Ərindən boşanan bacısının qanını tökdü

Ərindən boşanan bacısının qanını tökdü
Sabunçu rayonunda qardaş bacısını bıçaqlayıb.

Şaiq Cahangirov xuliqanlıq zəminində bacısı Xatirəyə çoxsaylı bıçaq xəsarətləri yetirib. Hadisədən sonra 3 saylı şəhər xəstəxanasına yerləşdirilən qadının vəziyyəti orta-ağırdır.
Hadisənin hansı səbəbdən baş verməsinə gəldikdə isə, saxlanılan Ş.Cahangirov istintaqa ilkin ifadəsini belə verib:
“Xatirə həyat yoldaşından boşandıqdan sonra bizimlə bir evdə qalıb. Bu müddət ərzində bacım özünü şübhəli aparırdı, bu isə gözümdən yayınmırdı. Cinayəti törədən gün isə, Xatirənin tanımadığı oğlanla telefon danışığını tutdum və məlum cinayəti törətdim”.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

mənbə: olke.az

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1118 Tarix: 27.04.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər