Alimlərdən inanılmaz TİBBİ KƏŞF: Beyində elə bir şey tapıldı ki... - FOTO

Alimlərdən inanılmaz TİBBİ KƏŞF: Beyində elə bir şey tapıldı ki... - FOTOABŞ-ın Allen Beyin Araşdırmaları Universitetinin araşdırma qrupu tibb elmində ilkə imza atıb.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, alimlər ilk dəfə bir siçanın beyninin bütün ətrafına dolanmış neyron şəbəkəsi tapıb.

Bu neyron beynin hər iki yarımkürəsinə o qədər sıx bağlanıb ki, mütəxəssislər bunun şüurun kökünə dair bir açıqlama verə biləcəyini düşünür. Komanda yeni bir görüntüləmə metodundan istifadə edərək beynin ən yaxşı əlaqə bölgələrindən birindən bütün beyinə yayılan nəhəng neyron şəbəkəsini təsbit edib və bunun şüurlu düşüncə yaratmaq üçün beynin fərqli bölgələrindən gələn siqnallara nəzarət edə biləcəyini ehtimal edib.

Kəşf edilən bu neyron bir məməlinin beynində ilk dəfə rast gəlinən ən böyü üç neyrondan biridir. Yeni görüntüləmə texnikasından istifadə etməklə insan beynində yüzillərdir cavabı tapılmamış suallar aydınlığa qovuşa bilər.

Araşrdırmaçı komanda Merilənddəki İnnovativ Neyrotexnologiyaların İnkişafı (Advancing Innovative Neurotechnologies) toplantısında hər üç neyronun da beynin hər iki yarımkürəsinə necə uzandığını izah edib. Ən böyük neyronun isə beynin çevrəsini bir tikanlı tac kimi sardığını da söyləyib.

Komandanın başçısı Xristofor Koç daha öncə beynin hər iki bölgəsindən uzanan bu qədər uzun neyron şəbəkəsi görmədiyini etiraf edib. İşin maraqlı tərəfi isə odur ki, üç nəhəng neyron daha öncə insan şüuru ilə qəribə bağlantıların göstərildiyi, bütöv beyinə nisbətən ən sıx bağlandığı bölgəsi olan nazik, boz təbəqə olan klostrum bölgəsindən yayılmaqdadır. Bu kiçik bölgə - neyrokorteksin beynin mərkəzində yerləşən iç hissədə gizlənib və korteksin dil, uzunmüddətli planlama, hissiyyatlı işlər kimi daha yüksək şüur tələb edən hərəkətləri gerçəkləşdirmək üçün beynin bütün bölgələri ilə əlaqə yaradır.

2014-cü ildə 54 yaşlı bir qadın Vaşinqtonda yerləşən Corc Vaşinqton Universitetinin Tibb fakültəsinə epilepsiya şikayəti ilə müraciət edib. Müalicə epilepsiya tutmalarının potensial qaynağı olan bölgəni daraltmaq üçün beynin müxtəlif bölgələrinin elektrotlarla incə şəkildə oyandırılmasını ehtiva edib. Ancaq həkim komandası qadının klostrum bölgəsinə xəbədarlıq göndərməyə başladığında şüurunu qapaya biləcəklərini kəşf ediblər.

Həkim Helen Tomson "Yeni alim" dərgisinə verdiyi müsahibədə həmin anları belə xatırladır:

"Komanda yüksək dərəcədə elektrik xəbərdarlıqları ilə bölgəni oyandırdığında qadın şüurunu itirdi və oxumağa davam etmədi. Baxışları ifadəsiz şəkildə boşluğa daldı, eşitmə və görmə əmrlərinə cavab vermədi. Nəfəsi yavaşladı. Xəbərdarlıq dayandırıldığı anda şüuru dərhal geri qayıtdı və hadisəni xatırlamadı. İki gün eyni şəkildə aparılan sınaqlar boyunca eyni şeylər təkrarlandı".

Lakin professor Koç belə ani və müəyyən şüur saxlamaq və yenidən başlatmaq metodunu daha öncə görülməmiş bir şey olduğunu deyib.

2015-ci ildə başqa bir sınaqda klostrumun zədələnmiş bölgələlərini travmatik beyin zədələri ilə birlikdə 171 müharibə müxbirinin şüuru üzərindəki təsirləri araşdırılıb. Klostrum zədəsinin şüurun itirilməsinin zamanı ilə deyil, tezliyi ilə bağlı olduğu üzə çıxıb. Və bunu şüurun açılıb-qapanmasında önəmli bir rol oynaya biləcəyi ehtimal edilib. İndi isə professor Koç və komandası siçanların beynində həmin sirli bölgədən çıxan geniş neyron şəbəkəsi aşkar edib.

Neyronların xəritəsini çıxarmaq üçün araşdırmaçılar fərqli boyaları sinir hüceyrələrinə yeridib, beyni incə dilimlərə kəsərək neyronun yolunu əl ilə izləmək məcburiyyətindədirlər. Bu olduqca primitiv üsuldur. Bu prosesdə beyni yox etmək məcburiyyətində olduqları düşünüldüyündə insan orqanları üzərində daimi şəkildə aparıla bilən bir araşdırma metodu olmadığı məlum olur.

Lakin bu kəşf insanın şüurunun nədən qaynaqlandığı, iş prinsipinin necə müəyyən edildiyi suallarına birbaşa cavab tapa bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1098   Tarix: 16 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 208
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

20:27 0
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

14:37 101
.

Ermənistan və Serbiyanın xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb. xəbər verir ki, görüşdə siyasi dialoqun və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş ikitərəfli gündəliyə aid məsələlə

20:30 0
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

14:20 614
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

17:43 333
.

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro

Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur. Görünüş - eleqant. HONOR Magic6 Pr

10:00 224
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 452
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 344