Bakıda gecə klubunda DƏHŞƏTLİ OLAY: oğlanlar içdilər və qıza... - TƏFƏRRÜAT
Bakıda barda qıza sataşan oğlanın sağlamlığına xəsarət yetirməkdə təqsirli bilinən İslam Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, İslam Yusifov paytaxtın Nizami rayonunda yerləşən "Siyah-beyaz" gecə klubunda əylənərkən Kamil Cəlilovun orada işləyən Elnarə adlı qıza dəfələrlə yaxınlaşdığını görüb.
Həmin vaxt Kamil Cəlilov Elnarənin yaxasından tutaraq özünə tərəf çəkib. Bu zaman İslam Yusifov ona yaxınlaşaraq iradını bildirib.
Bu səbəbdən onların aralarında mübahisə yaranıb. Mübahisə zamanı İslam Yusifov Kamili izləyib və Qara Qarayev prospektində yerləşən binaların həyətində onu arxadan vuraraq yerə yıxıb.
Daha sonra, İslam Yusifov Kamili döyüb. Kamil baş və bədən nahiyələrindən ağır xəsarətlər alıb.
İttihama münasibət bildirən İslam Yusifov özünü qismən təqsirli bilib. O, qeyd edib ki, Elnarə ilə gecə klubunda tanış olub: "Elnarə həmin gecə klubunda işləyirdi. Onu əvvəldən tanımırdım".
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən günü ailəsini rayona göndərib, özü isə əylənmək üçün gecə klubuna gedib: "Həmin vaxt mən də, Elnarə də içkili idik. Kamil bir neçə dəfə qıza yaxınlaşdı. Qız isə ona "otval" verdi. Sonra Kamil qızın yaxasından tutdu və onunla əylənmək istəməsini tələb etdi. Bu səbəbdən Kamilə yaxınlaşdım və ona bildirdim ki, hərəkətlərinə diqqət elə. Bu zaman Kamil məni söydü".
İslam Yusifovun sözlərinə görə, Kamilin söyüş söyməsindən əsəbiləşib, bu səbəbdən onların arasında mübahisə yaranıb. O, daha sonra ifadəsində sonra baş verən davadan və Kamilə yetirdiyi xəsarətdən danışıb.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Kamil Cəlilov qeyd edib ki, İslam Yusifovun hadisə barədə yalan danışır: "Mən qıza cəmi bir dəfə yaxınlaşdım. Bu oğlan klubda qızla bağlı mənə hər hansı bir irad bildirmədi. Orada öz aramızda mübahisəmiz düşdü, sonra sakitləşdik".
Kamil Cəlilov qeyd edib ki, səhərə yaxın gecə klubundan çıxıb və evinə yollanıb. Onun sözlərinə görə, həmin vaxt içkili olub: "Özümə gəlmək üçün bir az binanın həyətində dayandım. Siqaret yandırdım ki, çəkim. Siqaret çəkən zaman kimsə məni arxadan vurdu. Həmin şəxsin nə ilə vurduğunu görmədim. Məni İslamın vurduğunu da görməmişəm. Sadəcə istintaqda dedim ki, hadisədən əvvəl klubda bir oğlanla mübahisəmiz düşmüşdü".
Növbəti proses mayın 8-də davam edəcək.
mənbə: publika.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2885 Tarix: 01 may 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Biləsuvarda sürücü 15 yaşlı qohumunu avtomobillə vurdu
Biləsuvar rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini Xəyal Quliyevin idarə etdiyi "Niva" markalı avtomobil hərəkətdə olarkən qəfil yola çıxan 2010-cu il təvəllüdl
16:10 88 Prezidentin xüsusi nümayəndəsi: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinə əsaslı töhfə verib"
"Azərbaycanın Avropa tərəfdaşları ilə münasibətlərinin ilk sütunu Bakının qitənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə verdiyi töhfədir". BİG.AZ "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Polşanı
10:50 118 Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər
Almaniya Kansleri Fridrix Merts yaxın illərdə ölkədə həqiqi hərbi xidmətin geri qaytarılmasını istisna etməyib və məcburi alternativ mülki xidmətin bərpasını müdafiə edib. "Report"un xəbərinə görə, bu barədə o, Almaniyanın hakim blokuna daxil olan Xristian Sosial Birliyinin qurultayında çıxış
16:50 67 500 manat olan pensiyalar BU QƏDƏR ARTACAQ - AÇIQLAMA
"Azərbaycanda orta aylıq əməkhaqqındakı artım dinamikasını müşahidə edirik. Artıma ən çox təsir göstərən faktor 2025-ci ildə sosial paketin icra edilməsi ilə bağlıdır". -ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramo
00:09 416 Ermənistanda ARA QARIŞDI: Xocalı qatili "SAVAŞ MESAJI" verdi
Hazırda Ermənistanda hakimiyyət uğrunda mübarizə Nikol Paşinyan ilə kilsə rəhbəri II Qaregin arasında gedir. Hakimiyyət hazırda əsas diqqəti kilsə ilə mübarizəyə yönəldib. Məhz bunun nəticəsidir ki, hazırda zəifləyən revanşistlər də son dayaqları olan kilsə ətrafında birləşməyə başlayıblar. Bu günlərd
13:57 143 Kamboca ilə sərhəddə 14 tailandlı hərbçi ölüb
Kamboca ilə sərhəddə döyüşlər zamanı həlak olan Tailand hərbçilərinin sayı 14-ə çatıb. "Report" xəbər verir ki, bu barədə "AFP" agentliyi Tailand Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən bildirib. "Daha dörd hərbçi həlak olub", - deyə o bildirib və əlavə edib ki, həla
10:20 123 Zelenski gələn həftə Trampın nümayəndələri ilə görüşəcək
Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin nizamlanması ilə bağlı gələn həftə ABŞ və Avropadan olan müttəfiqlərlə bir sıra görüşlərin keçiriləcəyini deyib. "Report" xəbər verir ki, Zelenski bu barədə öz teleqram kanalında yazıb. "Hazırda ABŞ və avropalı müttəfiqlərlə görüşlərə hazırlı
12:30 111 Ukraynanın Trampın sülh planına cavabının təfərrüatları məlum olub
Ukrayna ABŞ Prezidenti Donald Trampın sülh planına cavab olaraq qoşunların Donbasdan çıxarılması və NATO üzvlüyündən imtinası ilə bağlı təklifləri rədd edib. "Report" xəbər verir ki, Kiyevin cavabının təfərrüatlarını "New York Times" açıqlayıb. "Cavabda bildirilib ki, Kiyev Ukraynanı
14:30 101 Sabah bəzi ərazilərdə leysan olacaq, qar yağacaq - PROQNOZ
Bakıda və Abşeron yarımadasında dekabrın 15-də havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Cənub-qərb küləyi gündü
12:54 181