Təsadüfi deyil ki, boksçularımız hər il nəticələrini artıraraq, daha böyük qələbələr qazanırlar.

Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, Şahin İmranov, Fuad Aslanov, Ramal Amanov, Ağası Məmmədov, Vüqar Ələkbərov və digərlərinin dünya miqyaslı uğurlu idmançılar sırasında yer alması buna əyani misaldır.

Nazirin nazir oğlu və ya Kəmaləddin Heydərovla bağlı bilmədiklərimiz...Fərqlənməyi bacaran məmur – nazir Kəmaləddin Heydərov...

Kəmaləddin Heydərov 2006-ci ilin fevral ayından Azərbaycan Respublikası Fövqalədə Hallar Naziridir. Bu müddətdə nazirliyin fəaliyyəti ilə bağlı müxtəlif mənfi məqamlar mətbuatda qabardılsa da, son dövrlər itkin düşmüş alpinistlərin gec tapılmasında bu nazirlik ittiham olunsa da, reallıq ondan ibarətdir ki, Fövqəladə Hallar Nazirliyi bu gün ölkənin ən işlək nazirliklərindən biridir. Heç şübhəsiz K.Heydərovun şəxsi keyfiyyətləri, mühüm əlaqələri, cəmiyyətdə olan işgüzar reputasiyası, o cümlədən Cənab Prezident İlham Əliyevə sədaqətlə xidmət etməsi bu nazirliyin fəaliyyətinə müsbət çalarlar gətirib. Peşəkar heyət formalaşdırmağı bacaran K.Heydərovun nazirliyi harada yanğın, faciə olursa, dərhal əməkdaşlarını həmin əraziyə çatdırır. Nazirliyin əksər təsisatları çevik fəaliyyət göstərsə də, qurumun Mətbuat Xidmətinin fəaliyyətində bunu ciddi müşahidə etmək olmur. Nazirliyin İctimaiyyətlə Əlaqələr şöbəsinə dəfələrlə rəhbər təyinatı olsa da, bu sahədə olan boşluğu tam aradan qaldırmaq mümkün olmayıb. Heç şübhəsiz bu bizim subyektiv fikrimizdir.

Sonda xatırladaq ki, Kəmaləddin Heydərovun atası Fəttah Heydərov Milli Məclisin deputatı, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədridir. Uzun müddət yüksək vəzifələrdə çalışıb, Naxçıvan MR Mədəniyyət naziri olub.

Həyat yoldaşı Ruhəngiz Heydərova Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA) prezidentidir. İctimai birlik 2004-cü ildən qeyri-hökumət təşkilatı kimi fəaliyyətə başlayıb.

Böyük oğlu Tale Heydərov "Avropa-Azərbaycan Cəmiyyəti"nin sədridir. 2007-ci ildə London Universitetinin Birbek kollecini bitirən T.Heydərov bundan əlavə "Qəbələ" futbol klubunun prezidentidir və paralel olaraq biznes fəaliyyəti ilə məşğul olur.

Kiçik oğlu Nicat Heydərov nüfuzlu London İqtisadiyyat Məktəbində təhsil alıb. Onun da biznes sahəsində fəaliyyət göstərdiyinə dair məlumatlar var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2491   Tarix: 23 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254