"Təhsil Naziri qərar verməkdə tələsdi" - Uşağını döyüb müəllimi işdən çıxartdıran qadın haqda

"Təhsil Naziri qərar verməkdə tələsdi" - Uşağını döyüb müəllimi işdən çıxartdıran qadın haqda"Təhsil Naziri qərar verməkdə tələsdi"

BiG.AZ xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında təhsil ekperti Kamran Əsədov deyib.

O 189-190 saylı orta məktəbdə baş verən hadisə ilə bağlı danışarkən deyib ki, məsələ ikitərəfli araşdırılmalı idi: "İlk növbədə onu demək lazımdır ki, yeni Təhsil Naziri Ceyhun Bayramov öz operativliyi ilə diqqət çəkir. Bu çox təqdirəlayiq haldır və sevindiricidir. Ancaq bu məsələyə araşdırılmadan qərar verilməməli idi. Məsələnin operativ araşdırılması üçün o müəllimin fəaliyyətinə xitam verilə bilərdi, ancaq bu əmrləşdirilməməli idi.

Təhsil ekspertinin fikrincə uşağa bədən xəsarətini müəllim yox, valideyni yetirib: "Yəni, həqiqətənmi şagirdin sosial şəbəkələrdə yayılan bədən xəsarətlərinin səbəbi müəllimdir? Mən belə düşünmürəm, yayılan görüntülərdən belə görünür ki, uşağa anası daha çox xəsarət yetirib. Biz eyni zamanda görürük ki, şagird öz valideyni tərəfindən də döyülüb. Ona görə düşünürəm ki, məktəb rəhbərliyi və Təhsil Nazirliyi məsələnin kökünü araşdırmadan, qərar verməkdə çox tələsdi".

Xatırladaq ki, bir neçə gün əvvəl 189-190 saylı orta məktəbin birinci sinif şagirdinin müəllimi tərəfindən döyüldüyü iddia olunurdu. Uşağın anası Xanım Əliyeva sosial şəbəkədə yaydığı açıqlamada Təhsil Nazirliyinin apardığı araşdırmalardan sonra müəllimi işdən çıxardığını bildirmişdi. Bu məsələ dünən Zaur Baxşəliyevin aparıcılığını etdiyi "Bizimləsən" verilişində müzakirə olunub. Qonaqlar arasında şagirdin anası da olub. Uşağı döydüyü iddia olunan Səyyarə adlı müəllimə canlı yayıma qoşularaq hadisənin danışıldığı kimi baş vermədiyini, valideyn Xanım Əliyevanın qalmaqallı biri olduğunu, onun uşaqların yanında söyüş söydüyünü bildirib. Daha sonra verilişdə yayımlanan görüntülərdə aydın olub ki, ananın özü qızını məktəbdə müəllimənin yanında və dəhlizdə döyüb. Bu an isə təhsil ocağının kameralarına yansıyıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 6780   Tarix: 04 may 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tikintidə həyatını itirən İlkinin FOTOSU

Ötən gün Ağdamda 36 yaşlı şəxs bədbəxt hadisə nəticəsində həyatını itirib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, işğaldan azad edilmiş Eyvazxanlı kəndində aparılan tikinti işləri zamanı İlkin Mahir oğlu Babayev həlak olub. İ.Babayevin fotosunu təqdim edirik:

19:14 251
.

Xırdalanda yaşayanlara ŞAD XƏBƏR

Ötən il sentyabrın 15-dən Xırdalan-Sumqayıt xətti üzrə qatarla sərnişin daşımaları müvəqqəti olaraq dayandırılıb. Bu, Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi layihəsi çərçivəsində mövcud dəmir yolu xəttinin altından yeni avtomobil tunelinin inşası ilə bağlıdır. Bəs, tikinti işləri nə yerdədir?

14:00 244
.

Tramp İranı blokada ilə hədələdi

İranla baş tutmayan sövdələşmədən sonra ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında jurnalist Con Solomonun "İran geri çəkilməsə, Trampın ehtiyat kozırı: dəniz blokadası' adlı məqaləsini paylaşıb. RBC-ya istinadən xəbər verir ki, məqalədə ekspertlərin rəyləri yer alıb

13:28 212
.

Britaniya Ukraynanın müdafiə sistemlərindən istifadə etməkdə maraqlıdır

Ukrayna öz müdafiə layihələrini Qərb ölkələrinə ixrac etməklə mövqelərini gücləndirə bilər. "Report"un Ukrayna KİV-lərinə istinadən məlumatına görə, bu fikri Böyük Britaniya müdafiə nazirinin müavini Alisteyr Karns Kiyevə səfəri zamanı ifadə edib. Onun sözlərinə görə, London Ukrayna layihələrini

15:30 185
.

Kartdan xəbərsiz pul silinir: Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranı

Rəqəmsal ödənişlərlə bağlı gecikmələrin əsas səbəbi nəqliyyat sistemi ilə bank infrastrukturu arasında sinxronizasiyanın real vaxtda aparılmamasıdır. Bu sistem rahatlıq yaratsa da, mövcud gecikmələr göstərir ki, sistemin texniki dayanıqlığı və istifadəçi ilə kommunikasiya hələ də təkmilləşdirilməlidir

14:20 303
.

Tramp: İranın nüvə silahı olmamalıdır

ABŞ Prezidenti Donald Tramp hər hansı bir razılaşmada İranın nüvə silahına malik olmamasının təmin edilməsinin prioritet olduğunu da bildirib. "Report" xəbər verir ki, bu barədə "Al Jazerra" məlumat yayıb. "Nüvə silahı olmamalıdır, məsələnin 99 faizi budur", - Tramp vurğulayıb

13:20 189
.

Kafedə qətlə yetirilən Nabilin FOTOsu

Xəbər verdiyimiz kimi, ötən gün Tərtərdə kafedə ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdam rayon sakini, 199-cu il təvəllüdlü Nabil Aslanov bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alıb. O, dərhal Bərdə Diaqnostika Mərkəzin

20:45 235
.

Avtoqəzalarda ölənlərin üçdəbiri KƏMƏR BAĞLAMAYANLARDIR - DYP-dən XƏBƏRDARLIQ

Müasir avtomobillər uzun inkişaf yolu keçsələr də, passiv qoruyucu sistemə aid olan təhlükəsizlik kəməri bu gün də sürücü və sərnişinləri mühafizə edən əsas vasitələrdən biridir. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib:. "Dəfələrlə təsdiq olunu

12:00 209
.

Rusiyada qorxunc mənzərə: Sahillərdə yüzlərlə ölü delfin tapıldı

Rusiyanın Krasnodar diyarı sahillərində 100-dən çox ölü delfin aşkarlanıb. "Mash"a istinadən xəbər verir ki, Taman yarımadasından Siriusadək sahilboyu 132 ölü dəniz məməlisi tapılıb. Bildirilib ki, onlardan 82-si aprelin ilk ongünlüyündə tələf olub. Delfa Mərkəzinin mütəxəssisləri əsas səbə

23:20 73
.

TOP MP3