Zorlanan 1-ci sinif şagirdi 2 şagirdi göstərdi və... - 263 nömrəli məktəbdən QƏRİBƏ DETALLAR

Zorlanan 1-ci sinif şagirdi 2 şagirdi göstərdi və... - 263 nömrəli məktəbdən QƏRİBƏ DETALLARXətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorlanma hadisəsi ilə bağlı iddialar son günlərin ən çox müzakirə edilən mövzularından oldu. Lakin sadəcə mediada müzakirə edildi, bir neçə xəbər və açıqlama ilə iş bağlandı. Həmin açıqlama və xəbərlərdə doğan suallar isə hələ də, cavabsız qalıb.

Bir az xatırlayaq. Adıçəkilən məktəbdə 1-ci sinif şagirdinin 10-cu sinif şagirdləri tərəfindən zorlanması gündəmi bir anda dəyişdi. Bu xəbəri ilk yayan isə uşağın valideynləri, yaxınları deyil, övladı həmin məktəbdə oxuyan digər valideynlər oldu. Onlar aksiya keçirib hadisəni ictimailəşdirdilər.

BiG.AZ xəbər verir ki, Publika.az həmin gün məktəblə əlaqə saxlasa da, direktorun yuxarıda (məktəb binasının yuxarı mərtəbələrində) olduğu bildirildi. Dəfələrlə zəng etsək də, məktəbin direktoru Nurqələm Bayramova yuxarıdan aşağı enmədi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsələni araşdırıb-araşdırmamaqla bağlı yönləndirdiyimiz suala cavab belə oldu:

"263 nömrəli tam orta məktəbin direktoru Nurqələm Bayramovanın verdiyi məlumatda qeyd olunur ki, yayılan məlumat tamamilə yanlışdır. Uşağını məktəbə gətirən və ya məktəbdən uşaq götürən valideynlər bu yanlış məlumatı eşidib maraqlanıblar. Məktəb rəhbərliyi də onlara məlumatın doğru olmadığını bildirib. Məktəb qarşısında heç bir aksiya keçirilməyib".

Bir neçə saat sonra direktor saytların birinə bu cür açıqlama verdi:

"Zorlama olmayıb. Sadəcə 10-cu sinif uşağı azyaşlını döyüb. Uşaq da bundan qorxuya düşüb. Azyaşlını döyən uşaq isə məktəbdən uzaqlaşdırılıb".

Bundan bir neçə gün sonra xəbər yayıldı ki, direktor həmin valideynləri başına toplayıb bu məlumatların "qəsdən yayıldığını", məktəbə qarşı "təxribat" olduğunu deyib. Bildirib ki, məsələ artıq yoluna qoyulub, polisə də müvafiq izahat verilib. Amma məktəbə qarşı kimin, hansı qərəzi ola bilər? Bax, bu sual açıq qalır.

Bir-biri ilə üst-üstə düşməyən bu açıqlamalar isə şübhələri bir az da artırdı. Əgər hadisə döyülmə idisə, nə üçün əvvəldən mətbuata bu cür məlumat verilmirdi?

Övladları bu məktəbdə təhsil alan valideynlər deyir ki, zorlandığı deyilən uşaq yuxarı sinifdə oxuyan şagirdlərdən ikisini göstərərək onların zorakılığına məruz qaldığını deyib. Həmin uşaqlardan birinin valideynləri imkanlıdır.

"Biz yenə toplanaraq araşdırmanın nəticələri ilə bağlı açıqlama verilməsini tələb edəcəyik", - deyə valideynlər qeyd edib.

İddiaya görə, hadisə məktəbin tualetində baş verib. Valideynlər iddia edir ki, məktəb direktoru Nurqələm Bayramova zorlanan azyaşlının xalasına 2000 manat verərək onları susdurub.

Bu arada, zorlandığı deyilən uşağın valideynləri rəhmətə gedib və o, xalasının himayəsində yaşayır.

Bundan əlavə, iddia edilir ki, azyaşlını zorlayan şagirdin valideynləri direktora rüşvət verərək övladlarını məktəbdən qovulmasının qarşısını alıblar.

Bütün bu məlumatlar isə aidiyyəti qurumların araşdırmaya başlaması üçün kifayətdir, hətta şayiə olsa belə. Yəni təkcə direktorun sözü ilə kifayətlənmək olmaz.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə faktın deyilən formada təsdiqini tapmadığını vurğulayıb: "Xətai Rayon Polis İdarəsi dərhal yayılan məlumata reaksiya verib. Polis əməkdaşları həmin məktəbdə olublar. Fakt deyilən formada təsdiqini tapmayıb. Bəzi mediada bunu yayırlar, bu təxribatdır. Hazırda araşdırma aparılır".

O.Mansurzadə həmçinin qeyd edib ki, bu iddialarla bağlı polis orqanlarına əvvəlcədən heç bir məlumat, şikayət daxil olmayıb. Yəni iddialar mətbuatda yayılandan sonra polis araşdırmaya başlayıb.

Lakin bu araşdırmanın nəticəsi hələ ki, bəlli deyil. Daxili İşlər Nazirliyi araşdırmasında olsun, biz digər qurumların nə iş gördüyü ilə maraqlanaq. Hadisənin açıqlanması, daha geniş auditoriyaya yayılması məktəbin nüfuzuna zərər vura bilər. Lakin məktəbin nüfuzuna fikirləşib, faktı gizlədib bu halların baş verməsinə, bir uşağın həyatının məhv olmasına göz yummaq əsla olmaz! Göz yumulmaması üçün də belə halları araşdırmaq üçün qanun bir çox qurumlara səlahiyyət verib. Bəs onlar bu səlahiyyətlərindən necə istifadə edir?

Əgər belə bir hadisə baş veribsə, bu dəhşətli cinayət əməlini bilib, gizlətməyə görə uşağın himayəçisi qismində çıxış edən xalası, məktəbin direktoru və sinif müəllimi, digərləri də cinayət məsuliyyəti daşıyır. Çünki onlar hadisəni bildikləri halda hüquq-mühafizə orqanlarına şikayət etməyiblər.

"Ümidli Gələcək" Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumova Publika.az-a açıqlamasında deyib ki, bu fakt jurnalist araşdırması üçün maraqlı olmalıdır. Lakin burada həmin uşağın və təhsil aldığı məktəbin adının açıqlanması kimi məlumatların açıq şəkildə yayılması və bu məsələnin hər dəfə gündəmə gəlməsi uşağa təkrar travma yaşadır:

"Hətta hadisə realdırsa, məktəbdən bu barədə dəqiq məlumat verməyəcəklər. Lakin hər bir jurnalist də əldə etdiyi məlumatı yayarkən uşağın sonrakı həyatını nəzərə almalıdır. Uşağın təhsil aldığı Xətai Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası dərhal hadisə ilə maraqlanmalı idi. Məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çatana qədər rayon icra hakimiyyəti dərhal bunu araşdırmalıdır. İcra hakimiyyətinin hansı addım atdığını hələ ki, bilmirik. Bizim reabilitasiya mərkəzi zorakılığa məruz qalmış uşaqlarla işləyir. Onlar ən azı mərkəzə müraciət edə bilərdilər. Şagirdlə müəllim, polis, komissiya nümayəndəsinin söhbət etdiyi zaman orada uşaq psixoloqunun iştirakı mütləq idi. Sorğunun bu cür təşkil edilməsi də sual altındadır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu hallara qarşı qısa zamanda reaksiya verir. Adətən, Xətaidə belə hadisələri araşdırarkən bu rayonun yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası ilə əlaqə saxlaya bilmirik. Onlar bu məsələdə əməkdaşlıq etmək istəmir. Ona görə əməkdaşlarımız Komitə ilə birlikdə araşdırma aparacaq. Əgər belə bir hadisə varsa, bu cinayət işidir".

K.Aşumovanın sözlərinə görə, hər iki tərəfin psixologiyası, zorakılığa məruz qalanın yenidən cəmiyyətə inteqrasiyası, reabilitasiya məsələsinə baxılmalıdır:

"Məktəb rəhbərləri, psixoloqlar uşaqlara qarşı daha peşəkar, diqqət və qayğı ilə yanaşmalıdır. Təəssüf ki, bizdə hələ də, məktəb psixoloqlarının məsələyə yüksək səviyyədə, peşəkar yanaşmasını görmürük. Çünki uşağın ən kiçik problemi məktəb psixoloqunun diqqətini çəkməlidir. Bu diqqət olmadıqda uşaqda etinasızlıq yaranır, onun böyüklər tərəfindən cinsi və ya psixi zorakılığa məruz qalma hallarının davam etdirilməsinə səbəb olur. Bu uşağın valideynləri yoxdursa, psixoloji travmalı ola bilər".

Onun sözlərinə görə, bu məsələdə azyaşlı ilə bağlı məlumatların yayılması qədər, məktəbin hər dəfə bir məlumat verməsi də doğru deyil: "Məktəb hadisənin baş verib-vermədiyini açıqlamalıdır. Hadisənin hansı qurumlar tərəfindən araşdırıldığı bildirməlidir. Həmçinin uşağın travma almasının qarşısını almaq istiqamətində iş aparılmalıdır. Hadisə baş verəndən sonra onu gizlətmək onu başqa istiqamətə yönəltmək doğru deyil. Çünki onsuz da hər kəs bilir və hətta məktəbin nömrəsi də qeyd olunur. Aidiyyəti qurumlara məlumat verilməli, uşaq reabilitasiyaya cəlb edilməlidir".

Hadisəyə ilk reaksiya verməli olan Xətai Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası isə hələ ki, susma mövqeyindədir. Bu vaxta qədər komissiya tərəfindən heç bir açıqlama verilməyib. Əgər araşdırma aparıblarsa, onu ictimaiyyətə çatdırmaq mütləqdir.

Biz də öz növbəmizdə adıçəkilən Komissiya ilə əlaqə saxladıq. Daha doğrusu, telefon açdıq, amma və lakin günlərdir qeyd edilən nömrələrə cavab verən tapılmır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə Formula 1 yarışları ilə əlaqədar olaraq son günlər iş qrafikini dəyişib. Bu gündən Komitə işə başlayıb. Komitənin hadisə barədə hansı addım atmasını isə sorğumuza verilən cavabdan sonra yayımlayacağıq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 8460   Tarix: 30 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Niderlandda Ulu Öndər Heydər Əliyevin anım günü qeyd edilib

Azərbaycanın Niderlanddakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. "Report"un məlumatına görə, mərasim Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə çıxış edən Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzad

13.12.2025 134
.

Lukaşenko Trampla razılaşmalar çərçivəsində 123 xarici vətəndaşı əfv edib

Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı həmkarı Donald Trampla əldə edilmiş razılaşmalar çərçivəsində və onun xahişi ilə müxtəlif ölkələrin 123 vətəndaşını əfv edib. "Report" xəbər verir ki, bu barədə "BELTA"ya Belarus liderinin mətbuat xidmətindən bildirilib

13.12.2025 119
.

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

Gələn il yanvarın 9-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə növbəti gömrük hərracı təşkil olunacaq. Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca müxtəlif kateqoriyalar üzrə dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq. Onların arasında avtomobil ehtiyat hissələri

13.12.2025 108
.

500 manat olan pensiyalar BU QƏDƏR ARTACAQ - AÇIQLAMA

"Azərbaycanda orta aylıq əməkhaqqındakı artım dinamikasını müşahidə edirik. Artıma ən çox təsir göstərən faktor 2025-ci ildə sosial paketin icra edilməsi ilə bağlıdır". -ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramo

00:09 128
.

Səidə Haqverdiyeva vəzifədən azad olundu

Azərbaycan Dövlət Kukla Teatrında kadr dəyişikliyi baş verib. xəbər verir ki, teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva tutduğu vəzifədən ayrılıb. O, bu barədə özü məlumat verib. Bildirilib ki, S.Haqverdiyeva işdən öz ərizəsi əsasında azad olunub

13.12.2025 175
.

Avropa Birliyi Rusiyanın 210 milyard avro dəyərində aktivlərini dondurub

Avropa Birliyi Rusiyanın birlik daxilində 210 milyard avro dəyərində aktivlərini qeyri-müəyyən müddətə dondurub. BİG.AZ DW-yə istinadən xəbər verir ki, bu qərar vəsaitin Ukraynaya yardım üçün istifadəsinə imkan verəcək. Əvvəllər Avropa Birliyi aktivlərin dondurulmasını hər altı aydan bir uzada bilərd

13.12.2025 163
.

Gecə klubundakı partlayışa görə məhkum edilən menecer - Azad olundu

3 il əvvəl Bakıda 4 nəfərin ölümü ilə nəticələnən "Location" klubdakı partlayışla bağlı məhkum edilən Orxan Səfərli vaxtından əvvəl azad edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə məhkumun ərizəsini təmin edib. O.Səfərlinin cəzasının qalan hissəsi şərti hesa

13.12.2025 152
.

Almaniyada polis milad yarmarkasından təxminən 120 nəfəri təxliyə edib

Polis Almaniyanın Duderştatd şəhərində milad yarmarkasından təxminən 120 nəfəri potensial təhlükə səbəbindən təxliyə edib. "Report"un məlumatına görə, bu barədə Bild qəzeti yazır. Buna səbəb kimi potensial terror təhlükəsi haqqında məlumat olub. Şahidlər gənc bir oğlanın odlu silahla gördüklərin

13.12.2025 124
.

Zelenski: Belarus həbsdə olan beş Ukrayna vətəndaşını azad edib

Belarus Ukraynanın beş vətəndaşını azad edib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə bildirib. "Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Belarusda olan mülki şəxslərin azad edilməsi üçün xüsusi tədbirin hazırlanmas

13.12.2025 100
.

TOP MP3