Doğrudan qızını döyməyən dizini döyər?

Doğrudan qızını döyməyən dizini döyər?Uşağın düzgün tərbiyə olunmasında fiziki təzyiq nə dərəcədə əks və ya doğru təsir göstərir? Qızını döyməyən dizini döyər – deyən atalarımız həqiqətən uşaqları döyərək tərbiyə etməyi yoxsa onlara vaxtında düzgün tərbiyə verməyi məsləhət görürlər? Döyülən və döyülməyən uşaqlar arasında hansı psixoloji və tərbiyəvi fərqlər müşahidə olunur? Döyülmənin uşaqlara psixoloji təsiri gələcəkdə özünü nücə gostərə bilər? Ümumiyyətlə tərbiyə nədir və uşağı hansı yaşdan tərbiyə etməliyik?

Uşaq tərbiyəsi üzrə mütəxəssis olan insanların fikirlərinə keçməzdən öncə, qeyd etmək lazımdır ki,onlar bizə Allah tərəfindən bir əmanətdir. Bizə verilən əmanətə görə hesab verəcəyik, onların pisliklərinin günahından bizə də pay düşəcək. Onların döyərək tərbiyənin nə dərəcədə düzgün olmasına aid suallara isə,gəlin əvvəlcə özümüz cavab verək.Ozünüzü uşağınızın yerinə qoyun və ya həmin yaşda olsuğunuz illəri canlandırın fikrinizdə.Valideynlərinizin sizi döyərək nəsə başa salması sizə necə təsir bağışlayardı?! Təbii ki,heç kim özünə və balasına bu cür münasibəti qıymır.Amma nəyisə ona başa sala bilməyəndə,balacalar sözümüzü dinlənməyəndə,dəcəllik edib evi dağıtdıqlarında münasibət dəyişir və uşaq döyülür. İnsana şiddət!!!

Uşaqlarımızı necə tərbiyə etməli?

Tərbiyədə bunu et,onu etmə demək yerinə,örnək olmaq lazımdır.Bunun üçün də,sözünüzdən çox hal və hərəkətləriniz daha təsirlidir.Uşaqlar valideynlərinə bəzənməyi,onlar kimi olmağı sevirlər.

Uşağa hər istədiyini almaq,onu lüks içində yaşatmaq heç doğru deyil.Böyüyəndə hər istədiyini həyata keçirməyə çalışar.Amma buna müvəffəq olmayanda özünü sınmış kimi hiss edər və başqa yollara əl atar.

Ataların uşağın tərbiyəsində böyük rolu var.Atalar uşaqla nə çox ciddi olmalı,nə də çox açıq olmalıdır. Ata siqaret çəkirsə,içki içirsə,uşağına bunları etmə deməsi o qədər də təsirli olmaz. Çünki uşaqlar "bu pis bir şey olsaydı atam onu etməzdi" deyə düşünürlər.
Uşaqlara atalarının maşını,vəzifəsi,imkanları ilə öyünmək qadağan edilməlidir.

Tərbiyədə əsas olanlar: Zəka,Ruh,İradə.

Zəka: Uşaq gördüyü ilk əşyanı araşdırmağa,maraqlanmağa ve ona suallar verib öyrənməyə çalışar.Ona göra uşaqlara hər zaman yaxşı şeylər göstərməli və suaları düzgün cavablandırmalıyıq.Belə uşaqların düşünmə qabiliyyəti inkişaf etmiş olur. 3-6 yaş arası uşağı olan valideynlər buna daha çox diqqət etməlidir.Bu zaman müddətində uşağın beyin ve zəka inkişafının ən önəmli dövrüdür.

Ruh: Həssas və küsəyən uşaqlar acı da olsa həqiqətləri və olanı görməsi, bunu qəbul etməyi öyrənməsi üçün insanın bəzi şeylərə dözməsi və idarə etməsini öyrətmək lazımdır. Sərt ruhlu uşaqları isə duyğulandıracaq örnəklər verərək,həssas olmasına çalışmalıyıq.

İradə: Güclü iradəyə sahib olmasına çalışmalıyıq.Zəif iradəli uşaqları bir az sərbəst buraxıb özünə olan güvənini artırması üçün şərait yaratmalıyıq.İradəsi qüvvətli olan uşaqlara isə, tərbiyə daha sərt olmalıdır.Amma sevgi və anlayış göstərmək hər iki halda şərtdir.

Tərbiyədə bunlar vacibdir: Din,sevgi,cəza-mükafat,çevrə,oyunlar,ailə…

Din: Allah’ın yaxşı,çalışqan və dürüstləri sevdiyini,onları Cənnətə göndərəcəyini,pislik edənləri sevmədiyi və Cəhənnəmə göndərəcəyini öyrətməlisiz.

Sevgi: Tərbiyədə sevgi kimi,ciddiyət çox önəmlidir.Ana və atanın yola getməməsi,çox dava etməsi uşaqların ruh halına çox dərindən təsri edər.Ayrılmaqları isə uşaqların daxili aləmində fırtınalar qopardar.

Cəza və mükafat: Bu hərəkəti etsən, bunu verməyəcəyik,parka getməyəcəyik,oyun oynamayacaqsan kimi kiçik cəzalar uyğun olsa da, qətiyyən uşaqlara şiddət göstərilməməlidir.Verdiyiniz cəzalar isə qəlb qırıcı olmalalı və heç kimin önündə verilməməldir. Yeri gəldikdə uşaqlara hər hansı bir hərəkətini qiymətləndirərək oyuncaq,arzuladığı nəyisə alaraq mükafatlandırmaq da olar. Həyatda istədiklərini əldə etməsi üçün çalışmağın,nəsə etməyin vacib olduğunu anlasın deyə.

Oyunlar: Oynadığı oyunlar uşaqların fiziki və beyin inkişafına çox təsir göstərir.Buna görə də,onların yaşlarına uyğun olaraq düzgün inkişaf etdirən oyunlar oynamasına diqqət yetirin.

Çevrə: İstər uşaq,istər gənc olsun insanın düşüncə və davranışlarında,həyata baxışında,onun üçün yaxşı olmayan vərdişlərin yaranmasında yanlış dost seçimi,çevrə böyük rol oynayır. Uşaqlar dostlarına bənzəməyi, onlarla özlərini müqayisə etməyi daha çox sevdiyi üçün dostlarına və çevrələrinə nəzarət edilməliyik. Uşaqların dostları ilə qazandığı xasiyyət və vərdişlərdən qurtulması da,çətin olur.

Uşaqları tərbiyə edərkən,böyüdərkən onun tərbiyəsinin təkcə sizin üçün vacib olduğunu deyil,cəmiyyət və insanlıq üçün də nə dərəcədə vacib olduğunu unutmayın. Unutmayın ki,uşağa verdiyiniz tövhələr,insanlığa verdiyiniz tövhə sayılır. Onları mükəmməl yetişdirə bilmək üçün ilk növbədə onların düzgün ailəyə,sonra təhsilə ehtiyacı var.

Ən vəhşi heyvan belə tərbiyə ilə əhəlləşdirilir.Alma toxumundan portağal olmaz,deyirlər.Amma alma ağacını düzgün yetişdirərərək,lazımlı baxımı edib bilinən qaydalara riayət etməklə ən gözəl meyvələri əldə etmək olar. Belə qaydalarla insan təbiətində olan bəzi özəlliklər yox edilməsə də,tərbiyə edilə bilər.

Şiddət heç bir yaşda,heç kim tərəfindən və heç kimə qarşı qəbul edlməz bir haldır. Hələ ki, söhbət uşaqlardan gedirsə, daha diqqətli və həssas yanaşmaq lazımdır mövzuya.Çünki bu günün uşağı sabahın gənci olduğu kimi unutmayaq ki,bu gün öyrəndiklərini sabah hərəkət və davranışında göstərəcək. Özümüz və cəmiyyət üçün düzgün tərbiyə edilmiş,namuslu,qeyrətli,ədalətli və psixologiyası yerində olan övladlar böyütmək istəyiriksə, döyərək deyil,tərbiyəni savadlı şəkildə uşağa onun psixologiyasına uyğun davranışlar göstərib bunu sevərək etməliyik.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 27861   Tarix: 18 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086