Yeni nazirdən SƏRT TAPŞIRIQ: "Süründürməçiliyə yol verilməməlidir"

Yeni nazirdən SƏRT TAPŞIRIQ: "Süründürməçiliyə yol verilməməlidir"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aidiyyəti fəaliyyət sahələrində qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Bu barədə BiG.AZ-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmək və sosial müdafiə sahələrində idarəetmə sistemlərinin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi, bu sahələr üzrə əhaliyə xidmətlərdə müasir iş üsullarının, şəffaflığın və sosial ədalət prinsiplərinin, elektron texnologiyaların geniş tətbiqinin təmin edilməsinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən nazirlik qarşısında müəyyən edilən əsas vəzifələrdən olduğunu vurğulayıb.

Nazir ölkənin əmək bazarında sabitlik və inkişaf meyillərinin mövcud olduğunu, əmək münasibətlərinin qeydiyyatı və rəsmiləşdirilməsi ilə bağlı nəzarət mexanizminin gücləndirilməsinin vacibliyini qeyd edib. S.Babayev bu sahə ilə bağlı təhlillərin aparılması və tədbirlərin effektiv təşkilinin diqqətdə saxlanmalı olduğunu bildirib.

Ölkəmizdə müsbət demoqrafik vəziyyətin, əhalinin təbii artım tempinin davam etdiyini vurğulayan nazir demoqrafik vəziyyətin qiymətləndirilməsi və dolğun proqnozlar sisteminin gücləndirilməsinin, qabaqcıl beynəlxalq təcrübədən geniş istifadənin zəruruliyini diqqətə çatdırıb.

S.Babayev bildirib ki, demoqrafik inkişafın təzahürlərindən biri olaraq əmək qabiliyyətli əhalinin sayının mütəmadi artması aktiv məşğulluq tədbirlərinin və xidmətlərinin səmərəliliyinin artırılmasını mühüm vəzifələrdən biri kimi şərtləndirir. Xüsusilə də əmək bazarında daha təsirli və konkret nəticələrin əldə olunması üçün məşğulluq tədbirlərinin həyata keçirilməsi, həmçinin bu xidmətlərin elektron müstəvidə qurulması aktual məsələlər kimi qarşıda durur. Nazir həmçinin əmək miqrasiyası kvotasının hazırlanmasında da elmi-praqmatik yanaşmaya istinad olunmasının vacibliyini diqqətə çatdırıb.

S.Babayev əmək bazarında məşğulluq imkanlarının genişlənməsi və əmək haqlarının artımı ilə müşahidə olunan sosial-iqtisai inkişaf proseslərinin məcburi dövlət sosial sığorta daxilolmalarına da müsbət təsirini qeyd edib. Nazir bildirib ki, sosial sığorta daxilolmalarında artım tempinin təmin olunmasına, müvafiq proqnoza əməl olunmasına yönələn sistemli tədbirlərin həyata keçirilməsi vacibdir. Bu sahədə qeyri-formal məşğulluq hallarının aradan qaldırılması, əməyin leqallaşdırılması kimi vacib hədəflərə doğru yönələn tədbirlərlə paralel, sosial sığorta münasibətlərində səmərəli idarəetmənin təşkilinə və şəffaflığın tam təmin olunmasına da xüsusi diqqət yetirilməlidir.

Ünvanlı dövlət sosial yardım sisteminin aztəminatlı ailələrin müdafiəsində önəminə toxunan S.Babayev vurğulayıb ki, ilk növbədə sosial yardım sistemində ədalətlilik, şəffaflıq, dövlət vəsaitlərinin yönəldilməsində ünvanlılıq prinsiplərinin güclənməsi diqqətdə saxlanılacaq. Digər tərəfdən, sosial yardım alan aztəminatı ailələrin məşğulluq potensiallarının öyrənilməsi yolu ilə onların gəlir imkanlarının artırılmasına özünüməşğulluq proqramı çərçivəsində dəstək üçün konkret işlər görülməlidir.

Əlillərin sosial müdafiəsinin ölkədə aparılan siyasətin əsas istiqamətlərindən olduğunu bildirən S.Babayev diqqətə çatdırıb ki, dövlət başçısının xüsusi qayğısı nəticəsində bu təbəqədən olan insanlar üçün tibbi-sosial reabilitasiya sistemi də müasirləşdirilir. Hər il xeyli sayda əlil vətəndaş bərpa-mülicə xidmətləri ilə təmin edilir: "Lakin, bununla belə əlillər arasında reabilitasiya səviyyəsinin artırılmasında, reabilitasiyanın davamlı xarakter almasında müəyyən durğunluğun aradan qaldırılması, eyni zamanda, əlilliyin təyinatı prosesində şəffaflığın tam təmin olunması, süründürməçiliyə yol verilməməsi, əlilliyi olan şəxslərin məmnuniyyətinə nail olunması da əsas fəaliyyət istiqamətləri sırasında olmalıdır".

Nazir qeyd edib ki, bu yanaşma sağlamlıq imkanları məhdud uşaqlara da aiddir. Onların sağlamlığının bərpasında bərpa-müalicə müəssisələrinin erkən müdaxilə prinsipi üzrə fəaliyyətlərini qurmaları vacibdir. Eyni zamanda, sosial sifarişlər üzrə icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələrində də bu istiqamətə xüsusi diqqət yetirilməli, bu layihələrin reabilitasiya baxımından konkret nəticələri ortada olmalıdır.

S.Babayev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərindən də bəhs edib, onlar üçün yeni mənzillərin tikintisi işlərinin sürətləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməli olduğunu vurğulayıb.

Nazir vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 19 aprel 2018-ci il tarixli "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ölkədə sosial ədalət prinsipinin yüksək səviyyədə təmin olduğunu bir daha təsdir edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mühüm sosial müdafiə əhəmiyyəti daşıyan bu Fərmanın layiqli şəkildə icrası, müvafiq kateqoriyadan olan vətəndaşlara Fərmanda nəzərdə tutulduğu kimi 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmələrin verilməsi tam və eyni zamanda, şəffaf şəkildə təmin olunacaq. Həmçinin dövlət başçısının "1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" 20 aprel 2018-ci il tarixli Sərəncamına əsasən, həmin şəxslərə Sərəncamda nəzərdə tutulan məbləğlərdə birdəfəlik maddi yardımın çatdırılması işləri 9 May Qələbə gününə qədər tam yekunlaşmalıdır.

İctimai rəy və təşəbbüslərə fəal və işgüzar mövqedən reaksiya verilməsinin önəmini qeyd edən nazir xüsusilə vurğulayıb ki, ümumilikdə əmək və sosial müdafiə sahəsində görülən işlərin əsasında şəffaflığın, sosial ədalətin tam təmin olunması və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi dayanmalıdır. S.Babayev bildirib ki, sosial tərəfdaşlarla-Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları (AHİK) Konfederasiyası, habelə Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA), Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan), beynəlxalq təşkilatlarla, habelə QHT-lərlə əməkdaşlıq, birgə fəaliyyət genişləndirilməlidir. Xüsusilə də bu əməkdaşlıq müvafiq sahələr üzrə aparılan islahatlara həmin təşkilatlar tərəfindən dəstəyin göstərilməsinə istiqamətlənməlidir.

İclasda qeyd olunan məsələlər ətraflı müzakirə olunub, təkliflər ifadə olunub. S.Babayev qeyd olunan məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2122   Tarix: 27 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

02.05.2024 448
.

Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Niyaməddin qızı Məhərrəmlinin axtarışları davam edir. xəbər verir ki, Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində hadisənin təfərrüatı məlum olub. Belə ki, Nigarın anası Günel bildirib ki, qardaşının yoldaşı qızının oxuduğu məktəbə gedərək direktor

02.05.2024 507
.

Tarixdə ilk dəfə Olimpiya məşəlini transseksual daşıyacaq - FOTO

2024-cü ildə Parisdə (Fransa) Olimpiya Oyunlarının açılışı zamanı tarixdə ilk dəfə Olimpiya məşəlinin estafetində transseksual iştirak edəcək. Bu barədə Paris meriyası sosial şəbəkələrdə xəbər verib. Minima Geste ləqəbli transseksual yarışın açılış günü olimpiya məşəlini 25 sm hündürlükdə dikdaban ayaqqabılarl

12:05 274
.

İçərişəhərə giriş məhdudlaşdırılır

İçərişəhərdə keçiriləcək Milli Xalça Festivalı ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Qeyd edilib ki, məhdudlaşdırma mayın 3-dən 5-dək Qoşa Qala girişi, Kiçik Qal

11:27 284
.

Azərbaycanda pensiyalar bu yolla arta bilər - VACİB AÇIQLAMA

Azərbaycanda pensiyaların yenidən nə vaxt artrılacağı iən çox müzakirə olunan məsələlərdən biridir. xəbər verir ki, bu mövzu barədə həm rəsmi şəxslər, həm də ekspertlər müxtəlif fikirlər səsləndiriblər. Hələlik dövlət qurumlarından pensiyaların konkret artımı ilə bağlı rəsmi açıqlama verilməyib. Laki

10:07 392
.

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO

Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb

02.05.2024 739
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 350
.

"Qurban olsunlar adıma" – VİDEO

"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil

02.05.2024 813
.

ABŞ Rusiyaya sanksiyaya 31 Çin şirkətini daxil edib

ABŞ Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara daha 31 Çin şirkətini daxil edib. xəbər verir ki, ABŞ-ın Pekindəki səfiri Nicolas Burns mövzu ilə bağlı açıqlamasında Çində yerləşən 31 şirkətin sanksiyalara daxil olduğunu bildirib. ABŞ Dövlət Departamenti sanksiyalarla bağlı verdiy

02.05.2024 244