Birinci vitse-prezident Mehriban Əliyevadan mühüm TƏKLİF

Birinci vitse-prezident Mehriban Əliyevadan mühüm TƏKLİF"Təklifimiz qalib gələrsə, bütün dünyanı Bakıya gətirməyə ümid edirik" - Mehriban Əliyeva

Azərbaycan mədəniyyətlərarası dialoq, digərlərinə qarşı tolerantlıq və hörmət nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyətə bir çox şeylər təklif edə bilər.

Bunu Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Parisdə UNESCO-nun baş qərargahında 1999-2009-cu illərdə təşkilatın baş direktoru olmuş Koişiro Matsuuranın anadan olmasının 80 illiyi münasibətilə konfransda çıxış zamanı deyib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bildirib:

"Əvvəla dəvətə görə təşəkkürümü bildirmək istəyirəm və burada, UNESCO-da həmkarlarımın və dostlarımın arasında olmağa çox şadam.

İcazə verin, sizi, əziz cənab Matsuura, 80 illik yubileyiniz münasibətilə təbrik edim və sizə möhkəm cansağlığı və uğurlar arzu edim.

UNESCO-nun baş direktoru vəzifəsində gördüyünüz işləri çox yüksək qiymətləndiririk. Sizin fəaliyyətiniz zamanı aparılan islahatlar UNESCO-nun dünya üzrə nüfuzunun gücləndirilməsinə imkan verdi. Biz bir çox uğurlu humanitar layihələrdən söz açdıqda sizin adınız həmişə qeyd olunur, məsələn, "Hamı üçün təhsil" beynəlxalq layihəsi və bir çox digərləri.

Sizin rəhbərliyiniz altında UNESCO və ölkəmiz arasında münasibətlər daha da möhkəmlənib. Dərin minnətdarlıq hissi ilə biz sizin Bakıya səfərlərinizi, birgə forum və konfranslarımızda şəxsən iştirakınızı xatırlayırıq. Mən sizin ilk beynəlxalq "Muğam aləmi" festivalında iştirakınızı xatırlayıram. Sizin iştirakınızla biz Azərbaycan Dövlət Xalça Muzeyinin və Beynəlxalq Muğam Mərkəzinin təməlini qoymuşuq. Sizinlə bir yerdə Müasir İncəsənət Muzeyinin açılışını etmişik. Bu gün bu mədəniyyət mərkəzləri paytaxtımızın ən çox ziyarət olunan və maraq doğuran yerlərinə çevrilib.

2007-ci ildə biz Azərbaycanda peşə hazırlığını inkişaf etdirmək üçün layihənin birgə icrası üzrə sənədə imza atdıq. Sonra 2009-cu ildə qeyri-maddi mədəni irsin qorunmasında strateji məqsədləri təmin etmək üçün Əməkdaşlıq Sazişini imzaladıq.

Sizin rəhbərliyiniz dövründə bizim tarixi abidələrimiz olan Bakının İçərişəhəri, Şirvanşahlar sarayı, Qız qalası, habelə Qobustan qayaüstü təsvirləri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. musiqimizin inciləri olan muğam və aşıq sənəti Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Sizin səyləriniz nəticəsində 2004-cü ildə mənə UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri titulunu almaq şərəfi nəsib olub və o vaxtdan bəri mənə göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməmişəm. Əziz cənab Matsuura, biz Azərbaycanla UNESCO arasında ikitərəfli əlaqələrin gücləndirilməsində sizin şəxsi səylərinizi çox yüksək qiymətləndiririk.

Bizim əməkdaşlığımızın tarixi 1992-ci ilə gedib çıxır. O zaman müstəqillik qazandıqdan dərhal sonra Azərbaycan bu mötəbər təşkilata üzv oldu. O vaxtdan bəri Azərbaycan UNESCO-nun əksər konvensiyaları və digər hüquqi sənədlərinə qoşularaq onları ratifikasiya edib. Bu gün biz təşkilatda fəal təmsil olunaraq və öz töhfəmizi verərək UNESCO proqramlarının işində iştirak edirik. 2013-cü ildə Azərbaycan və UNESCO Elm, Təhsil, Mədəniyyət və Kommunikasiya sahəsində Əməkdaşlığa dair Çərçivə sazişini imzaladı. Beləliklə, Azərbaycan donor ölkələri ailəsinə üzv oldu və bununla da UNESCO proqram və layihələrinə fəal dəstəyini göstərməyə başladı. Biz bununla qürur duyuruq. Digər məsələlər sırasında mən burada Afrika ölkələrində keyfiyyətli təhsilə nail olmaq üçün təvazökar töhfəmizi qeyd etmək istəyirəm.

Əziz dostlar, qədim İpək Yolunun mərkəzində yerləşən Azərbaycanın fikirlərin paylaşıldığı və insanların dostluq mühitində bir araya gəldiyi məkan kimi uzun tarixi var. Sivilizasiya, mədəniyyət və dinlərin qovuşuğunda yerləşən bir ölkə kimi Azərbaycan mədəniyyətlərarası dialoq, digərlərinə qarşı tolerantlıq və hörmət nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyətə bir çox şeylər təklif edə bilər. Bu gün multikulturalizm Azərbaycanın dövlət siyasətidir və biz multikulturalizm dəyərlərinin təşviqində UNESCO da daxil olmaqla beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edirik.

Burada mən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə irəli sürülən, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq olunmasında həqiqətən də qlobal platformaya çevrilən "Bakı Prosesi"ni qeyd etmək istəyirəm. Əvvəla bu, Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr arasında əməkdaşlıq platforması kimi irəli sürülmüşdü. 2008-ci ildə Azərbaycan bu iki beynəlxalq təşkilatın üzvü kimi Bakıda İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərinin görüşünü keçirdi. Bu proses bu günə kimi davam edir. Bu il biz "Bakı Prosesi"nin 10-cu ildönümünü qeyd edirik. UNESCO ilə sıx tərəfdaşlıq edərək, biz "Bakı Prosesi" çərçivəsində mədəniyyətlərarası dialoq üzrə 4 dünya forumunu müvəffəqiyyətlə keçirdik və bu işi gələcəkdə də davam etdirməyə hazırıq".

Azərbaycanın Birinci vitse-prezidenti bildirib ki, insan potensialının inkişafı UNESCO-nun və Azərbaycanın böyük əhəmiyyət verdiyi digər sahədir:

"Keyfiyyətli təhsil və mədəniyyət insan inkişafı üçün əsas elementlərdir və bu əhəmiyyəti nəzərə alaraq Azərbaycan "Ekspo 2025" Ümumdünya Sərgisini Bakıda keçirmək üçün namizədliyini irəli sürərək, "İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması" mövzusunu seçib. Təklifimiz qalib gələrsə biz bütün dünyanı Bakıya gətirməyə, dialoq və əməkdaşlığın mübadiləsi üçün həqiqətən universal platforma yaratmağa ümid edirik".

Mehriban Əliyeva qeyd edib ki, Azərbaycan dünya mədəni irsinin qorunmasına və proaktiv humanitar siyasətə birbaşa töhfə verərək UNESCO-nun dəyər və ideallarına çox sıx bağlı olduğunu nümayiş etdirib:

"İcazə verin, burada bir neçə misal çəkim. Qızlar üçün yeni məktəb inşa etməklə Azərbaycan 2005-ci ildə Pakistanın Müzəffərabad şəhərində dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin səylərinə töhfə verib. 2011-ci ilə UNESCO ilə bağlanan müqavilə əsasında biz, həmçinin zəlzələdən əziyyət çəkmiş Haitinin mədəni irsinin bərpasında iştirak etmişik. Azərbaycanın dünya mədəni irsinin təqdimatı və bərpasına yönələn xeyriyyəçilik fəaliyyəti Almaniyada Berlin qəsri, Versalda qədim abidələr, Fransada aşağı Normandiyadakı kilsə və Luvr muzeyi, müqəddəs Marçelini və Piyetro qədim əlyazmaları və katakombaları, Vatikanda San Sebastyan katakombaları, İtaliyada Kapitoli muzeyində filosoflar zalı, Bolqarıstanda Trapezitsa muzeyi və digər bu kimi bir çox ölkələri əhatə edib.

Əziz dostlar, mən nailiyyətlərimizdən, cənab Matsuuranın UNESCO-ya uğurlu onillik rəhbərlik fəaliyyətindən çox danışa bilərəm. Bilirəm ki, bu səhər digər həmkarlarımın da sizlərlə paylaşacağı çoxlu fikirləri olacaq. Sonda, mən sadəcə cənab Matsuuranın müstəsna insani keyfiyyətlərini qeyd etmək istəyirəm. Öz təcrübəmdən deyə bilərəm ki, o, elə bir insandır ki, öz şəxsi səviyyəsi ilə kişi və qadınların düşüncələrinə sülh gətirir və buna görə UNESCO-nun dəyərləri və ideallarının təşviqində onun rolu həddindən artıq qiymətlidir. Mən həqiqətən belə bir dahi şəxsiyyətlə tanış olduğuma görə sevinc və qürur hissi duyuram, mükəmməl əməkdaşlığımızın və dostluğumuzun xoş xatirələrini yada salıram. Cənab Matsuura, sizinlə işləmək mənim üçün həmişə xoş idi və bir öyrənmə təcrübəsi idi. Mən gələcəkdə görüşəcəyimizə ümid edirəm, sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram. Sizi tezliklə Azərbaycanda görəcəyimə ümid edirəm. Sağ olun".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2743   Tarix: 19 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Artıq Azərbaycan ağıllı ev sistemləri istehsal edir" - Elmin Sadıqov - VİDEOMÜSAHİBƏ

Şirkətimiz smart sistem olaraq Azərbaycanda yeganə istehsalçı şirkət olan El Smartın qurğuları ilə təchiz edilib. Bizim məqsədimiz insanların təhlükəsizliyini təmin etməkdir. Bu sözləri "Smart system" şirkətinin rəhbəri və təsisçisi Elmin Sadıqov -a müsahibəsində deyib. "Evə təsir edə

10.05.2024 263
.

İlham Əliyev: "Bu gün Şuşanın yeni tarixi başlayır"

"Bu gün Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərini

10.05.2024 138
.

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı rəsmi instaqram hesabında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Heydər Əliyevin nurlu, xoş xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xatirimizdədir, sevgi ilə anırıq"

10.05.2024 234
.

Azərbaycanda müəllimlər könüllü pensiyaya ÇIXA BİLƏCƏK? - AÇIQLAMA

Bu gün Azərbaycanda şəxslər 65 yaşa kimi pensiyaya çıxır. Amma vətəndaşlar bu yaşa çatanda pensisiyaya getmək yerinə, işləməyə davam etmək istəyirlər. Biz bilirik ki, Azərbaycanda əhalinin uzunömürlülüyü aşağı düşdüyü üçün pensiya yaşı azaldılmalıdır. Amma şəxslər aldıqları pensiyadan razı qalmadıqlar

10.05.2024 373
.

Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı

Tovuzda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. Hadisə Vahidli kəndində qeydə alınıb. Orta məktəbin 10-cu sinfində təhsil alan 16 yaşlı Ə.G. kursdan qayıdarkən 26 yaşlı M.Mustafayev tərəfindən qaçırılıb. Ailə hadisə ilə bağlı polisə müraciət edib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gənc

10.05.2024 316
.

Günəşdə 25 ilin ən güclü partlayışı baş verib

Günəşdə ən yüksək X dərəcəli partlayış baş verib. Bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Bildirilib ki, bu, son 25 ilin ən güclü partlayışlarından biridir. Günəş enerjisi emissiyalarının aktiv mərkəzinin yerini nəzərə ala

10.05.2024 156
.

Rusiyada neft istehsalı müəssisəsinə dron hücumu oldu

Rusiyaya aid olan Başkortostan Respublikasında neft hasilatı müəssisəsinə dronla hücum edilib. BİG.AZ xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb. Rusiyanın "Qazprom" enerji şirkətinə məxsus neft istehsalı müəssisəsinə dron hücumu nəticəsində zərərsizləşdirilib

10.05.2024 61
.

Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş başlayıb - VİDEO

Almatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan arasında görüş başlayıb. APA-nın Almatıya ezam olunmuş əməkdaşı xəbər verir ki, "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsi üzrə danışıqların növbəti raund

10.05.2024 209
.

Hansı rayonlarda mənzillərin qiymətində UCUZLAŞMA OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, Bakı və bir sıra ətraf ərazilərdə mənzillər kütləvi şəkildə satışa çıxarılır və ucuzlaşma prosesi gedir. Yay aylarının sonlarında, tələbələr paytaxta axın etdiyi üçün bu dönəmlərdə kirayə mənzil bazarında qiymətlər əl yandırır. Lakin yay aylarına doğru bu tendensiya dəyişir. İlin b

10.05.2024 540