Rahidə Baxışova: "Üçüncü dəfə ailə qurmaq istəmirəm, 2 dəfə xəyanət..." — MÜSAHİBƏ

Rahidə Baxışova: "Üçüncü dəfə ailə qurmaq istəmirəm, 2 dəfə xəyanət..." - MÜSAHİBƏÖlkə.az saytının növbəti qonağı tanınmış müğənni Rahidə Baxışovadır.

- Rahidə xanım, həyatdakı missiyanızdan razısınızmı?

- Razı olsam da, olmasam da, öz qismətimlə barışmalıyam. Çalışıram ki, ayaqlarım üstündə durum.

- Deməli, güclüsünüz...

- Əlbəttə, güclüyəm. Əvvəllər elə bilirdim ki, zəifəm. Amma son illərdə aldığım zərbələrdən sonra anladım ki, mən çox güclü biri imişəm.

- Aldığınız zərbələrdən ən sarsıdıcısı hansı olub?

- Hamısı mənim üçün sarsıdıcı olub. Fərq qoya bilmirəm.

- Bu yerə asanlıqlamı gəldiniz?

- Xeyr, çox çətinliklər gördüm. Elə arzularım oldu ki, ürəyimdə qaldı.

- Hansı arzular idi onlar?

- Əslində istədiyimə çatdım, amma yarımçıq qaldı. 22 yaşımda sevdiyim insanla ailə həyatı qurdum və övlad dünyaya gətirdim. Amma bu evlilik axıra qədər getmədi.

- Neçə il ailəli oldunuz?

- İki il.

- Sonra..?

- Sonra 12 ərzində heç kimlə ailə qurmaq istəmədim. Ehtiyat edirdim sanki. Amma zaman elə gətirdi ki, on iki ildən sonra yenidən ailə həyatı qurdum.

- Ikinci dəfə ailə qurduğunuza görə peşman oldunuzmu?

- İkinci dəfə ailə quranda elə bir yaşda idim ki, düşünürdüm o yaşda yanılmaram. Lakin sonradan başa düşdüm ki, ikinci dəfə ailə qurmağımla ağılsızlıq etmişəm.

- İkinci ailə həyatınız nə qədər davam etdi?

- Üç il.

- Hər iki ailə həyatınızın qısa zaman kəsiyində dağılmasına səbəb nə idi axı? Bəlkə, xəyanət?!

- Mən həyatda çox insanlara güzəştə getmişəm. Həmişə bağışlamağı bacarmışam. Amma o elə bir şey idi ki, onu heç cür bağışlaya bilməzdim.

- Siz xaraktercə sanki bir qədər qapalı insansınız və sanki insanlarla aranızda müəyyən bir məsafə saxlayırsınız...

- Tamamilə doğrudur, çünki heç kimə güvənmirəm. Güvəndiyim insanlardan çox zərbələr almışam.

- Rəfiqəniz yoxdur?

- İnanmazsınız, dörd-beş dostum var, hamısı da kişidir. Mən anladım ki, xanımlarla rəfiqəlik etmək təhlükəlidir. Çünki qadın qadını heç vaxt istəməz. Düzdür, hər kəsə şamil etmək olmaz, amma mən ən azından bunun şahidi oldum.

- Burnunuzdan nəyi gətirdilər?

- Sevməyi burnumdan gətirdilər. Sevgisiz yaşamaq çətindir?

- İndi sevirsiniz?

- Xeyr. Üçüncü dəfə ailə qurmağı ağlımdan belə keçirtmirəm.

- Niyə?

- Çünki iki dəfə ərdə oldum, gördüyümü gördüm. O çətinlikləri, problemləri bir daha yaşamaq istəmirəm. Hərdən öz-özümə deyirəm ki, nə gözəldir azadlıq?!

- Həyat yoldaşınız sizə əl qaldırıbmı?

- Bu barədə danışmaq istəmirəm.

- Nəyin qarşısında susursunuz?

- Əslində danışmaq istədiyim, amma danışmadığım sözlər çoxdur. Düşünürəm ki, bəzi məqamlarda susmaq məsləhətdir. Susmaq çox məsələni həll edir.

- Nəyin yoxluğu ilə hələ də barışa bilmirsiniz?

- Mən iki qardaşımı itirmişəm. Düzdür, Allaha üsyan etmirəm, amma hələ də oların itkisi ilə barışa bilmirəm (kövrəlir).

- Hansı "yük"ü özünüzlə çəkib apara bilmirsiniz?

- Mən çox yorulmuşam, çox...

- Plastik əməliyyat etdirmisinizmi?

- Bəli, burnumu düzəltdirmişəm. Deyirdilər ki, çənəmə də cərrahi müdaxilə olunub, amma doğru məlumat deyil, çünki çənəmlə bağlı heç vaxt kompleks yaşamamışam.

- "Fələyin çarxı" dönsə, sizin üçün necə olar?

- O "çarx" çoxdan dönüb (gülür).

- Kimin əlindən yanıqlı qalmısınız?

- Biri var, onu Allaha tapşırmışam.

- Aqressivsinizmi?

- Bəzən olur ki, özümdən çox pis çıxıram.

- Açıq-saçıq geyimlərə qarşı kompleksiniz varmı?

- Mənə heç kim heç bir məhdudiyyət qoymur, amma mənim özümə qoyduğum müəyyən bir hədd var.

- Sizin üçün insanlıq "ölübmü"?

- Artıq üç ildir ki, bəli, "ölüb". Mən artıq insanlardan hər şeyi gözləyirəm. Heç kimə güvənmirəm, inanmıram.

- Sözün bitdiyi yer haradır?

- Bəzən elə məqamlar olub ki, donub qalmışam, deməyə söz tapmamışam.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 3285   Tarix: 30 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Arka sokaklar"ın yeni bölümü niyə yayımlanmadı?

20 ildir yayımlanan "Arka sokaklar" serialının bu həftəki - 744-cü bölümü izləyicilərə son anda təqdim olunmayıb. Axşam.az xəbər verir ki, buna səbəb ekran işinin yeni bölümünün xərclərini ödəmək üçün lazimi qədər reklam gəlirinin olmamasıdır. Qeyd edək ki, layihə cümə günləri "Kanal D"d

28.03.2026 319
.

Gülay Zeynallı paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTO

Müğənni Gülay Zeynallı sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini paylaşıb. Görüntülərdə Gülay zərif görünüşü və gözəlliyi ilə diqqət çəkib. Onun paylaşımımarağa səbəb olub. Həmin fotoları təqdim edirik:

29.03.2026 883
.

"Kızılcık şerbeti"nin aktrisası Robert Pattinsonla bir arada - Foto

Türkiyəli aktrisa Özge Özacar reklam çəkilişi üçün Londona yollanıb. Axşam.az xəbər verir ki, aktrisa orada "Alatoranlıq" filmi ilə məşhurlaşan aktyor Robert Pattinsonla bir araya gəlib. Onlar birgə kameraya poz veriblər. Qeyd edək ki, Özge son olaraq "Kızılcık şerbeti" serialınd

31.03.2026 336
.

Bu da aparıcı Zümrüdün qızı Ləman - YENİ FOTO

Tanınmış aparıcı Zümrüd Bədəlova sosial şəbəkədə paylaşım edib. xəbər verir ki, Zümrüd instaqram hesabında qızı Ləman ilə olan görüntülərini paylaşıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Görüntülərə xoş sözlər və təriflər ünvanlayıblar. Həmin görüntüləri təqdim edirik:

29.03.2026 1011
.

Kubilayın müəmmalı ölümünə görə Aleynaya əlavə nəzarət tələbi

Kubilay Kundakçı cinayətində şübhəli qismində saxlanılan Aleyna Kalaycıoğlu üçün nəzarətdə saxlanılma tələbi irəli sürülüb. BİG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq orqanları silahlı hücumun bütün detallarını araşdırmaq üçün əlavə vaxtın tələb olunduğunu qeyd edib. Prokurorluğun təqdimat

22.03.2026 535
.

Saatlarının qiyməti diqqət çəkdi

Türkiyəli aktyor Uraz Kaygılaroğlu aparıcı Fatih Altaylının proqramında qonaq olub. Axşam.az xəbər verir ki, müsahibə əsnasında onların qollarına taxdıqları saatlar diqqət çəkib. Urazın qolundakı "Rolex Day-Date" saatının 1,5 milyon lirə (təxminən 59 min manat) təşkil etdiyi ortaya çıxıb. Fatihi

01.04.2026 428
.

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin"

"Sevgidə qarşılıqlı qərarlar olmalıdır. Sözsüz ki, son qərarı mən deməliyəm. Təbii ki, bu zarafatdır. Ortaq məxrəcə gəlmək lazımdır. Fərqli düşüncələr olanda axırı dava, ayrılıq, aliment olur. Dözmək hissi olmamalıdır. Ona görə də zamanından əvvəl evlənmək, kimisə məcbur etmək olmaz. "Evlənən

29.03.2026 410
.

Almaxanım HƏYAT YOLDAŞI İLƏ - YENİ GÖRÜNTÜLƏRİ

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli paylaşım edib. xəbər verir ki, Almaxanım instaqramda həyat yoldaşı ilə olan fotosunu paylaşıb. Onu

29.03.2026 819
.

Dilarə Əliyevanın yeni imici DİQQƏT ÇƏKDİ - TANINMAZ HALDA - VİDEO

Əməkdar artist Dilarə Əliyeva yeni imici ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, aktrisa və aparıcının son görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Onun fərqli geyim tərzi, yenilənmiş saç düzümü və makiyajı izləyicilər tərəfindən bəyəni ilə qarşılanıb. Paylaşılan fotolarda Dilar

28.03.2026 1006
.

TOP MP3