Bakıda "Reproduktiv sağlamlıq və sonsuzluq" mövzusunda beynəlxalq konfrans keçiriləcək - FOTOLAR

Bakıda "Reproduktiv sağlamlıq və sonsuzluq" mövzusunda beynəlxalq konfrans keçiriləcək - FOTOLAR"Hər bir dövlətin əsas məqsədi sağlam nəsil formalaşdıra bilmək və bu yolda müxtəlif işlər görməkdir. Reproduktiv sağlamlığın qorunması bəşəriyyətin ən ümdə problemidir. Ona görə Azərbaycanda da bu problemin aktuallığını nəzərə alaraq və qardaş Türkiyənin reproduktiv sağlamlığın qorunması naminə yığdığı təcrübəni öyrənmək məqsədilə "Türkiyə Reproduktiv Tibb Cəmiyyəti"nin ("Turkish Society оf Reproductive Medicine") səyi və "Baku Medical Plaza"nın dəstəyi ilə mayın 4-də və 5-də Bakıda "Boulevard Hotel"də beynəlxalq konfrans təşkil etmək qərara alınıb".

Bu sözləri tanınmış cərrah mama-ginekoloq, professor Mehman Həmzəyev söyləyib. O, bildirib ki, bu konfransda sonsuzluğun düzgün müalicə olunması üçün gənc həkimlərə və mütəxəssislərə mesajlar veriləcək:

"Bura Azərbaycanın və Türkiyənin ən qabaqcıl tibb mütəxəssisləri toplanacaq. Biz apardığımız müalicələrdə hansı səhvləri buraxırıq? Onları necə aradan qaldırmaq olar? Problemsiz və sağlam hamiləliyə necə nail olmaq olar? Hansı texnologiyalardan istifadə etmək vacibdir? və s. reproduktiv sağlamlıq və sonsuzluq mövzusunda ən aktual sualların cavablarını tapmağa çalışacağıq. Bu mövzularda disskussiyalar aparılacaq. Eyni zamanda həkimlərimizə laparoskopiya, histereskopiya və s. barədə masterklasslar keçiriləcək, həmçinin praktik vərdişlərə başlanacaq. Nəticədə Azərbaycan və Türkiyənin cərrah mama-ginekoloqları reproduktiv sağlamlığın qorunması naminə ən müasir texnologiyaları və ən uyğun müalicə metodlarını öyrənəcəklər".

Qeyd edək ki, konfransda androloji kurs üzrə Türkiyədən və Azərbaycandan olan mütəxəssislər Serdar Günalp, Esat Orhon, Tansu Küçük, Berrin Avcı, Başak Balaban, Serkan Akdemir, İlham Əhmədov, perinatologiya kursu üzrə Sabahattin Altunyurt, İbrahim Kalelioğlu, Erkan Çağlayan, Azər Fərəc və digərləri, ginekologiya və süni mayalandırma üzrə Ahmet Zeki İşık, Kamil Gökhan Acar, Elnurə Mustafayeva, Mehman Həmzəyev və başqaları iştirak edəcəklər. Növbəti konfrans günü isə mütəxəssislər ovulyasiya induksiya kursu və sonsuzluq müalicəsində histereskopiya, laparoskopiya barədə öz bilgilərini bölüşəcəklər. Konfransın Bakıda təşkil olunmasında Baku Medikal Plazanın rəhbərliyinin və dr.Celalettin Örnek, dr.Elnurə Mustafayeva, dr.Mehman Həmzəyev və digər həkimlərinin əməyi danılmazdır.

Konfransda arzu edən hər bir kəs iştirak edə bilər. Konfrans ödənişlidir və yerlər məhduddur.

Əlaqə: Nigar Abdullayev +994 55 592 07 82, [email protected] Ali Kadir Izberk +90 532 136 1914, [email protected]

Bakıda "Reproduktiv sağlamlıq və sonsuzluq" mövzusunda beynəlxalq konfrans keçiriləcək - FOTOLARBakıda "Reproduktiv sağlamlıq və sonsuzluq" mövzusunda beynəlxalq konfrans keçiriləcək - FOTOLARBakıda "Reproduktiv sağlamlıq və sonsuzluq" mövzusunda beynəlxalq konfrans keçiriləcək - FOTOLARBakıda "Reproduktiv sağlamlıq və sonsuzluq" mövzusunda beynəlxalq konfrans keçiriləcək - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1367   Tarix: 27 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Həkimlər

Oxşar xəbərlər

.

Qadın mağazada ərini güllələyib öldürdü

Türkiyədə qadın ərini öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Kocaeli şəhərinin Çayırova qəsəbəsində baş verib. Mağazada F.A. əri S.A. ilə naməlum səbəbdən dalaşıb. Bu zaman qadın üzərindəki tapança ilə kişiyə atəş açıb. Hadisə yerinə gələn həkimlər kişinin öldüyünü müəyyən ediblər. Qadı

09.02.2025 314
.

2 gün geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası fevralın 12-ə qədər davam edəcək. Bu barədə -a Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından xəbər verilib. Bildirilib ki, 10 fevralda mənfi qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarınının təsiri ilə G1 (zəif) səviyyəli qasırğanın davam edəcəyi, 12 fevralda isə 08 fevrald

10:31 0
.

Meksikada avtobus və yük maşını toqquşub, 30-dan çox insan ölüb

Meksikanın cənubunda Eskarseqa şəhəri yaxınlığında avtobus yük maşını ilə toqquşub. "Report" xəbər verir ki, bu barədə yerli XEVT radiostansiyası məlumat yayıb. Sərnişin avtobusu Kankundan (Kintana Roo ştatı) Komalkalkoya (Tabasko ştatı) gedirmiş. İlkin məlumata görə, yük maşını qarşıdan gələ

09.02.2025 176
.

ABŞ-də ayaqqabı üstündə kütləvi dava: Silahlar işə düşdü

Luizianada (ABŞ) ayaqqabı mağazasında kütləvi dava və atışma baş verib. RenTV-yə istinadən xəbər verir ki, hadisəyə səbəb "Nike Air Jordan 5" idman ayaqqabıları olub. Mağazaya gələn alıcılar arasında məhdud sayda olan ayaqqabılar üstündə dava düşüb. Sosial şəbəkələrdə yayılan kadrlarda atışm

09.02.2025 291
.

Kim Çen In Koreya yarımadasında hərbi gərginlik istəmir

"KXDR Koreya yarımadası regionunda vəziyyətin gərginləşməsini istəmir, lakin hərbi balansı qorumaq üçün əks tədbirlər görməyə məcburdur". TASS-a istinadən xəbər verir ki, bunu Şimali Koreyanın dövlət işləri üzrə sədri Kim Çen In deyib. O, fevralın 8-də Koreya Xalq Ordusunun yaradılmasının 77-c

09.02.2025 240
.

Türkiyənin maliyyə naziri inflyasiyadan danışıb: Asanlıqla nəticə əldə edə bilməyəcəyik

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek inflyasiyaya qarşı mübarizə ilə bağlı bədbindir. "Report" xəbər verir ki, o, bu barədə TV100 kanalına müsahibəsində deyib. O, inflyasiyaya qarşı ciddi formada mübarizə apardıqlarını bildirib: "Vətəndaşlarımız rahat olsunlar. Fundamenta

09.02.2025 171
.

Almaniya kansleri: NATO Qrenlandiyadakı mövcudluğunu artırmalıdır

ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı iddiaları fonunda NATO adadakı mövcudluğunu artırmalıdır. "Report" xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts RND-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, sərhədlərin toxunulmazlığı prinsipi hamıya şamil edilməlidir. "İqli

09.02.2025 176
.

80 yaşlı atasını baltaladı

Türkiyədə gənc oğlan atasını öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Osmaniye şəhərinin Düziçi qəsəbəsində baş verib. 29 yaşlı Halil Canlı ilə 80 yaşlı atası Mehmet Canlı arasında naməlum səbəbdən münaqişə yaşanıb. Münaqişə zamanı oğul balta ilə atasını vuraraq öldürüb. Hadisədən sonra Hali

09.02.2025 319
.

Bu əlamət vahimə yaratdı: Azərbaycanda güclü zəlzələ gözlənir?

Sosial şəbəkələrdə çoxlu sayda balığın sahilə çıxması ilə bağlı görüntülər yayılıb. Görüntülərə yazılan şərhlər diqqət çəkib. Belə ki, izləyicilər adətən balıqların çoxlu sayda sahilə çıxmasını zəlzələ əlaməti kimi qeyd ediblər. Deyiblər ki, balıqların quruya çıxması güclü və dağıdıcı zəlzələnin xəbərçisidir

09.02.2025 666
.

TOP MP3