Bakıda kürəkən qaynanasını qətlə yetirdi - "Sevişmək istədi, öldürdüm"

Bakıda kürəkən qaynanasını qətlə yetirdi - "Sevişmək istədi, öldürdüm"Bakıda qayınanasını boğaraq öldürməkdə təqsirləndirilən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə davam edir. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi hakim Eldar İsmayılovun icraatına araşdırılır.

İstintaqla müəyyən edilib ki, Cavad İbrahimov ailə qurduqdan bir müddət sonra spirtli içki içərək heç bir səbəb olmadan evdə mübahisə yaratmağa başlayıb. Tüfeyli həyatı sürən Cavad İbrahimovun bu səbəbdən qaynanası Nigar Niftəliyeva ilə problemləri yaranıb. Belə ki, təqsirləndirilən şəxs epilepsiya xəstəsi olan qaynanasını dəfələrlə döyüb. Bir neçə dəfə Nigar Niftəliyeva huşunu itirib. Sonuncu dəfə isə Cavad İbrahimov bu il yanvar ayında yaşadıqları Yasamal rayonunda qaynanası Nigar Niftəliyevanı azyaşlı oğlu Camalın göz qarşısında yumruq və təpiklə döyməyə başlayıb. Aldığı zərbələrdən yerdə qalan Nigar Niftəliyevanın öldüyü məlum olub.

Təqsirləndirilən şəxs qismində istintaqda dindirilən Cavad İbrahimov ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində bildirib ki, qayınanası Nigar Niftəliyevanı öldürmək niyyəti olmayıb:

"Nigarın qızı Arzu ilə 2012-ci ildə ailə qurmuşam. Həmin nikahdan 3 azyaşlı övladım var. 2005-ci ildə Ağdaşdan Bakıya gələrək, müxtəlif tikinti şirkətlərində fəhləlik etmişəm. Bir müddət sonra evləndim və ailəmlə Bakıya gəlib və Yasamal rayonunda kirayədə yaşamağa başladıq. O zamanlar qayınanam Nigar da rayondan gəlib, bizdə yaşayırdı. Qayınanam sakit, heç kimlə problemi olmayan adam idi. Mən müəyyən xəstəliklərdən əziyyət çəkirdim. Yoldaşım Arzu da qonşuluqda olan smetan sexində işləyirdi. Yoldaşım işlədiyindən ev işlərini qayınanam görürdü. Evimizdə qaz olmadığından qayınanam hər gün evin yaxınlığında olan zibillikdən odun tapıb gətirib, evi qızdırırdı. O, evdə darıxdığı üçün odun dalınca getdiyini deyirdi. Yaşlı olduğundan bir neçə dəfə başı gicəllənib yıxılıb, özünə xəsarət yetirmişdi. Ona görə, bir neçə dəfə Nigara odun dalınca getməməsini demişdim".

Cavad İbrahimov bildirib ki, qayınanası ona əxlaqsız təklif edib:

"Bir gün Nigar mənimlə cinsi münasibətdə olmaq istədiyini dedi, seksual hərəkətlər etməyi təklif etdi. Buna kəskin etiraz etdim, tənbeh etdim ki, bir daha belə söhbət eləməsin. Yoldaşım evə gələndə anasının mənə təklif etdiyi məsələni dedim. Arzu anası ilə mübahisə elədi, Nigar söz verdi ki, bir də belə hal baş verməyəcək. Bu söhbətdən 3-4 gün sonra yenidən qayınanam eyni təklifi elədi. Etirazımı bildirib, onu itələdim. Başı divara dəydi. Başının arxasından xəsarət aldı. Yerə yıxıldı. Lakin huşu özündəydi, divana uzatdım. Paltarlarını çıxartdım ki, rahat olsun. Gördüm ki, dişlərini qıcayıb. Tez əlimdə dişlərini araladım ki, birdən dili qatlanar. Həmin vaxt ola bilər ki, güc tətbiq etmişəm. Çənəsinə və damağına xəsarət yetirmişəm. Telefonum yox idi. Uşaqları evdə qoyub, qaçdım təcili yardım çağırmağa. 20 dəqiqə sonra təcili yardım evə gəldi. Müayinə zamanı məlum oldu ki, artıq ölüb. Mənim onu öldürmək niyyətim olmayıb. Bircə onun mənə elədiyi təkliflərdən əsəbiləşib itələmişəm, başı divara dəyib. Onu heç vaxt döyməmişəm".

Mərhumun qardaşı, hüquqi varis qismində M.Osmanov ifadə verib. O deyib ki, C.İbrahimov daha əvvəl də bacısını döyüb.

"Bacımı döydüyü üçün biz bundan bir neçə dəfə şikayət etdik. O zaman Ağdaşda yaşayırdıq. Bacım və qızı xahiş elədilər ki, şikayət etməyək. Mən də şikayət etmədim. Sonuncu dəfə də rayonda oğurluq elədi, Bakıya qaçdı. Sonra bacım və qızı da Bakıya gəldi. Bir müddət sonra ölüm xəbərini eşitdik".

M.Osmanov qeyd edib ki, bacısının ölüm xəbərini eşidəndə Bakıya gəlməyə maddi imkan olmayıb:

"Hadisəni eşidəndə 20 manatım var idi. Bakıya gələ bilmirdim. Gedib bunun atasına və qardaşına dedim ki, oğlunuz belə bir hadisə törədib. Kömək edin ki, gedim meyiti gətirim. Amma yiyə durmadılar. Sonra qohumlarımız meyiti Bakıdan kəndə göndərdilər".

M.Osmanov C.İbrahimovun dediklərinin doğru olmadığını deyib: "Bacım təmiz və namuslu qadın olub. O, bizim böyüyümüz idi, 60 yaşı vardı, bizə ana əvəzi idi. Cavadın dediklərinin hamısı yalandır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2457   Tarix: 18 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

02.05.2024 448
.

Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Niyaməddin qızı Məhərrəmlinin axtarışları davam edir. xəbər verir ki, Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində hadisənin təfərrüatı məlum olub. Belə ki, Nigarın anası Günel bildirib ki, qardaşının yoldaşı qızının oxuduğu məktəbə gedərək direktor

02.05.2024 507
.

Tarixdə ilk dəfə Olimpiya məşəlini transseksual daşıyacaq - FOTO

2024-cü ildə Parisdə (Fransa) Olimpiya Oyunlarının açılışı zamanı tarixdə ilk dəfə Olimpiya məşəlinin estafetində transseksual iştirak edəcək. Bu barədə Paris meriyası sosial şəbəkələrdə xəbər verib. Minima Geste ləqəbli transseksual yarışın açılış günü olimpiya məşəlini 25 sm hündürlükdə dikdaban ayaqqabılarl

12:05 274
.

İçərişəhərə giriş məhdudlaşdırılır

İçərişəhərdə keçiriləcək Milli Xalça Festivalı ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Qeyd edilib ki, məhdudlaşdırma mayın 3-dən 5-dək Qoşa Qala girişi, Kiçik Qal

11:27 284
.

Azərbaycanda pensiyalar bu yolla arta bilər - VACİB AÇIQLAMA

Azərbaycanda pensiyaların yenidən nə vaxt artrılacağı iən çox müzakirə olunan məsələlərdən biridir. xəbər verir ki, bu mövzu barədə həm rəsmi şəxslər, həm də ekspertlər müxtəlif fikirlər səsləndiriblər. Hələlik dövlət qurumlarından pensiyaların konkret artımı ilə bağlı rəsmi açıqlama verilməyib. Laki

10:07 392
.

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO

Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb

02.05.2024 739
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 350
.

"Qurban olsunlar adıma" – VİDEO

"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil

02.05.2024 813
.

ABŞ Rusiyaya sanksiyaya 31 Çin şirkətini daxil edib

ABŞ Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara daha 31 Çin şirkətini daxil edib. xəbər verir ki, ABŞ-ın Pekindəki səfiri Nicolas Burns mövzu ilə bağlı açıqlamasında Çində yerləşən 31 şirkətin sanksiyalara daxil olduğunu bildirib. ABŞ Dövlət Departamenti sanksiyalarla bağlı verdiy

02.05.2024 244