"Yuxarılar"ı boşuna yedirtmirəm" - Cavid Qurbanovun bu "otkat"dan xəbəri var?

"Yuxarılar"ı boşuna yedirtmirəm" - Cavid Qurbanovun bu "otkat"dan xəbəri var?Bəzən rəhbərlərin kərpic-kərpic tikdiyi, qurduğu işləri bir xırda çinovnik öz şəxsi maraqları naminə dağıda bilir. Xüsusilə, rəhbər şəxs fövqəladə məşğuldursa, orada məmur özbaşınalıqları adi hala çevrilir.

BiG.AZ Yenicag.az-a istinadən xəbər verir ki, belə qurumlar arasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin də adı hallanmaqdadır.

Belə ki, millət vəkili Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri seçildikdən sonra korrupsiya bataqlığına batmış bu qurumu təmizləməyə çalışsa da, köhnələr öz mövqelərini qorumağa müvəffəq olublar. Xüsusilə, əyalətlərdə illərdən bəri korrupsiyalaşmış qruplar kimin rəhbər təyin edilməsindən asılı olmayaraq, öz "dəyirman"larını "işlədirlər".

Öncədən olduğu kimi, "yuxarılar"ı razı salmaqla, "aşağıdakıları" əzməyə davam edirlər.

Yenicag.az-a daxil olan məlumata görə, Şirvan Dəmir Yolu Stansiyasının Mühafizə İdarəsində köhnə üsullar davam edir. Belə ki, işçilər aldıqları maaşın 10 faizini "otkat" olaraq, mühafizə idarəsinin rəisi Səxavət Hacıyevə geri verməkdədirlər. Bundan başqa rəis müxtəlif bəhanələrlə hər üç-dörd aydan bir işçiləri cəzalandıraraq, maaşlarını mənimsəyir.

Onun bu əməllərinə etiraz edən işçilər isə işdən qovulmaqla hədələnir. Şikayətçilər bildirirlər ki, S.Hacıyev onlara bu qurumda işə düzəlməyin minimum 10 min manata başa gəldiyini söyləyərək, onları işlərini itirməklə şantaj edir.

İşçilərin iddialarına görə, hər dəfə "Gedin prezidentə yazın, mənə kimsə toxuna bilməz. Mən boş yerə "yuxarılar"ı yedirtmirəm" deyərək, ona etiraz edənlərə meydan oxuyur.

Maraqlıdır ki, bu şəxsin barəsində ADY Baş Mühafizə İdarəsinin rəisi Mehdi Eldarova şikayət edilsə də, o, bu barədə söylənənlərə etinasız yanaşıb. Qeyd edək ki, M.Eldarovla bağlı da mətbuatda çox ciddi ittihamlar səsləndirilsə də, "Azəryolservis"dən ADY-a transfer edə bildi. Görünən odur ki, Cavid Qurbanov ADY-ni təmizləmək istəsə də, etibar etdikləri çoxdan köhnələrlə dil taparaq, insanları dövlətdən narazı salmaqda davam edirlər.

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1314   Tarix: 17 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997