Banka olan kredit borcunu qaytara bilməyən şəxs nə etməli?

Banka olan kredit borcunu qaytara bilməyən şəxs nə etməli?BiG.AZ milli.az-a istinadən tanınmış vəkil Rövşən Əhmədovun yazısını təqdim edir...

Son dövrlər maliyyə bazarında müxtəlif bank və ya bank olmayan kredit təşkilatları tərəfindən istehlak kreditlərinin verilməsi istiqamətində yenidən canlanma müşahidə olmaqdadır.

Bundan əlavə, kredit xətti ilə ölkədə kiçik və orta sahibkarlığın inkişafı etdirilməsi məqsədilə, dövlət tərəfindən sahibkarlıq fəaliyyəti subyektləri də, diqqətdən kənarda qalmamış və onlara da güzəştli şərtlərlə daim maliyyə dəstəyinin göstərilməsi dinamik artımla davam etməkdədir.

Bəs təyinatından asılı olmayaraq, kredit götürərkən nələrə xüsusi diqqət edilməlidir?

Bir çox hallarda, kredit xətti üzrə pul əldə olunması üçün bağlanan müqavilələrə kredit götürənlər (borc alanlar) tərəfindən səthi və laqeyd yanaşılır, müqavilə şərtlərinə lazımi diqqət yetirilmir, bəzən isə, heç müqavilə şərtləri, ümumiyyətlə, oxunulmur. Belə ki, kredit verən tərəf, borc alana münasibətdə öz üstün vəziyyətindən istifadə edərək, müqavilə şərtlərini hər aspekdə öz mənafeyinə uyğun formatda diqtə edə biləcəyini və müqavilədə bunu qeyd edəcəyini nəzərə alaraq, hər bir halda müqavilə şərtlərinə xüsusi diqqət etmək lazımdır.

Belə müqavilələr, əsasən, çox kiçik ölçülü yazı şrifti ilə tərtib olunduğundan, müqavilə oxunaqlı olmur, sadə vətəndaşa onun mahiyyəti tam izah olunmur və bu səbəbdən də müəyyən xüsusi və kredit alan üçün vacib məqamlar nəzərdən yayınır. Bu isə kredit alana münasibətdə kifayət qədər ağır sayılan və gələcəkdə onun tərəfindən müqavilə şərtlərinin icra olunmadığı və ya lazımi qaydada icra olunmadığı hallarda, ona qarşı xüsusi təhlükə yarada biləcək şərtlərin diqqətdən kənarda qalmasına zəmin yaradır.

Bu səbəbdən kredit müqavilələri ilə tanış olarkən, öhdəliyin icrasının təminatı olaraq hansı üsulların və hansı şərtlərin müqavilədə əks olunduğuna xüsusi diqqət yetirmək vacibdir.

Belə ki, əksər kredit müqavilələrində, öhdəliyin təminatı olaraq kredit təşkilatı tərəfindən bir və ya bir neçə zamin şəxsin olması tələb olunur. Bu zaman əsas öhdəliyin icra olunmamaması halında, zaminin gələcəkdə hansı növ məsuliyyət daşıması çox önəm kəsb edən haldır. Yəni, əsas öhdəliyin icrasının təminatı olaraq, zaminlik haqqında müqaviləni zamin şəxslər imza edərkən buna xüsusi diqqət etməlidirlər.

Zaminin mülki məsuliyyəti isə 2 formada ola bilər:

- Tam məsuliyyət. Yəni bu, zamin ilə əsas borc götürənin kreditor qarşısında birgə məsuliyyəti anlamına gəlir. Bu növ məsuliyyətin təfsiri onu deməyə imkan verir ki, kreditor öz istəyi ilə tələb olunan ödənilməmiş qalıq kredit məbləğini, habelə ona hesablanmış faiz borcunu və dəbbə pulunu tam olaraq zamindən tutulmasını tələb edə bilər.

- Subsidiar məsluliyyət. Bu məsuliyyət əlavə məsuliyyətdir. Yəni, öhdəliyin şərtlərinə görə əsas borclu olan şəxsin məsuliyyətinə əlavədir. Bu məsuliyyət növünün mənası odur ki, əsas borclu tərəfindən borcun daha çox hissəsinin ödənilməsi şərtdir. Yalnız bundan sonra qalan hissədə, əsas borclunun imkanları tükənərsə, həmin qalan hissədə əlavə zaminə münasbətdə kreditor tərəfindən öhdəliyin icrasını tələb etmək hüququ yaranır.

Başqa sözlə desək, subsidiar məsluliyyətin birgə məsuliyyətdən fərqi odur ki, əgər kreditorun əsas borcluya tələbi əsas borclunun qarşılıqlı tələbinin əvəzləşdirilməsi yolu ilə ödənilə bilərsə, kreditor bu tələbin ödənilməsini subsidiar məsuliyyət daşıyan şəxsdən tələb edə bilməz.

Yuxarıda qeyd olunan səbəblərdən, əksər kredit müqavilələrində kreditor tərəf, əsas borclunun öhdəliyin icrasına təminat olaraq zaminin məsuliyyətini subsidiar yox, məhz birgə məsuliyyət formatında müqavilədə əks etdirir. Bu məsuliyyət növünün mahiyyətindən məlumatsız olan zamin isə, özünü çox ağır kredit şərtləri altında təhlükəyə atmış olur. Çünki zaminlər bir qayda olaraq kreditorlar tərəfindən öz stabil maliyyə gəlirlərinə görə dəyərləndirilir. Bu səbəbdən zaminlər maliyyə kredit-hüquq münasibtlərinə daxil olarkən daşıyacaqları məsuliyyətin birgə və ya subsidiar olmasının fərqinə varmalı və buna xüsusi diqqət edərək öz gələcək iqtisadi durumlarını təhlükəyə atmamalıdırlar.

Maliyyə-kredit hüquq münasibətlərində digər çox vacib məqam, "dəbbə pulu" (cərimə, peniya) ilə bağlıdır:

Demək olar ki, bütün kredit və borc müqavilələrində dəbbə pulu ilə bağlı şərt öz əksini tapır və ödənişin gecikdirildiyi hər gecikmə gününə görə faizlə göstərilir. Bu hal, kreditorun əlavə pul itkilərinin qarşılanması üçün müəyyən olunmuş və qanunvericiliklə yol veriən bir haldır.

Lakin dəbbə pulu barədə şərtin təkcə əsas müqavilədə (kredit və ya borc müqaviləsində) yer alması, hüquqi cəhətdən kreditor tərəfindən dəbbə pulunun tətbiqi və tələbi üçün yetərlidirmi?

Azərbaycan Resublikası Mülki Məcəlləsinin 463-cü maddəsində dəbbə pulunun formasına dair tələb əks olunub:

Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

Göründüyü kimi, qanunun imperativ norması əsas öhdəlik hüquq münasibətindən (kredit müqaviləsi, borc müqvailəsi və s.) asılı olmayaraq, dəbbə pulu haqqına yazılı Razılaşma bağlanmalı olduğunu bəyan edir.

Buradan belə nəticəyə gəlmək olar ki, əsas öhdəlikdən asılı olmayaraq, tərəflər dəbbə pulu haqqında ayrıca yazılı razılaşma (müqavilə) bağlamalıdırlar. Əks halda, həmin Məcəllənin 463.2-ci maddəsində qeyd olunur ki, yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.

Bu konteksdən çıxış edərək, hesab edirəm ki, yuxarıda qeyd olunan əsas məqamlara diqqət etməklə borclu, kreditorun gələcəkdə dəbbə pulu ilə bağlı tələbinə qarşı, öz mövqeyini və hüquqi müdafiəsini bu istiqamətdə uğurla həyata keçirə bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1026   Tarix: 17 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254