Məhbus ailələrinə ŞAD XƏBƏR - Gələn həftə böyük əfv olacaq

Məhbus ailələrinə ŞAD XƏBƏR - Gələn həftə böyük əfv olacaq28 May - Cümhuriyyət Günü ərəfəsində prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamı imzalanacaq".

BiG.AZ xəbər verir ki, bunu yeni müsavat-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

O bildirib ki, növbəti həftə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası bitir: "2018-ci ilin fevral ayından başlayaraq Əfv Məsələləri Komissiyası öz iclaslarına başlayıb. Bu günə qədər 10-dan çox iclas keçirilib, minə yaxın müraciət və vəsadətlərə baxılıb. Komissiya daxil olan bütün müraciət və vəsadətlərə hərtərəfli baxır. İclaslar çox geniş müzakirə formasında davam edir. Əfv prezidentin müstəsna koalision səlahiyyətlərinə daxil olan hüquqlardandur. Bu hüquq yalnız tam həcmdə prezidentə məxsusdur. Əfv Məsələləri Komissiyası daxil olan müraciətlərə baxıb tövsiyə xarakterli rəylərin hazırlanması ilə bağlı qərar qəbul edir, amma son söz prezidentindir. Cümhuriyyət bayramı ərəfəsində çoxsaylı məhkumların və onların ailə üzvlərinin sevincinin şahidi olacağıq. Prezident İlham Əliyev növbəti əfv sərəncamı imzalayaraq xeyli insanı azadlığa çıxaracaq. Ümid edirəm ki, əfv sərəncamı ilə bağlı adları siyahıda olan şəxslər gələcəkdə öz fəaliyyətlərini özləri, yaxınları, həmçinin, dövlətin və millətin maraqları naminə qurmağa çalışacaqlar".

Ə.Nuriyev əfv üçün daxil olan müraciətlər istisnasız olaraq hamıya eyni yanaşma tətbiq olunduğunu söylədi: "Ayrı-seçkilik və digər məsələlər heç vaxt Əfv Məsələləri Komissiyasının iclaslarında müşahidə olunmayıb. Hər kəs qanun qarşısında bərabərdir. Eyni zamanda daxil olan müraciətlər də diqqətlə araşdırılır və burada bir çox kriteriyalar var. İlk növbədə məhkumun etdiyi cinayətin xarakteri, onun şəxsiyyəti, səhhətinin vəziyyəti, eyni zamanda əməyə münasibəti, islama münasibəti, cəzaçəkmə müəssisəsində bütövlükdə davranışı, həmçinin, zərərçəkmişin mövqeyi, dövlətin və ictimaiyyətin maraqları, dəymiş ziyanın ödənilib-ödənilməməsi, cəzanın çəkilməmiş müddəti və s. ciddi müzakirə olunur və ortaq qərarlarla rəy hazırlanır. Təbii ki, son siyahı prezident tərəfindən müəyyən ediləcək. Prezident İlham Əliyev bizim tövsiyə xarakterli rəyləri nəzər ala, ya imtina edə, yeni adlar əlavə edə də bilər. Əfv edərkən mərhəmət, humanizm və humanitar prinsipləri tətbiq edilir. Bu prinsiplərə söykənərək prezident istənilən şəxsi əfv edə bilər, yaxud intina edə bilər".

Əfv Məsələləri Komissiyasın üzvü onu da qeyd etdi ki, ancaq kriteriyalara uyğun gələn müraciətlər baxılıb təmin edilir: "Müraciət edənlər arasında elə şəxslər var ki, çox ağır cinayətlər edib, uzun müddəti cəzaları var, cəzanın da çox az hissəsini çəkib. Elələri də var ki, cinayət əməllərində şəxsiyyətə zorakılıq tətbiq olunub, yaxud səhlənkar hərəkətləri nəticəsində xeyli insan ölüb. Müraciətlər arasında vətəndaşın əmlakına külli miqdarda ziyan vurmuş və ziyanı ödəməyənlər, vətənə, dövlətə xəyanət, ağır hərbi cinayətlər edənlər də var. Bu baxımdan da qərar verərkən mütləq ziyanın ödənilməsi məsələsi, zərərçəkmişin mövqeyinə də diqqət edilir. Zərərçəkmişin yaxın qohumu öldürülüb, arada barışıq əldə edilməyibsə, tək məhkumun mövqeyi nəzərə alınmır. Kompleks şəkildə qiymətləndirilir. Mütləq cəmiyyətin maraqları nəzərə alınır. Dövlətə, vətəndaşa dəymiş ziyanın ödənilib-ödənilməməsinə diqqət edilir".

Siyahıda sensasion adların olub-olmamasına gəlincə isə, Ə. Nuriyev bunları söyləyib: "Kimin fəal, kimin qeyri-fəal olması Komissiya üzvləri üçün fərq etmir. Hər şeydən əvvəl yanaşma məhkuma olan yanaşmadır. Şəxs məhkum edilib, onun barəsində qanunla məhkəmə qərarı var. Biz bu məhkəmə qərarı müəyyən edildiyindən və həmin şəxs barəsindən qanun qüvvəyə mindiyindən məsələyə yalnız bu nöqtədən baxırıq. Nə apelyasiya instansiyasıyıq, nə də digər məhkəmə orqanlarıyıq ki, onun təqsirli olub-olmaması tərəfi ilə bağlı fikir yürüdə bilək. Yenə deyirəm, əsas humanitar yanaşma, mərhəmət hissidir. O şəxsin təqsirli, yaxud təqsirsiz olub-olmaması artıq arxada qalıb. Digər sərəncamlara da baxsanız, görərsiniz ki, orada müxtəlif kateqoriyadan cinayət törətmiş insanların adlarını görə bilərsiniz".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 773   Tarix: 14 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nigeriyada "Lassa" epidemiyası 4 ayda 156 can aldı

Nigeriyada Lassa qızdırması səbəbindən 4 ayda ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, xəstəlik nəticəsində 156 nəfər ölüb. Lassa qızdırması heyvandan insana ötürülür və ölümlə nəticələnə bilər. Bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb. Məlumata görə, Lassa qızdırmasının yayılmas

10.05.2024 79
.

Yanacaq təmin edilməzsə, Qəzzada son xəstəxana 48 saat ərzində xidmətdən çıxacaq"

Qəzza zolağında xidmət edən son xəstəxana olan Deyr əl-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasının yanacaq çatışmazlığı səbəbindən 48 saat ərzində xidmətdən çıxacağı açıqlanıb. xəbər verir ki, İsrailin intensiv hücumlarına məruz qalan və humanitar yardım axınının dayandığı Qəzza zolağında Əl-Əqs

10.05.2024 153
.

Hansı rayonlarda mənzillərin qiymətində UCUZLAŞMA OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, Bakı və bir sıra ətraf ərazilərdə mənzillər kütləvi şəkildə satışa çıxarılır və ucuzlaşma prosesi gedir. Yay aylarının sonlarında, tələbələr paytaxta axın etdiyi üçün bu dönəmlərdə kirayə mənzil bazarında qiymətlər əl yandırır. Lakin yay aylarına doğru bu tendensiya dəyişir. İlin b

10.05.2024 540
.

32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO

32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Şəki rayonun Aşağı Kəldək sakini Aybəniz Məsimova sosial müavinət ala bilmir. Onun sözlərinə görə, həyat yoldaşından geri qalan nikah müqaviləsi sosial müavinət almaqda problem yaradır. "Ünvanlı sosial yardım üçün müraciət edəndə məndən sənədləri

10.05.2024 264
.

"Greencard nəticələri açıqlananda bu, hələ qalib olmaq demək deyil"- Aqil Qurbanov

Hər il keçirilən Greencard lotoreyası bir çox insanın həyatını dəyişib. Greencard ABŞ-də yaşamaq üçün verilən sənəddir. Bəs qaliblər nəyi nəzərə almalıdırlar?. Greencard qalibi Aqil Qurbanov -a bildirib ki, Greencard nəticələri açıqlananda bu, hələ qalib olmaq demək deyil.İnsanlar var ki, evlərini,maşının

10.05.2024 483
.

"Artıq Azərbaycan ağıllı ev sistemləri istehsal edir" - Elmin Sadıqov - VİDEOMÜSAHİBƏ

Şirkətimiz smart sistem olaraq Azərbaycanda yeganə istehsalçı şirkət olan El Smartın qurğuları ilə təchiz edilib. Bizim məqsədimiz insanların təhlükəsizliyini təmin etməkdir. Bu sözləri "Smart system" şirkətinin rəhbəri və təsisçisi Elmin Sadıqov -a müsahibəsində deyib. "Evə təsir edə

10.05.2024 263
.

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı rəsmi instaqram hesabında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Heydər Əliyevin nurlu, xoş xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xatirimizdədir, sevgi ilə anırıq"

10.05.2024 234
.

İranda parlament seçkilərinin ikinci turu keçirilir

İranda parlament seçkilərinin ikinci turu başlayıb. xəbər verir ki, İran parlamentində qalan 45 yer üçün ümumilikdə 90 namizəd mübarizə aparır. Martın 1-də keçirilən birinci turda namizədlərin mütləq səs çoxluğunu (50%-dən çox) ala bilməyən 22 seçki dairəsində təkrar seçkilər keçirilir. İslam İnqilabını

10.05.2024 115
.

Günəşdə 25 ilin ən güclü partlayışı baş verib

Günəşdə ən yüksək X dərəcəli partlayış baş verib. Bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Bildirilib ki, bu, son 25 ilin ən güclü partlayışlarından biridir. Günəş enerjisi emissiyalarının aktiv mərkəzinin yerini nəzərə ala

10.05.2024 156