Prezidentin xüsusi nümayəndəsi: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinə əsaslı töhfə verib"
"Azərbaycanın Avropa tərəfdaşları ilə münasibətlərinin ilk sütunu Bakının qitənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə verdiyi töhfədir".
BiG.AZ "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Polşanın "TVP World" telekanalına verdiyi müsahibəsində bildirib.
"Hər şey xam neftin tədarükü ilə başladı, sonra - təbii qazla. Bu gün biz bərpaolunan enerji sahəsində genişmiqyaslı layihələri müzakirə edirik. Energetika əməkdaşlığımızın əsas sütunlarından biri olaraq qalır. Bununla yanaşı, Cənubi Qafqazdan keçən nəqliyyat marşrutları və Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub kəsişməsindəki mühüm geoiqtisadi və geosiyasi mövqeyi nəzərə alınaraq əlaqəlilik getdikcə daha böyük əhəmiyyət kəsb edir", - xüsusi nümayəndə vurğulayıb.
E.Əmirbəyov, həmçinin Bakı və Varşava arasındakı münasibətlərin səviyyəsinə toxunaraq, hazırkı səfərinin davamlı siyasi dialoqun inkişafına yönəldiyini qeyd edib.
"Mən Polşanı ilk dəfə ziyarət etmirəm, lakin bu səfərin məqsədi diplomatik münasibətlər çərçivəsində artıq 33 ildən çoxdur uğurla davam etdirdiyimiz müntəzəm siyasi dialoqa töhfə verməkdir. Polşa hər zaman bizim yaxın tərəfdaşımız olub, Avropa İttifaqı və NATO-da Azərbaycanın əsas tərəfdaşlarından biri olaraq qalır. Bu, ilin sonunda polyak həmkarlarımızla əməkdaşlığın gücləndirilməsi istiqamətində növbəti addımları müzakirə etmək və münasibətlərin cari mərhələsinin yekunlarını çıxarmaq üçün yaxşı fürsətdir", - o əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 470 Tarix: 14 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPutin elektron səs verdi - Təxribatdan qorxdu
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına keçirilən seçkilərdə elektron qaydada səs verib. xəbər verir ki, Rusiya lideri səsvermədə artıq altıncı dəfə elektron formatdan istifadə edib. Putin səsini Kremlin kabinetindən verib. Bu gün Rusiyada bütün seçki məntəqələri fəaliyyətə başlayıb. Mərkəz
18.09.2026 166 Rus ordusu bu gün də iki kəndi işğal etdi
Rusiya ordusu Donetsk vilayətinin Verolyubovka və Zolotoy Kolodez yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
18.09.2026 142 Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18.09.2026 166 Prezident strategiyanı müəyyən edir, əsas məsələ onu nəticəyə çevirməkdir
"Azərbaycanın son iyirmi ildən artıq iqtisadi inkişafına nəzər salanda Prezident İlham Əliyevin müəyyən etdiyi strategiyanın miqyası aydın görünür. Regional inkişaf proqramları, sənayeləşmə, enerji və nəqliyyat infrastrukturu, qeyri-neft sektorunun genişləndirilməsi, investisiyaların təşviqi, işğalda
18.09.2026 190 Netanyahu hədəflərini açıqladı: Həmas, Hizbullah, İran
İsrailin Baş naziri Benyamin Netanyahu İran hakimiyyətini devirmək, Həmas-ı məhv etmək və "Hizbullah"a qarşı əməliyyatları davam etdirmək niyyətində olduqlarını açıqlayıb. yerli KİV-ə istinadən xəbər verir ki, Netanyahu bu barədə İsrailin daxili təhlükəsizlik xidməti "Şin Bet" əməkdaşlarını
18.09.2026 146 ABŞ-İran müharibəsində son vəziyyət - Vaşinqton yeni qərar ərəfəsindədir
ABŞ İran ərazisinə yeni zərbələr endirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp müharibənin sona çatmasının mümkün olduğunu bildirsə də, eyni zamanda İranla bağlı mühüm qərar vermək ərəfəsində olduğunu açıqlayıb. Axios-a verdiyi müsahibədə Tramp qarşıdakı mərhələdə hərb
18.09.2026 217 Süni intellekt kinonu əvəz edəcək? - Gələcəyin ssenarisi açıqlandı
Süni intellektin kino sənayesində getdikcə daha geniş istifadə olunması ənənəvi kinematoqrafiyanın gələcəyi ilə bağlı müzakirələri artırıb. Mütəxəssislər hesab edirlər ki, AI əsaslı filmlər klassik kinonu tamamilə əvəz etməyəcək, lakin sektorda yeni və daha sürətli istehsal formatlarının yaranmasın
18.09.2026 165 Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Aparıcı Nigar Fərhadın təsisçisi olduğu "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır. "Qafqazinfo"ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir. Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün "AİD Group"
18.09.2026 338 Rusiya Ermənistanın Aİ-yə inteqrasiyasını maliyyələşdirməkdən imtina etdi
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiyanın Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirmək niyyətində olmadığını bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Vurğulamaq istəyirəm: Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyə hazır deyil və bun
18.09.2026 174