"İmtahana hazırlaşan müəllimlərin orta nəticəsi abituriyent göstəricilərindən zəifdir"

"İmtahana hazırlaşan müəllimlərin orta nəticəsi abituriyent göstəricilərindən zəifdir""Təəssüflə qeyd etmək istəyirəm ki, istər çalışan müəllimlərin, istərsə də ali məktəbləri bitirib müəllim olmaq üçün imtahan verəcək şəxslərin bilik və bacarıqları çox aşağı səviyyədədir.
Hətta onların ortalama nəticəsi abituriyentlərdən də zəifdir".

Bu sözləri azedu.az-a açıqlaması zamanı təhsil üzrə ekspert Kamran Əsədov deyib:

"İmtahanda iştirak edən şəxslər 48 və daha çox bal toplayanda Bakı şəhəri üzrə, 36 və daha çox bal topladıqda isə regionlarda yerləşən orta məktəblərdə vakansiya seçiminə buraxılır. Mən uzun müddətdir ki, tarix fənnindən abituriyentlərin ali məktəblərə qəbulu ilə məşğul oluram. Son 4 ildir ki, hazırlaşmaq istəyən yeni bir kütlə də formalaşıb. Bu ya orta məktəblərdə çalışan və Təhsil Nazirliyinin keçirdiyi Diaqnostik Qiymətləndirmədə az bal toplayan müəllimlər, ya da bu sistemdə işə qəbul olunmaq istəyən ali təhsilli şəxlərdir.

Təəssüflə qeyd etmək istəyirəm ki, istər çalışan müəllimlərin, istərsə də ali məktəbləri bitirib müəllim olmaq üçün imtahan verəcək şəxslərin bilik və bacarıqları çox aşağı səviyyədədir. Hətta onların ortalama nəticəsi abituriyentlərdən də zəifdir. Hazırda qısa müddətdə onların yenidən əvvəlki illərdə əldə etdiyi biliklərin təkrarlanmasına yönəlmiş hazırlıq keçirəm. Verilmiş mövzu sual – cavab edildikdən sonra həmin mövzu üzrə test tapşırıqları yerinə yetirilir, səhvlər izah olunur. Təkcə müdavimlərin ixtisas üzrə bilikləri aşağı səviyyədə deyil, eyni ilə onların məntiqi düşünmə qabiliyyəti, kurikulum bilikləri də aşağı səviyyədədir. Bunun səbəbi odur ki, ali məktəblərdə əmək bazarının tələblərinə uyğun olaraq kadr hazırlığı aparılmayıb, lazım olan bilik və bacarıqlar tədris olunmayıb. Gələcəkdə müəllim olmaq istəyən müdavimlərin ən çox çətinliyi kurikulum fənnindəndir. Bunun da əsas səbəbi kurikulumun ancaq nəzəri olması, əzbərləmək metodikası ilə keçrilməsidir".

Ekspert qeyd edir ki, müəllimlər tarix fənnində ən çox xanlıqlar dövrünü mənimsəməkdə çətinlik çəkirlər:

"Təəssüf ki, mənimlə bərabər hazırlaşan müdavimlərin ən çox əziyyət çəkdikləri Azərbaycan Tarixindən xanlıqlar dövrü, XIX əsrdə həyata keçirilən islahatlar və XIX – XX əsrin xronologiyasıdır. Ümumi Tarixdən isə XX əsr Avropa və Amerika tarixi ilə bağlı çətinlik çəkirlər. Bu da hadisələrin çoxluğu, eyni ildə bir neçə hadisənin ardıcıl baş verməsi ilə əlaqədardır. Bu kimi informasiyaları müdavimlər çətin yadda saxlayır və ya qarışdırırlar"

Qeyd edək ki, 2009-cu ildən etibarən əvvəlcə Bakı şəhəri üzrə, 2011- ci ildən isə bütün ölkə ərazisində orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş test imtahanı ilə həyata keçirilir. Müəllimlərin işə qəbulu imtahanında iştirakçılara 60 test tapşırığı təqdim olunur. Onlardan 40 test tapşırığı iştirakçının ixtisası, 10 test tapşırığı məntiqi biliklərini yoxlamaq üçün, 10 test tapşırığı isə kurikulum və təhsil metodikası üzrə təqdim olunur. Hazırda Müəllimlərin İşə Qəbulu və Diaqnostik Qiymətləndirmədən keçəcək əksər müəllimlər imtahanı uğurlu başa vurmaq üçün hazırlığa gedir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 889   Tarix: 21 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

01.05.2024 440
.

Hizbullah İsrailin sərhəddə yerləşən tankına raketlə hücum edib

Hizbullah Hərəkatı İsrailin sərhəddəki hərbi tankını idarə olunan raketlə hədəfə aldığını açıqlayıb. xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundan İsraillə sərhəddə yerləşən Metula qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib. Açıqlamada İsrailin Metuladakı hərbi tankını

01.05.2024 142
.

Blinken İsrailə gedib

ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. O bildirib ki, Baş katib Blinken İsraildədir. Miller qeyd edib ki, Blinken Qəzzaya humanitar yardımın çatdırılması prosesinə baxmaq üçün Aşdod limanına gedəcək

01.05.2024 169
.

"Poz-Qazan" oyunlarında apreldə 12 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir. Çoxlarının sevimlisi "Poz-Qazan" oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurl

01.05.2024 302
.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta

01.05.2024 298
.

Keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb

Türkiyənin Zonquldak bölgəsində keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb. xəbər verir ki, hadisə dünən axşam saatlarında Ereğli rayonundakı Kışla Sənaye Sahəsində baş verib. Mühərrik ustası avtomobilin alt hissəsini yoxlayanda bomba qurğusunu görüb. Vəziyyətlə bağl

01.05.2024 178
.

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb. BİG.AZ xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 24

01.05.2024 226
.

Kolumbiya ordusu milyonlarla sursat itirib

Kolumbiya prezidenti Qustavo Petro Kolumbiya ordusunun milyonlarla güllə, minlərlə qumbara və çoxlu raket itirdiyini bildirib. xəbər verir ki, itirilmiş əşyaların statistikası hərbi bazalarda son yoxlamalar zamanı ortaya çıxıb. O, itkilərə görə daxili korrupsiyanı günahlandıraraq, hərbçilərin silah alverçilərin

01.05.2024 134
.

İsrailin Rafah şəhərində evlərə hücumu nəticəsində 2 uşaq öldü

İsrailin Qəzzanın cənubundakı Rafah şəhərində evlərə hücum olub. BİG.AZ xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata əsasən, hücum nəticəsində 2 uşaq ölüb, xeyli insan yaralanıb. Mənbələrin verdiyi məlumata görə, xəsarət alanlar şəhərdəki "Kuwait Research Hospital"a çatdırılıb. Digə

01.05.2024 129